Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-749/2020 15.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, Gəncə şəhəri üzrə İ̇cra İ̇darəsinin icra məmuru Rafael Məmmədovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Gəncə şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Gəncə şəhəri, F.Mirzə 37 ünvanda qeydiyyatda olan Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İ̇nzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İ̇cra İ̇darəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncəşəhəri üzrəİcra İdarəsinin icra məmuru Rafael Məmmədov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün X1 Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əlavə olunmuş sənədlərdən müəyyən olundu ki, GəncəŞəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2316/2019 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinəəsasən borclu Şəxs 30000 (otuz min) manat məbləğində pul alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Gəncəşəhəri üzrə İcra İdarəsinin icra məmuru Rafael Məmmədov tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o icra sənədini icra etməmiş, nəticədə 30000 (otuz min) manat borcu vardır. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Rafael Məmmədov bildirdi ki, borclu Şəxs barəsində olan X1 Rayon Məhkəməsinin 2(043)- 2316/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 30000 (otuz min) manat pul alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş və xəbərdarlıqlar təqdim edilmişdir. Lakin borclu bugünkü tarixədək borcunu ödəməmiş və icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclu keçən müddət ərzində borcundan heç bir ödəniş etmir. Tələbkar isə borcun ödənilməsini tələb edir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan RespublikasıİXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs oğlu izahatında göstərdi ki, onun 30000 yox sadəcə olaraq 8500 manat borcu vardır. Maddi vəziyyəti yaxşı olmadığından həmin məbləği yəni 8500 manatı 1 həftə ərzində ödəyə bilər. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, borclu Şəxs ona 30000 manat borcu vardır. Və borcunu ödəməkdən boyun qaçırır. Pulu ödəmir deyir ki, əvəzinə maşın verəcək. Ancaq nə pulu ödəmir, nə də ki maşın vermir. O, borcludan borcunun geri qaytarmasını, əks təqdirdə onun barəsində ciddi tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati materiala əlavə edilmiş X1 Rayon Məhkəməsinin 2(043)-2316/2019 nömrəli, 17.07.209-cu il tarixli icra vərəqəsindən görünür ki, borclu Şəxs 30000 (otuz min) tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, borclu Şəxs icra sənədini icra etməkdən boyun qaçırmış və nəticədə 30000 (otuz min) manat borcu qalmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati xəta Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün olaraq protokollaşdırılmışdır. Şəxs əməlində İXM-in 32 və 33-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakteri və digər xüsusiyyətlərini nəzərə alıb məhkəmə Şəxs inzibati qaydada tənbeh edərkən onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs oğlu Azərbaycan Respublikası İ̇nzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsin əvvəli xx.xx.2020-ci il, saat 14:30-dan hesablansın. Qərarın icrası Gəncəşəhəri Baş Polis İ̇darəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində X1 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-749/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-749/2020
15.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver