Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-747/2020 13.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, Kəpəz RPİ-in İTB-nin sahə rəisi, polis mayoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1973-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, “ADY” QSN-nin Gəncə 6 nömrəli Yol sahəsində keçid növbətçisi işləyən, məhkumluğu olmayan, Gəncə şəhəri, Kəpəz rayonu, Tblisi küçəsi, ev 42, mənzil 5-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Gəncə şəhəri BPİ-nin Kəpəz RPİ-dən daxil olmuş inzibati xətaya dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in sahə rəisi, polis mayoru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə xx.xx.2020-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, Tbilisi küçəsində yerləşən ərzaq mağazasının qarşısında yol kənarında ucadan söyüşlər söyən zaman xidmətdə olan PPXT əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis mayoru X6 protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs inzibati xətanı törətdiyini etiraf edərək bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Gəncə şəhəri, Tbilisi küçəsi, ev 42, mənzil 5-də yaşayır və himayəsində iki azyaşlı uşağı var. xx.xx.2020-ci il tarixdə Poçt qəsəbəsində yerləşən kafedə spirtli içki içib evə gedərkən küçədə yerləşən ərzaq mağazasının qarşısında yol kənarında orada olan sakinlərlə sərxoş olduğu üçün mübahisə etmişdir. Orada olan şəxslərə ucadan nalayiq ifadələr işlədən zaman polis əməkdaşları ona yaxınlaşmışlar və ondan çıxıb getməsini tələb etmişlər. O, polis əməkdaşlarına getmək istəmədiyini bildirmiş və aralarında mübahisə yaranmışdır. Sonra onu polis idarəsinə gətirmişlər. Hazırda etdiyi əməldən səmimi peşmandır. Məhkəmədən barəsində qərar qəbul edilərkən etdiyi əməldən səmimi peşman olmasını, ailəsinin yeganə dolanışığını onun təmin etməsini, himayəsində xəstə anasının və iki azyaşlı övladının olmasını, onların diqqətə və vaxtaşırı müalicəyə ehtiyacı olmasını, müharibə veteranı olmasını nəzərə alınaraq barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Gəncə şəhəri BPİ-in Post Patrul xidməti taborunun polis nəfəri, polis serjantı X2 ifadəsində bildirdi ki, xx.xx.2020-ci il tarixdə, saat 19:30 radələrində Gəncə şəhəri, 18-ci marşrutda 4687 saylı avtopatrul avtomaşınında Gəncə şəhəri BPİ-nin PPXT-nun polis nəfəri polis serjantı X7 ilə xidmətdə olan zaman vətəndaş X1 onlara yaxınlaşaraq azyaşlı qızına sərxoş olan naməlum şəxsin nalayiq ifadələr işlətdiyini və ona telefon verərək əlindən tutmasını bildirdi. Həmin məlumat əsasında adı onlara sonradan məlum olan Şəxs yaxınlaşmışlar, həmin şəxs sərxoş olduğundan özünü qeyri səmimi apararaq küçədə uca səslə ünvanlı ünvansız nalayiq ifadələr işlədərək ətrafda olan şəxslərin diqqətini özünə toplamışdır. Onlar həmin şəxsi nizam intizama dəvət etsələr də, həmin şəxs öz əməllərini davam etdirmişdir. Bu səbəbdən həmin şəxsi patrul avtomaşınına mindirən zaman onlara müqavimət göstərmiş və bu səbəbdən fiziki güc tədbiq edərək həmin şəxsi Kəpəz RPİ-nə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Gəncə şəhəri BPİ-in Post Patrul xidməti taborunun polis nəfəri, polis serjantı X7 ifadəsində bildirdi ki, xx.xx.2020-ci il tarixdə, saat 19:30 radələrində Gəncə şəhəri, 18-ci marşrutda 4687 saylı avtopatrul avtomaşınında Gəncə şəhəri BPİ-nin PPXT-nun polis nəfəri polis serjantı X2 ilə xidmətdə olan zaman vətəndaş X1 onlara yaxınlaşaraq azyaşlı qızına sərxoş olan naməlum şəxsin nalayiq ifadələr işlətdiyini və ona telefon verərək əlindən tutmasını bildirdi. Həmin məlumat əsasında adı onlara sonradan məlum olan Şəxs yaxınlaşmışlar, həmin şəxs sərxoş olduğundan özünü qeyri səmimi apararaq küçədə uca səslə ünvanlı ünvansız nalayiq ifadələr işlədərək ətrafda olan şəxslərin diqqətini özünə toplamışdır. Onlar həmin şəxsi nizam intizama dəvət etsələr də, həmin şəxs öz əməllərini davam etdirmişdir. Bu səbəbdən həmin şəxsi patrul avtomaşınına mindirən zaman onlara müqavimət göstərmiş və bu səbəbdən fiziki güc tədbiq edərək həmin şəxsi Kəpəz RPİ-nə gətirərək növbətçi hissəyə təhvil vermişlər. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxsxx.xx.2020ci il tarixdə, saat 19:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyin edilməsi məqsədi ilə aparılan xx.xx.2020-ci il tarixli tibbi müayinə protokolunun surətindən görünür ki, Şəxs orta dərəcəli alkokol sərxoş olmuşdur. Məhkəmə baxışı zamanı Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi və polis işçisi ictimai qaydanı mühafizə edərkən onun qanuni tələblərinə qəsdən tabe olmaması və beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici izahatı, şahid ifadələri və barəsində tərtib edilmiş material ilə tam şəkildə sübuta yetirilir. Belə ki, Gəncə şəhəri, Tbilisi küçəsində yerləşən ərzaq mağazasının qarşısı ictimai yerdir. Şəxs öz hərəkətləri ilə insanların narahat olmasına səbəb olan ifadələri qərəzli şəkildə və ucadan işlədərək, mübahisə etməklə ictimai qaydanı pozmuşdur. Bu zaman ondan hərəkətlərini dayandırmağı tələb edən polis əməkdaşının qanuni tələblərinə məhəl qoymayaraq həm də İXM-nin 535.1 və 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsŞəxs əməlini səmimi etiraf etməklə peşman olmasını İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsŞəxs inzibati xətanı sərxoş halda törətməsini İXM-in 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, himayəsində iki azyaşlı uşağı olmasını, səmimi peşman olmasını, qəbul ediləcək qərarın onun ailəsinə təsirini nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 381-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat cərimə edilsin. Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 19:30-dan xx xxxxxxx 2020-ci il saat 17:00dək inzibati qaydada tutulması nəzərə alınmaqla ona təyin olunmuş inzibati cərimə azaldılaraq 150 (bir yüz əlli) manat məbləğində müəyyən olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-747/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-747/2020
13.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver