Məhkəmə qərarları › İş №3(043)-762/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-762/2021

21.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-762/2021 21.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, X2 barəsində DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 18.09.2021-ci il tarixli EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, müəyyən etdi: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 18.09.2021-ci il tarixli EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 50 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X2 şikayət verərək, EQ ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ona cərimənin yazılması qərəzlidir, çünki o, avtomaşınını 2 aydırki almış, alan kimi texniki baxışdan keçirmək üçün dərhal müraciət etmişdir. Ona polis nəfəri bildirmişdir ki, maşının üzərində cəriməsi vardır. O, vicdanlı alıcıdır. Polis idarəsi isə onun avtomaşınını texniki baxışdan keçirməklə səlahiyyətlidir. Lakin, əksinə o qərəzli olaraq 50 manat cərimə edilmişdir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı məhkəmə, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X2 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, inzibati xətalar haqqında qanunvericiliyə əsasən inzibati xəta haqqında işlər üzrə qərarlardan şikayət verilə bilər və şikayət verilərkən mübahisələndirilən qərar və qərarın hansı tarixdə əldə edilməsinə dair sübutlar mütləq şəkildə şikayətə əlavə olunmalıdır. X2 isə şikayətinə mübahisələndirilən qərarı əlavə etsə də, həmin qərarı hansı tarixdə əldə edilməsinə dair sübutlarını təqdim etməmiş, bununla da onun inzibati tənbeh vermə haqqında qərarı İXM-in 126.1-ci maddəsində nəzərdə tutulan müddət (20 gün) ərzində mübahisələndirməsini müəyyən etmək mümkün olmamışdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X1 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı qanunla müəyyən edilmiş müddət ərzində mübahisələndirməsi müəyyən edilmədiyindən, verilmiş şikayət ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (maddə 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (maddə 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (maddə 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (maddə 106.0.5) həll etməlidir.. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 18.09.2021-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar