Məhkəmə qərarları › İş №3(043)-751/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-751/2020

30.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-751/2020 30.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X2 iclas katibliyi, Şəxs MMCnin nümayəndəsi X1 iştirakı ilə, Şəxs (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 11000-1448/20 nömrəli, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki,ünvan 1 qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Çin XalqRespublikasından OO499O/AA342D nömrə nişanlı nəqliyyat vasitəsində “Qırmızı körpü” gömrük postundan təyinatı üzrə rəsmiləşdirilməsi üçün Gəncə səhəri X6 Gömrük idarəsinə göndərilmiş “Kimyəvi və ya digər texniki məqsədlər üçün nəzərdə tutulmuş Keramik məmulatlar yüklərinə dair **********2484 saylı xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi tərtib edilərək Şəxs MMC tərəfindən gömrük orqanına təqdim edilmişdir. **********2484 saylı gömrük bəyənnaməsinin və digər sənədlərin araşdırılması zamanı Gəncə səhəri QƏBGİ-də aşkar olunmuşdur ki, “Şəxs’’ MMC idxal etdiyi yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə baxışının keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X3 izahatında bildirdi ki, 004990/AA342D nömrə nişanlı nəqliyyat vasitəsində göndərilən mallar barəsində qısa idxal bəyannaməsi “Şəxs MMC tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış və sistemə daxil edilmişdir, lakin ölkə üzrə internet problemi olması səbəbindən elektron formada portala daxil edilməmə kimi düşmüşdür. Buna görə də MMC tərəfindən gömrük qaydalarının pozulması halı baş vermişdir.Gömrük qaydaları qərəzli olmadan pozulmuşdur. Məhkəmə tərəfindən qərar qəbul edilərkən bu halların nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan xx.xx.2020-ci il tarixli raportdan görünür ki Şəxs ünvanına gələn xx.xx.2020-ci il tarixdə AA342D nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş vəkeramik məmulatlargömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməsinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs (VÖEN:**********) ünvanına Çin Xalq Respublikasından 004990/AA342D nömrə nişanlı nəqliyyat vasitəsində “Qirmizi körpü” gömrük postundan təyinatı üzrə rəsmiləşdirilməsi üçün Gəncə səhəri, X6 Gömrük İdarəsinə göndərilmiş “Kimyəvi və ya digər texniki məqsədlər üçün nəzərdə tutulmuş Keramik məmulatlar“ yüklərinə dair **********2484 saylı xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi tərtib edilərək “Şəxs" MMC tərəfindən gömrük orqanına təqdim edilmişdir. Şəxs MMC idxal etdiyi yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Bununla da, Şəxs hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin sanksiyasının həddi daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar