Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-728/2021 20.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X4 iclas katibliyi, protokol tərtib etmiş şəxs Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis baş leytenantı X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Alpaşayev Vüsal Dilqəm oğlunun iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Zərdab rayonu, Bəyimli qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Gəncə şəhəri BPİ-nin Kəpəz RPİ-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis baş leytenantı X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 19.10.2021-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə təqdim edilmişdir. 19.10.2021-ci il tarixli, MN ******* nömrəli protokolda qeyd edilmişdir ki, Şəxs şəxsi istehlak miqdarından artıq olmayan narkotik vasitəni qəbul etməklə İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis baş leytenantı X8 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs 19.10.2021-ci il tarixdə saat 01:05-də Gəncə şəhəri, Nizami prospektində Əlillərin dairəsi adlanan yerdə yolun kənarında saxlanılaraq Gəncə BPİ-in Kəpəz rayon Polis İdarəsinə aparılmışdır. Axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən sellefon kəsiyində 4,9 qram narkotik vasitə olan “marixuana” aşkar olunaraq götürmüş, həmin fakt üzrə cinayət işinin başlanılması rədd edilmiş, əməldə inzibati xəta tərkibi olduğu müəyyən edilmişdir. Şəxs narkomaniya xəstəliyindən əziyyət çəkir. Məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, ünvan 1 ünvanında yaşayır. 19.10.2021-ci il tarixdə saat 01 radələrində Gəncə şəhəri Nizami prospektində Əlillərin dairəsi adlanan yerdə yolun sağ kənarında yaşadığı Mingəçevir şəhərinə getmək üçün taksi gözləyən zaman 2 nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək onu saxlamışlar və Kəpəz RPİ-nin PB-nə gətirmişlər. Polis Bölməsində onun üzərində narkotik vasitə gəzdirməkdə şübhəli bilindiyi üçün saxladıqlarını demişlər və onu narkotik vasitə gəzdirməkdə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutaraq qərarla tanış etmişlər. Bundan sonra maddi imkanı olmadığı üçün o dövlət hesabına müdafiəçi ilə təmin olunmuş və ona video çəkiliş vasitəsilə hüquq və vəzifələri izah edilmiş, polis əməkdaşları və adını sonradan bildiyi dövlət hesabına təyin edilmiş vəkili X5 iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli cins şalvarının cibindən 1 ədəd sellofana bükülü halda tünd göy rəngli, kəskin spesifik iyli, ilk baxışdan narkotik vasitə olan “marixuana” aşkar olunaraq götürülmüş və elektron tərəzisində çəkilmiş, zərfdə qablaşdırılmış və ağzı möhürlənərək üzəri onun tərəfindən imzalanmış, bu barədə protokol tərtib olunmuş, o və iştirakçılar qablaşdırmanın üzərinə və protokola imza etmişlər. Həmin vaxt video çəkiliş çəkilmişdir. Onun üzərindən aşkar olunan narkotik vasitə olan marixuana kimi təqdim etdiyi narkotik maddəni bir neçə gün bundan əvvəl Bakı şəhərində “Sulutəpə” deyilən yerdə küçədən tapmış, narkotik maddə olduğunu tanıdığı üçün götürüb, özü istifadə etmək üçün üzərində saxlamış, həmin narkotik maddədən hələ ki istifadə etməmiş, nə də ki digər kimsə də verməmişdir. O, narkotik maddələrin satışı ilə məşğul olmur. Özünü təqsirli bilir. Himayəsində azyaşlı uşağı var. Məhkəmədən barəsində qərar qəbul edilərkən etdiyi əməldən səmimi peşman olmasını və himayəsində azyaşlı uşağının olmasını nəzərə alınaraq barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X6 ifadə verərək, özünün təqsirli bildiyini, narkotik maddənin satışı məqsədinin olmamasını və himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə təqsirli bilinməlidir. İş materiallarına əlavə edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 19.10.2021-ci il tarixli qərarın surətindən görünür ki, Salmanov Qalib Təvəkkül oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmadığından material üzrə cinayət işinin başlanması əməldə tərkib olmaması əsasına görə rədd edilməsi, Şəxs, ondan aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq saxlaması, gəzdirməsi, daşıması və satması halları müəyyən edilmədiyindən, elə bir hallar baş vermədiyindən onun barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması cinayət hadisəsinin olmaması əsasına görə rədd edilməsi, Salmanov Qalib Təvəkkül oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkib əlamətləri olduğu üçün onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti aidiyyəti üzrə Kəpəz RPİ-nin Polis Bölməsinə göndərilməsi, Şəxs 19.10.2021-ci it saat 01:30 dan 19.10.2021-ci il saat 14:00-dək Gəncə şəhər BPİ-nin MSY-də saxlanılması nəzərə alınması, Şəxs aşkar edilib götürülmüş təmiz çəkisi 3.60 qram narkotik vasitə olan marixuana materail üzrə maddi sübut kimi tanınması və məhv edilməsindən ötrü BPİ-nin «Maddi sübutların saxlanması» otağına təhvil verilməsi qərara alınmışdır. Ədliyyə Nazirliyi Məhkəmə X7 Regional bölməsinin 19.10.2021-ci il tarixli, 16/1102 saylı rəyin surətindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Şəxs üzərindən aşkar olunaraq götürülmüş 4,9 qram çəkidə narkotik maddə marixuanaya aşkar kütlə...” sözlər və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümdə təmiz çəkisi 3,60 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş “marixuana”dır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin həkim-məsləhət komissiyasının 19.10.2021-ci il tarixli, 1253 saylı rəyin surətindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomanıya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkolojı dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə araşdırması zamanı Şəxs inzibati məsuliyyətə cəlb edilməsini istisna edən hallar, eləcə də onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də Şəxs İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün məhkəmə ona məhz inzibati həbs tənbehinin tətbiq edilməsinin zəruriliyi qənaətinə gəlir. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 19.10.2021-ci il tarixdə, saat 01:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati tənbeh növündə həbs seçilməli, həbsdə saxlama müddətinin əvvəli onun tutulduğu tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-37.5-ci maddələrinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması da məhkəmə araşdırması ilə müəyyən edildiyindən onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, inzibati həbs müddəti başa çatdıqdan sonra Şəxs müalicənin həyata keçirilməsi üçün ixtisaslaşmış müalicə müəssisəsinə təhvil verilməli və Şəxs narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi yardımla bağlı 3 üç saat vaxt sərf etdiyindən dövlət büdcəsinin hesabından müdafiəçi X2 ödənilməsi üçün işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 18 (on səkkiz) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 01 (bir) ay müddətində inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 19 oktyabr 2021-ci il tarixdən, saat 01:00-dan hesablansın. Şəxs inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Gəncə şəhər Baş Polis İdarəsində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,58 qram narkotik vasitə olan qurudulmuş “marixuana” qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Həbsdə saxlanma ilə bağlı qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Şəxs narkoloji dispanserdə qeydiyyata alınması və narkomaniyadan məcburi müalicəsinin icrasına nəzarət yaşadığı yer üzrə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə və narkotikin məhv edilməsi Gəncə şəhər İcra İdarəsinə həvalə edilsin. Şəxs hüquqi yardım göstərilməsinə görə müdafiəçi X2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-728/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-728/2021
20.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver