Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-751/2021 05.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət yol polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y yə n etdi: Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət yol polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə 07.05.2021-ci il tarixdə İXM-in 329.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmiş və cərimə olunması barədə qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay ərzində qanunla müəyyən olunmuş əsaslar olmadan icra etmədiyi üçün Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət yol polis şöbəsi tərəfindən onun barəsində İXM-in 529.3-cü maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və ondan işin təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, Şəxs oğlu 07.05.2021-ci il tarixli, EQ ******* nömrəli qərar üzrə 40 manat cəriməni və ona hesablanmış 24 manat dəbbə pulunu tam olaraq dövlət büdcəsinə ödəmişdir. Məhkəmə inzibati materiala əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin qeyd hissəsinə əsasən cəriməni və dəbbə pulunu ödədiyindən inzibati məsuliyyətdən azad edilməlidir. Həmin maddənin qeydində göstərilmişdir ki, bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128 - 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Şəxs 07.05.2021-ci il tarixli, EQ ******* nömrəli qərar üzrə cəriməni və dəbbə pulunu ödədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(043)-751/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-751/2021
05.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver