Məhkəmə qərarları › İş №3(043)-74/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-74/2022

27.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-74/2022 27.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, X4 iclas katibliyi, Gəncə şəhəri BPİnin X18 Şöbəsi polis baş leytenantı X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxxxxx 1990-cı il tarixdə Xanlar rayonu, Çobanabdallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Samux rayonu, Çobanabdallı kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Gəncə şəhər Baş Polis İdarəsinin X18 Şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Baş Polis İdarəsinin X18 Şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri BPİ-nin X18 Şöbəsi polis baş leytenantı X9 tərəfindən tərtib olunmuş 27.01.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 13.12.2021-ci il tarixdə saat təxminən 18:00 radələrində sürücü Şəxs sürücülük hüququ olmadan ayıq vəziyyətdə etibarnamə əsasında idarə etdiyi “QAZ 32213” minik markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, X15 ilə hərəkətdə olarkən sağ zolaqdan sol zolağa manevr etmə qaydalarını pozaraq onunla eyni istiqamətdə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21074” mini markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxaraq toqquşmuş, nəticədə “VAZ 21074” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sol döş qəfəsinin yumşaq toxumalarının əzilməsi, qançırı, səthi yarası, sağ baldır nahiyəsinin yaraları, sağ əl pəncəsinin səthi yaraları qismində yüngül xəsarət almasına səbəb olan yol nə-nəqliyyat hadisəsi törətmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə şəhəri BPİ-nin X18 Şöbəsi polis baş leytenantı X9 inzibati xəta haqqında protokola uyğun izahat verərək, Şəxs inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, onun BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. "Qaz 32213 Mikroavtobus" sərnişin markalı **-CN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili o, baş etibarnamə əsasında idarə edir. 13.12.2021-ci il tarixdə o, idarə etdiyi "Qaz 32213 Mikroavtobus" sərnişin markalı **-CN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə X15 ilə hərəkətdə olarkən yolun sağ kənarında dayanıb avtomobildə olan sərnişini düşürmüşdür. Həmin vaxt qarşısında avtomobil dayanmamışdır. Daha sonra o, sola dönmə işığını yandırıb yola düzələrkən arxadan gələn Vaz 2107 markalı avtomobil onun idarə etdiyi avtomobilin sol arxa təkərini vuraraq avtomobili fırlanmışdır. Daha sonra o, avtomobili saxlamışdır. Mikroavtobusda olan tanımadığı sərnişinlərin vəziyyətini soruşmuşdur. Onlardan heç kim xəsarət almamışdır. Bir neçə dəqiqədən sonra hadisə yerinə polis əməkdaşları gəlib hadisə yerini müayinə etmişdilər. Sonra o, sərxoşluq müayinəsindən keçmək üçün narkoloji dispanserə getmişdir. Həkim tərəfindən yoxlanmış və ayıq olmasını bildirmişlər. Həmin vaxt o, heç bir xəsarət almadığından hər hansı bir xəstəxanaya müraciət etməmişdir. Hadisənin baş verməsinə səbəb onun arxadan gələn “VAZ 2107” markalı avtomobili görməməyi olmuşdur. Hazırda törətdiyi xətadan səmimi peşman olduğunu və bir daha belə səhvlərə yol verməyəcəyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını inzibati xəta haqqında qərar çıxarılan zaman nəzərə alınmasını, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında göstərdi ki, onun BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. "VAZ 21074" minik markalı **-SP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili baş etibarnamə ilə idarə edir. 13.12.2021-ci il tarixdə təxminən 18 radələrində o, idarə etdiyi "VAZ 21074" minik markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, S.Əliyev küçəsi ilə Poçt qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolun sağ tərəfində dayanmış “Qazel” markalı avtomobilin qarşısından ağ rəngli “Qazel” markalı avtomobil geriyə dönmə əməliyyatı edərkən onun idarə etdiyi avtomobilin qabaq hissəsi geriyə dönmə əməliyyatı etmək istəyən “Qazelin” sol yan hissəsinə dəymişdir. Daha sonra o, idarə etdiyi avtomobili saxlayıb yerə düşmüşdür. Daha sonra hadisə yerinə YPX-m əməkdaşları gəlmişlər. Bundan sonra özünü narahat hiss etdiyi üçün yoldan keçən tanımadığı bir nəfər onu öz avtomobili ilə X7 mərkəzinə aparmışdır. Orada ona həkimlər ilkin tibbi yardım göstərmişlər. Daha sonra ona ciddi xəsarətinin olmadığını bildirmişlər. Həmin xəstəxanadan narkoloji dispanserə gəlib sərxoşluq müayinəsindən keçmiş və ona ayıq olduğunu bildirmişlər. Sığortanın xərci onlara kifayət edir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qarşı şikayət və tələbləri yoxdur. Odur ki, Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 15.12.2021-ci il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs “QAZ 32213” mikroavtobus markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 13 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması rədd edilməsi, sürücü Şəxs, X13 Qanununun tələblərini pozduğundan onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 13 yanvar 2022-ci il tarixli qərarından görünür ki, “VAZ 21074" minik markalı **-SP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 4206 (dörd min iki yüz altı) manat məbləğində maddi ziyan dəymişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 13 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mərkəzi məlumat bazasında vətəndaş Şəxs 23.05.2013-cü il tarixdən, 23.05.2023-cü il tarixədək AB 538629 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və 09.02.2015-ci il tarixdə 6 (altı) ay müddətinə Samux Rayon Məhkəməsinin qərarı ilə məhrum olunmuşdur. İş materiallarına əlavə olunmuş, 22.05.2017-ci il tarixli, AC N 924523 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “QAZ 32213” mikroavtobus markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsusdur. İş materiallarına əlavə olunmuş, Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya X3” X14 15.12.2021-ci il tarixli, 2051 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol döş qəfəsinin yumşaq toxumalarının əzilməsi, qançırı, səthi yarası, sağ baldır nahiyəsinin yaraları, sağ əl pəncəsinin səthi yaraları - bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 13.12.2021 -ci il tarixdə əmələ gələ bilər, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarına əlavə olunmuş, Gəncə Şəhər Rayonlararası Narkoloji Dispanserdən alınmış sərxoşluğun bütün hallarını müəyyən edən aktlardan məlum olmuşdur ki, hər iki sürücü hadisə zamanı ayıq vəziyyətdə olmuşlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışında müəyyən edilmişdir ki, 13.12.2021-ci il tarixdə saat 18 radələrində sürücü, Şəxs sürücülük hüququ olmadan, ayıq vəziyyətdə, etibarnamə əsasında idarə etdiyi "Qaz 32213" minik markalı **-CN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri X15 ilə hərəkətdə olarkən sağ zolaqdan sol zolağa manevr etmə qadalarını pozaraq onunla eyni istiqamətdə hərəkətdə olan sürücü, Zərərçəkmiş şəxs idarə etdiyi "VAZ 21074" minik markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxaraq toqquşmuş nəticədə “VAZ 2107” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sol döş qəfəsinin yumşaq toxumalarının əzilməsi, qançırı, səthi yarası, sağ baldır nahiyəsinin yaraları, sağ əl pəncəsinin səthi yaraları qismində yüngül xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın baxılması məhkəmənin səlahiyyətlərinə aiddir. İnzibati xəta şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməklə ona İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs əməlindən səmimi peşman olmasını və zərərin ödənilməsi istəyinin olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini və məsuliyyəti yüngünləşdirən halları nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar