Məhkəmə qərarları › İş №3(043)-758/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-758/2020

16.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-758/2020 16.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, Gəncə şəhər DYPŞ inspektoru, polis baş leytenantı X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Daşkəsən rayonu Gurbulaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş, Daşkəsən rayonu, Əmirvar kəndində qeydiyyatda olan və Gəncə şəhəri Məhsəti qəsəbəsində yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞ polis baş leytenantı X13 tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 14:45 radələrində Şəxs “QAZ 53B” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞ inspektoru polis kapitanı X13 inzibati xəta haqqında protokola uyğun izahat verərək, Şəxsinzibatiməsuliyyətə cəlbolunmasınıməhkəmədənxahişetdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, idarə etdiyi “QAZ-53B” yük markalı, “**-BB-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobilə Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə Dəyirman Dairəsi istiqamətə hərəkətdə olarkən Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin bərabərliyində ara məsafəsi saxlamadığı üçün avtobus dayanacağında dayanmış vəziyyətdə olan X5 idarə etdiyi “Hyundai Caunty” markalı “**-TA-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa tərəfindən çırpılmış, “Hyundai Caunty” markalı avtobus zərbənin təsirindən qabağa gedərək yolun sağ kənarında dayanmış vəziyyətdə olan sürücü X1 məxsus VAZ-2106 minik markalı “**-BC-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş, sonuncu avtomobil isə qarşıda yolun sağ kənarında dayanmış vəziyyətdə olan sürücü-X9 məxsus “VAZ-21154” minik markalı “**-BL-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobilə çırpılmışdır. Hazırda törətdiyi xətadan səmimi peşman olduğunu və bir daha belə səhvlərə yol verməyəcəyini, zərərçəkmiş şəxsə dəymiş maddi zərərin ödənilməsini və ona qarşı şikayət və tələblərinin olmamasını inzibati xəta haqqında qərar çıxarılan zaman nəzərə alınmasını, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə zərərçəkmiş şəxslər X6, X12, X10 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarına əlavə edilmiş telefonoqramlardan görünür ki, zərərçəkmiş şəxslər onlara dəymiş zərərin ödənildiyini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs heç bir şikayət və tələblərinin olmadıqlarını bildirərək, məhkəmə iclasına gələ bilməyəcəklərini bildirmişlər. Məhkəmə zərərçəkmiş şəxslərin iştirakı olmadan məhkəmə baxışını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında İXP ******* nömrəli, xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 14:45 radələrində Şəxs “QAZ 53B” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, xx.xx.2020-ci il tarixdə saat 15:10 dəqiqədə sürücü-xx.xx.2001-ci ildə Daşkəsən rayonu Əmirvar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə şəhəri Məhsəti qəsəbəsi 10-cu küçədə yaşayan Şəxs, idarə etdiyi “QAZ-53B” yük markalı, “**-BB-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobilə Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə Dəyirman Dairəsi istiqamətə hərəkətdə olarkən Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin bərabərliyində ara məsafəsi saxlamadığı üçün avtobus dayanacağında dayanmış vəziyyətdə olan sürücü-xx.xx.1974-cü ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Gəncə şəhəri Avtozavod qəsəbəsində yaşayan X5, idarə etdiyi “Hyundai Caunty” markalı “**-TA-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa tərəfindən çırpılmış, “Hyundai Caunty” markalı avtobus zərbənin təsirindən qabağa gedərək yolun sağ kənarında dayanmış vəziyyətdə olan sürücü X1 məxsus VAZ-2106 minik markalı “**-BC-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş, sonuncu avtomobil isə qarşıda yolun sağ kənarında dayanmış vəziyyətdə olan sürücü-X9 məxsus “VAZ-21154” minik markalı “**-BL-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobilə çırpılmışdır. Faktla bağlı Gəncə şəhər BPİ-nin DYPŞ-nin, YNH-si inspektoru polis kapitanı Samir Quliyev tərəfindən araşdırma aparılmışdır. Sonradan “Hyundai Caunty” markalı avtobusda olan sərnişin-1960-cı il təvəllüdlü Samux rayonu Zazalı kəndində yaşayan özünü X2 təqdim etmiş şəxs həmin hadisə ilə bağlı başın alın nahiyəsinin səthi çapılmış yarası ilə Gəncə şəhər TTYS- na müraciət etmişdir. Həmin material xx.xx.2020-ci il tarixdə aidiyyəti üzrə icra olunması üçün Gəncə şəhər BPİ-nə göndərilmişdir. xx xxxx 2020-ci il tarixli, **********040 nömrəli ərizədən görünür ki, X7 idarə etdiyi **- BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vsitəsinə dəymiş ziyan X11 tərəfindən tamamilə ödənmişdir. X3 qarşı heç bir tələbi və şikayəti yoxdur. xx xxxx 2020-ci il tarixli, **********409 nömrəli ərizədən görünür ki, X1 dəymiş maddi ziyan tam şəkildə X11 tərəfindən tamamilə ödənmişdir. X3 qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. xx xxxx 2020-ci il tarixli, **********719 nömrəli ərizədən görünür ki, X10 dəymiş maddi ziyan tam şəkildə X11 tərəfindən tamamilə ödənmişdir. X3 qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam sübuta yetirilir. Məhkəməbaxışında müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 15:10 dəqiqədə sürücü-xx.xx.2001-ci ildə Daşkəsən rayonu Əmirvar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə şəhəri Məhsəti qəsəbəsi 10-cu küçədə yaşayan Şəxs, idarə etdiyi “QAZ-53B” yük markalı, “**-BB-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobilə Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə Dəyirman Dairəsi istiqamətə hərəkətdə olarkən Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin bərabərliyində ara məsafəsi saxlamadığı üçün avtobus dayanacağında dayanmış vəziyyətdə olan sürücüxx.xx.1974-cü ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Gəncə şəhəri Avtozavod qəsəbəsində yaşayan X5, idarə etdiyi “Hyundai Caunty” markalı “**-TA-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa tərəfindən çırpılmış, “Hyundai Caunty” markalı avtobus zərbənin təsirindən qabağa gedərək yolun sağ kənarında dayanmış vəziyyətdə olan sürücü X1 məxsus VAZ-2106 minik markalı “**- BC-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş, sonuncu avtomobil isə qarşıda yolun sağ kənarında dayanmış vəziyyətdə olan sürücü-X9 məxsus “VAZ-21154” minik markalı “**-BL-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobilə çırpılaraq Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdətutulaninzibati xətanı törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın baxılması məhkəmənin səlahiyyətlərinə aiddir. İnzibati xəta şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməklə ona İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs əməlindən səmimi peşman olmasını və zərərin ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və məsuliyyəti yüngünləşdirən halları nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar