Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-725/2021 18.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, protokol tərtib etmiş şəxs Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin sahə rəisi, polis leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə; xx.xx.1989-cu ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gəncə şəhəri BPİ-nin Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Kəpəz Rayon Polis İdarəsində tərtib olunmuş materiallar baxılması üçün 18.10.2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 tərəfindən tərtib olunmuş 18.10.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 12.10.2021-ci il tarixdə Gəncə şəhəri, ət kombinatı adlanan yerdə sement zavoduna məxsus ümumi 250 manat dəyərində elektrik naqilini gizli yolla oğurlamışdır. Həmçinin, materiala əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin İTBnin polis sahə rəisi, polis leytenantı X5 tərəfindən tərtib olunmuş 18.10.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 12.10.2021-ci il tarixdə saat 21:30-dan 13.10.2021-ci il saat 09:00dək müddətdə Gəncə şəhəri, N.Nərimanov prospektində yaşayan X1 məxsus VAZ 2107 markalı **-DK-*** dövlət qeydiyyat nömrəli avtomobildən 1 ədəd 75 manat dəyərində “mutlu” markalı akkumlyatoru və 1 ədəd 100 manat dəyərində maqintafonu gizli yolla oğurlamışdır. Həmçinin, materiala əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin İTBnin polis sahə rəisi, polis leytenantı X5 tərəfindən tərtib olunmuş 18.10.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 16.10.2021-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X3 məxsus “Ford” markalı, **-CU-*** dövlət qeydiyyat nömrəli avtomobilin kapotunu açmaq yolu ilə 60 manat dəyərində 1 ədəd istifadə edilmiş vəziyyətdə akumluyatoru gizli yolla oğurlamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətdiyi inzibati xətalar ilə bağlı ayrı-ayrı inzibati materiallar 18.10.2021-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, Kəpəz rayon Polis İdarəsindən daxil olmuş inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X5 inzibati xəta haqqında protokolların məzmununa uyğun çıxış edərək, əlavə olaraq bildirdi ki, Şəxs əməllərində cinayət tərkibi olmadığından bütün materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən müxtəlif vaxtlarda törədilmiş xırda talama əməlləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ona istinad olunan əməllər üzrə özünü tam təqsirli bilərək izahatında bildirdi ki, maşın rəngsazı işləyir və məhkumluğu, xəəstəliyi və əlilliyi yoxdur. 12.10.2021-ci il tarixdə səhər saat 06 radələrində yaşadığı evdən çıxmış, işləmək üçün getmişdir. Həmin gün iş tapa bilməmişdir. Bundan sonra həmin gün saat 07 radələrində Gəncə şəhəri Ət kombinatı adlanan yerdən keçən zaman yolun kənarında yerləşən sement zavodun ətrafında açıq şəraitdə elektrik naqillərinin olduğunu görmüşdür. Həmin vaxt ətrafa baxmış, kənarda heç kimi görməmişdir. Bundan sonra həmin elektrik naqillərini əli ilə kəsmiş, özü ilə aparmışdır. Sonra həmin naqilləri dubay bazarı adlanan yerin yaxınlığında yandırmış, naqilin içərisində olan mis naqilləri götürüb 15 manata mis qəbulu məntəqəsinə satmışdır. Bundan sonra 13.10.2021-ci il tarixdə gecə saat 03 radələrində ünvan 3 ünvanın qarşısından piyada keçərkən həmin binanın qarşısında VAZ-2107 markalı ağ rəngli dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobilin dayandığını görüb ətrafa göz gəzdirib heç kmin olmadığına əmin olduqdan sonra həmin avtomobildən oğurluq etmək qərarına gələrək əvvəlcə avtomobilin sol ön qapısını açaraq avtomoblin içərisinə daxil olmuş, həmin vaxt avtomoblın sol ön qapısı açıq olduğu üçün çox asanlıqla qapı açılmışdır. O, avtomobilin içərisindən 1 ədəd köhnə “Sunny” markalı maqintafon aşkar edib onu söküb götürmüşdür. Sonra avtmobilin kapotunu içərdən açıb avtomobilin 1 ədəd “Mutlu” markalı akumlyatoru söküb götürmüşdür. Oğurladığı əşyaları yaşadığı evə aparmışdır. 13.10.2021-ci il tarixdə səhər tezdən həmin əşyaları yaşadığı küçədən keçən metal alış-verişi ilə məşğul olan tanımadığı yaşlı kişiyə ümumilikdə 50 manat pula satmışdır. Həmin pul ilə evinə bazarlıq edib müxtəlif ərzaq məhsulları almışdır. Daha sonra 16.10.2021-ci il tarixdə axşam saat 02 radələrində Gəncə şəhəri Krasnı Selo deyilən ərazidə 13 nömrəli məktəbin yaxınlığında yaşayan dayısının yaşadığı evdən çıxıb piyada gedən zaman sonradan tanıdığı N. Vəliyev küçəsindən keçərkən evin qarşısında sarı rəngli Ford markalı avtomobilin dayandığını görmüşdür. Həmin vaxt ətrafda heç kəsin olmadığını görüb Ford markalı avtomaşına yaxınlaşıb dəmir parçası ilə kapotun açıb akkumlyatoru gizli yolla oğurlayıb aparmışdır. Daha sonrada 16.10.2021-ci il tarixdə günorta saatlarında yaşadığı evin yaxınlığında səyyari şəkildə metal və akkumlyator alan motosiklet sürən tanımadığı şəxsə həmin oğurladığı akkumlyatoru 20 manata satmışdır. Özü də narkotik vasitə olan “travmal” istifadə edir. Özünü təqsirli bilir. Həmin əməlləri o pula ehtiyacı olduğu üçün törətmişdir. Törətdiyi əməllərə görə çox peşmandır. Zərərçəkmişlərə vurduğu zərəri ödəməmiş və aralarında barışıq əldə olunmamışdır. Himayəsində bir azyaşlı uşağı var. Məhkəmədən himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq onun barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 18.10.2021-ci il tarixli, 18.10.2021-ci il tarixli və 18.10.2021-ci il tarixli qərarlardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan, onun barəsində müvafiq tədbir görülməsi üçün qərarların surəti Kəpəz RPİ-nin İTB-nə göndərilmiş, vətəndaşların şikayət ərizələri əsasında toplanmış materallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İşdə materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 20.03.2021ci il tarixli, 3(043)-281/2021 saylı və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 20.07.2021-ci il tarixli, 3(044)-616/2021 saylı qərarların surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilmişdir. İnzibati xəta haqqında protokolların məzmunundan və Şəxs Kəpəz rayon Polis İdarəsində verdiyi izahatlarından görünür ki, o, törətdiyi inzibati xətaları etiraf etmiş, əməllərindən peşman olduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətaların X8 tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02.09.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. Azərbaycan Respublikası İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin ödənilməməsini, məsuliyyətini yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran hal kimi isə inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi (İXM 33.1.2-ci maddəsi) nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İXM-nin 34.2, 34.4-cü maddələrinin tələbləri, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02.09.2020-ci il tarixli Qərarı nəzərə alınmaqla onun barəsində tərtib olunmuş hər üç protokol üzrə ayrıayrılıqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsdə saxlama müddətinin əvvəli 18 oktyabr 2021-ci il tаrixdən, saat 17:45-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində tərtib olunmuş MN ******* saylı, 18.10.2021-ci il tarixli protokolda göstərilən əməl üzrə 01 (bir) ay müddətinə; MN ******* saylı, 18.10.2021-ci il tarixli protokolda göstərilən əməl üzrə 01 (bir) ay müddətinə; MN ******* saylı, 18.10.2021-ci il tarixli protokolda göstərilən əməl üzrə 01 (bir) ay müddətinə inzibati həbs tənbehi təyin edilsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən təyin edilmiş tənbehlər tam toplanılmaqla, ona qəti olaraq 3 (üç) ay müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli 18 oktyabr 2021-ci il tаrixdən, saat 17:45-dən hesablansın. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X7 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-725/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-725/2021
18.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver