Məhkəmə qərarları › İş №3(043)-758/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-758/2021

03.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-758/2021 03.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi оğlunun sədrliyi, məhkəmə iclas katibi Abdullayev İlkin Hafiz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs оğlunun Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X20 Şöbəsindən daхil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər Baş Polis İdarəsinin X19 Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İХM-in 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə şəhəri Kəpəz Rayоn Məhkəməsinə göndərilmişdir. Protokoldan və əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 30.06.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarla Azərbaycan Respublikasının İXMin 329.1-ci maddəsinə əsasən 40 manat miqdarında cərimə olunmuş, lakin qərar qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan həmin qərarı icra etməmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirdi ki, onun ümumiyyətlə bu inzibati xəta hadisəsindən məlumatı yoxdur və inzibati xətanın törədildiyi avtomobilin onunla heç bir əlaqəsi yoxdur. Belə ki, əvvəllər də onun adına həmin avtomobillə bağlı cərimə yazılmış lakin sonradan o, polis idarəsinə müraciət edərək, həmin avtomobilin ona məxsus olmamasını, həmin avtomobil barəsində heç bir məlumatı olmadığını və ona həmin avtomobilə görə cərimə yazıldığını bildirmişdir. Daha sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X20 İdarəsindən ona məktub göndərilmiş və məktubda qeyd olunmuşdur ki, qərar çıxarılarkən hansısa texniki səhv baş vermiş, hazırda isə həmin texniki səhv aradan qaldırılmışdır. Buna görə onun hazırki inzibati xəta haqqında işlə heç bir əlaqəsi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxt barədə lazımi qaydada məlumat verilmiş protokolu tərtib etmiş şəxs məhkəmə iclasında iştirak etmədiyindən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində icraat aparılan şəxsin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş mаtеriаllаrındа оlаn və məhkəmə bахışındа tədqiq еdilmiş 30.06.2021-ci il tarixli, EQ ******* saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, Şəxs оğlu Binəqədi şosesində KİA RİO minik markalı ** UK *** dövlət qeydiyyat nişanlı avtomobili təhlükəsizlik kəmərini bağlamadan idarə etdiyinə görə Аzərbаycаn Rеspublikаsı İnzibаti Хətаlаr Məcəlləsinin 329.1-ci mаddəsinə əsasən 40 manat cərimə edilmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində tərtib edilir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə-nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 529.3-cü maddəsinə əsasən inzibati məsuliyyətin yarana bilməsi üçün şəxsin törətdiyi inzibati xətaya görə inzibati cərimə növündə tənbeh edilməsi və bu cərimənin qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay ərzində qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilməməsi tələb olunur. İXM-in 3-cü maddəsi ilə təsbit olunmuş təqsirə görə məsuliyyət prinsipi heç kimin təqsirli olmadan törətdiyi əmələ görə inzibati məsuliyyətə cəlb edilməməsini, eləcə də başqasının təqsirinə görə məsuliyyətə cəlb edilməsinin yolverilməzliyini ehtiva edir. İş materiallarında olan DİN-in Veb Portalından çıxarışdan görün ki, “KİA RİO” markalı ** UK *** dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətindədir və müxtəlif vaxtlarda X8, X2, X6, X12, X7, X4, X9 və X3 etibarnamə əsasında istifadəsində olmuşdur. Çıxarışdan da göründüyü kimi Şəxs avtomobilin mülkiyyətçisi deyil, eyni zamanda avtomobilin etibarnamə əsasında istifadəçiləri arasında da adı yoxdur. Avtomobilin Şəxs sahibliyində və istifadəsində olmaması barədə məlumatlar X19nin mərkəzi informasiya sistemində mövcud olmasına baxmayaraq avtomobili təhlükəsizlik kəmərini bağlamadan idarə etdiyinə görə xüsusi texniki vasitənin köməyi ilə aşkar edilmiş inzibati xəta haqqında qərarın Şəxs barəsində qəbul edilməsi və bu qərarın icrasının ondan tələb edilməsi İXM-in 3-cü maddəsinin tələblərinə ziddir. Şəxs təqsirli olmadığı inzibati xətaya görə məsuliyyət daşımamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.3-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 43, 53, 115, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs оğlunun hərəktlərində inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Аpеllyаsiyа Məhkəməsinə şikаyət vеrilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar