Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-732/2021 15.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, şikayət vermiş X1 iştirakı ilə, X1 Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin rəis müavini, X3 tərəfindən qəbul edilən 016-104058Z saylı, 02.10.2021-ci il tarixli X7 haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin rəis müavini, X3 016-104058Z saylı, 02.10.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəis polis polkovniki-leytenantı Elçin Xasiyevin 08.07.2021-ci il tarixli, EQ ******* nömrəli X7 haqqında elektron qərarı ilə o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, 60 (altmış) manat məbləğində inzibati cərimə edilmişdir. Yuxanda qeyd etdiyi X7 haqqında elektron qərardan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 10.08.2021-ci il tarixli, 3(043)-487/2021 saylı qərarına əsasən şikayəti qismən təmin edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin polis polkovniki-leytenantı Elçin Xasiyev tərəfindən qəbul edilmiş 08.07.2021-ci il tarixli, EQ ******* nömrəli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə X7 haqqında qərarının ləğv edilməsi və həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə göndərilməsi qərara alınmışdır. Hesab edir ki, Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin rəis müavini X3 02.10.2021-ci il tarixli, 016-104058Z nömrəli inzibati xəta haqqında iş üzrə qərarı tam əsassızdır, buna görə də qərara məhkəmə qaydasında baxılmalı və inzibati xəta haqqında iş üzrə qərar ləğv edilərək icraata xitam verilməsi haqqında qərar çıxarılmalıdır. Bildirmişdir ki, barəsində qəbul edilmiş 02.10.2021-ci il tarixli, 016-104058Z nömrəli inzibati xəta haqqında iş üzrə qərar yenidən qanunun tələblərinə zidd olaraq qəbul edilmişdir. İlk öncə onu qeyd etmişdir ki, vəzifəli şəxs işə baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada ona rəsmi məlumat vermədən və iştirakının təmin etmədən qərar qəbul etmişdir. Bundan başqa, Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin rəis müavini X5 tərəfindən qəbul edilmiş qərarda məhkəmənin mövqeyi nəzərə alınmadan və işin bütün faktiki halları araşdırılmadan qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inam ilə sübutları qiymətləndirir. Göründüyü kimi normalarının mənasında aydın olunur ki, şəxsin təqsirli olmaması sübuta yetirmək vəzifəsi qanunla inzibati xəta haqqında işə baxan orqanın, hazırki halda Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin üzərinə qoyulsa da həmin orqan onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən materialları nə məhkəməyə təqdim edə bilməmiş, nə də ki, özünün qəbul etdiyi qərara əlavə etməmişdir. Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin 02.10.2021-ci il tarixli, 016-104058Z nömrəli inzibati xəta haqqında iş üzrə qərarında qeyd olunur ki, inzibati xəta haqqında işə yenidən baxarkən xətanın aşkarlanmasında və elektron qərarın çıxarılmasında hər hansi qanun pozuntusu halı müəyyən edilməmişdir. Belə ki, törədilmiş yol hərəkəti qayda pozuntusu ilə bağlı qeydə alınmış görüntülərə baxış keçirilən zaman sürücünün sözügedən avtomobillə svetoforun qadağanedici siqnalında hərəkətini davam etdirməsi təsdiqini tapmış, inzibati xətanın aşkar olunması və sənədləşdirilməsi də qanunsuzluğa yol verilməsi halları müəyyən edilməmişdir. Sözügedən qərarda yalnız qayda pozuntusu ilə bağlı qeydə alınmış görüntülərə baxış keçirilməsi göstərilmişdir. Burada sual yaranır ki, vəzifəli şəxs tərəfindən hansı görüntülərə foto və yaxud video görüntülərə baxış keçirilmişdir. Əgər onun təqsirli olduğu sübuta yetirilsə idi, işə məhkəmədə baxılan zaman məhkəmənin sorğusu əsasında Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi inzibati xətanın törədilməməsinə dair video görüntü və digər sübutları məhkəməyə təqdim edərdi. Göründüyü kimi, 02.10.2021-ci il tarixli, 016-104058Z nömrəli inzibati xəta haqqında iş üzrə qərar formal olaraq heç əsas olmadan qəbul edilmişdir. Bir daha onun barəsində “X7 Haqqında” 08.07.2021-ci il tarixli, EQ ******* qərar və onun əsasında yenidən qəbul edilmiş 02.10.2021-ci il tarixli, 016-104058Z nömrəli inzibati xəta haqqında iş üzrə qərar qanunun tələblərinə zidd olaraq qəbul edilmişdir. Belə ki, sözügedən qərarda inzibati xətanın F504473A5CDB9800 nömrəli kamera vasitəsi itə qeydə alındığı göstərilmişdir. Həmin kameranın adından da göründüyü kimi, Gəncə Təhlükəsizdik kamerasıdır və yalnız müşahidə üçün nəzərdə tutulmuşdur. Həmin kameranın inzibati xəta hadisəsinin qeydə almaq və elektron qərar qəbul etmək funksiyası yoxdur. Təsadüf deyil ki, bu kamera İXMnin 81-ci və 100.1.8-ci maddəsi ilə nəzərdə tutulmuş tələblərə cavab vermir. Ona görə də elektron qərarda həmin kameranın göstəriciləri əks olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində qeyd olunur ki, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Bundan başqa məhkəmənin diqqətinə çatdırır ki, “X7 Haqqında” 08.07.2021-ci il tarixli, EQ ******* qərarda qeyd olunmuşdur ki, 08.07.2021-ci il tarixdə Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsinin kəsişməsində saat 18:56 radələrində inzibati xəta törədilmişdir. Bildirir ki, inzibati qərarda qeyd olunan ünvanda, tarixdə və saatda ümumiyyətlə o avtomobili ilə hərəkətdə olmamışdır. Göründüyü ki, bir daha sübut olunur ki, 08.07.2021-ci il tarixli, EQ ******* qərar qanunun tələblərinə zidd olaraq qəbul edilmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Həmin Məcəllənin 100.1, 100.1.1, 100.1.2, 100.1.3, 100.1.4. 100.1.5, 100.1.6, 100.1.7 və 100.1.8-ci maddələrinə əsasən bu Məcəllənin 54-cü maddəsi istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer: protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilir. Məhkəmənin iclasında şikayət vermiş X4 şikayətin dəlillərinə uyğun izahat verərək, svetoforun qırmızı işığında kemədiyini, ümumiyyətlə qərarda inzibati xətanın baş verdiyi saat kimi göstərilən vaxtda həmin yerdə olmadığını, əlavə edilmiş görüntünün başqa günə aid olduğunu, lakin video material qərara əlavə edilmədiyi üçün bunu müəyyən etməyin mümkün olmadığını, video materialın əlavə edilməməsinin isə həmin görüntünün xüsusi texniki vasitə ilə yox, təhlükəsizlik kamerasının görüntüsünə əsasən müəyyən edildiyini göstərib, şikayətin təmin edilməsini, Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin rəis müavini, X3 02.10.2021-ci il tarixli, 016-104058Z nömrəli X7 haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Məhkəmə iclasının vaxtı və yeri barədə Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, qeyd olunan inzibati xəta ilə bağlı materiallar və sübutlar məhkəməyə təqdim edilməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin rəis müavini, X5 tərəfindən qəbul edilmiş 02.10.2021-ci il tarixli, 016-104058Z nömrəli X7 haqqında qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 60 (altmış) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 3(043)-487/2021 saylı, 10.08.2021-ci il tarixli qərarının surətindən görünür ki, X1 şikayətinin qismən təmin edilməsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin polis polkovniki-leytenantı Elçin Xasıyev tərəfindən qəbul edilmiş 08.07.2021-ci il tarixli, EQ ******* saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə X7 haqqında qərarın ləğv edilməsi, həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə göndərilməsi qərara alınmış, həmçinin həmin qərarda İnzibati xəta haqqında qərarda göstərilmiş fotoşəkillərin rəngsiz olduğu üçün həmin vaxt sürücünün svetoforun hansı işığında hərəkət etməsini müəyyən etmək mümkün olmadığı, inzibati xəta hadisəsinin baş vermə vaxtının aydınlaşdırılmasının mümkün olmadığı, inzibati xəta hadisəsi videoqeydiyyat funksiyasına malik olan kamera ilə qeydə alınmasının və həmin hadisənin videogörüntüsü əldə edilib materiala əlavə olunması, yalnız bundan sonra X1 əməlində inzibati xəta tərkibinin olub-olmamasına hüquqi qiymət verilməli olması qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 3461.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində X7 haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, inzibati xəta haqqında qərarı, şikayət və əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, X4 barəsində Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin rəis müavini, X5 tərəfindən qəbul edilən 016-104058Z saylı, 02 oktyabr 2021-ci il tarixli X7 haqqında qərarı əsassız olduğundan ləğv edilməli, inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı X1 barəsində qəbul edilmiş 016-104058Z saylı, 02 oktyabr 2021-ci il tarixli X7 haqqında qərarda inzibati xətanın hansı formada aşkar olunması, inzibati pozuntunun nədə ifadə olunması və inzibati xətanın müəyyən edilməsi məqsədi ilə hər hansı bir xüsusi texniki vasitələrdən istifadə edilməsinə dair heç bir sübut və ya qeyd göstərilməmiş, iş üzrə əvvəl qəbul edilmiş 08.07.2021-ci il tarixli, EQ ******* saylı qərarın Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 3(043)-487/2021 saylı, 10.08.2021-ci il tarixli qərarı ilə ləğv edilərkən göstərilən məsələlərə aydınlıq gətirilməmiş və araşdırma aparılmamış, məhkəmə tərəfindən dəfələrlə sorğu verilməsinə baxmayaraq Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi qeyd edilən məsələyə münasibət bildirməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 76.1-cı maddəsinin tələblərindən aydın olur ki, inzibati xətanın olub- olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən və İXM-in 8, 114, 115, 128- 131 -ci və 134-cü maddələrini rəhbər tutaraq, qərara aldı: X1 şikayəti təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə X7 haqqında Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin rəis müavini, X5 tərəfindən qəbul edilən 016-104058Z saylı, 02 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər
Məhkəmə qərarları › İş №3(043)-732/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-732/2021
15.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver