Məhkəmə qərarları › İş №3(043)-73/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-73/2021

04.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-73/2021 04.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx.xx.1976-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 mənzil 13 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət yol polis şöbəsində Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, sürücü Şəxs oğlu xx.xx.2020-ci il tarixdə, saat 20:00-da Gəncə şəhəri. Ü.Hacıbəyov küçəsi 203 nömrəli evin bərabərliyində idarə etdiyi “VAZ 210130 minik” markalı, ** BD *** qeydiyyat nömrə nişanlı avtomobillə, sürücü X1 idarə etdiyi “VAZ 2101 minik” markalı ** BJ *** qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə “VAZ 210130” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olan X7 xəsarət almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 20:00 radələrində X4 məxsus “VAZ 210130” minik markalı **-BD-*** qeydiyyat nişanlı avtomobili idarə edərkən Ü.Hacıbəyov küçəsi ilə düzünə “Elba” kolbasa zavodu istiqamətdə hərəkətdə olarkən, qarşıdan onun əks hərəkət yolu ilə "Dəyirman Dairəsi" istiqamətdə hərəkət edən «VAZ 2101» minik markalı avtomobil yolunda olan çökəyə düşməmək üçün onun yoluna çıxmışdır. O, həmin avtomobillə toqquşmamaq üçün avtomobilini sola tərəf çəkmişdir ki, həmin avtomobillə toqquşmasın, lakin həmin vaxt «VAZ 2101» markalı avtomobil öz yoluna qayıtmış və avtomobillər toqquşmuşlar. Həmin vaxt avtomobildə avtomobilin sahibi Xaliq Yusibov və bir nəfər Nailə adlı sərnişin olmuşdur. Hadisə nəticəsində avtomobildə olan X7 xəsarət almışdır. Əməlindən peşman olduğunu bildirərək barəsində yüngül tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə zərərçəkmiş şəxs X6 bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, işin təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə İXM-in 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxs X5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati materiala əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci tarixli qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd olunmuşdur. İnzibati materiala əlavə olunmuş xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə protokol tərtib olunmuşdur. İnzibati materiala əlavə olunmuş ”Məhkəmə-Tibbi Ekspertiza və X3” tərəfindən verilmiş 1789 nömrəli rəydən görünür ki, X5 bədənində olan xəsarətlər xx.xx.2020-ci il tarixə uyğun gəlir və “Yüngül” zərərvurmaya aid edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla yanaşı özünün ifadəsi ilə tam sübuta yetir. Məhkəmə Şəxs oğlunun əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs oğlunun törətdiyi inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati tənbeh hesab edilən inzibati cərimə tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: xx.xx.1976-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Əliyev küçəsi, DÖN-2, ev 3, mənzil 13 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar