Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-763/2021 22.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X4 iclas katibliyi, protokol tərtib etmiş şəxs Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis mayoru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Gəncə şəhəri BPİ-nin Kəpəz RPİ-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis mayoru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 21 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs 21.10.2021-ci il tarixdə yaşadığı evdə Gəncə şəhəri, Məhsəti qəsəbəsində küçədə X5 ünvanına ucadan nalayiq söyüşlər söyən zaman onu nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis mayoru X6 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, 21.10.2021-ci il tarixdə saat 16:30 radələrində xidmətdə olduğu zaman Gəncə şəhər Nizami RPİ-nin İTB-nin polis sahə rəisi polis mayoru Nəsib Musayev telefon vasitəsilə məlumat verərək bildirmişdir ki, onun Gəncə şəhər Məhsəti qəsəbəsində yaşadığı evin yaxınlığında yaşayan Fais adlı şəxs ona məxsus evin küçə qapısını təpikləyərək onun ünvanına nalayiq söyüşlər söyməklə münaqişə yaradır. Buna görə də, o həmin ünvana getmişdir. Göstərilən ünvanda adı sonradan ona məlum olan Şəxs polis mayoru Nəsib Musayevin onu narkotik alüdəçisi adlandırmağına öz etirazını bildirərək küçədə onun ünvanına ucadan nalayiq söyüşlər söyməsi aşkar edilmişdir. Şəxs özünü təqdim edərək onun münaqişəyə son qoymasını və söyüş söyməməsini bildirmişdir. Ancaq Şəxs yenə də küçədə toplaşan vətəndaşların diqqətini özünə cəlb etməklə ucadan səs küy salaraq söyüş söymüş və öz hərəkətlərini davam etdirmişdir. Buna görə də, Şəxs xuliqanlıq hərəkətlərinin qarşısının alınması məqsədilə onu Kəpəz RPİ-nə gətirib Növbətçi Hissəsinə təhvil verilmiş, barəsində qanuna müvafiq tədbirlər görülmüşdür. O, məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs ifadəsində bildirdi ki, o, evlidir, rəsmi nikahı yoxdur. Gəncə şəhəri Məhsəti qəsəbəsində yaşayır. Nəsib Musayevə məxsus evin qapısını təpiklə vurmuş, Nəsib Musayevə söymüş və küçədə mübahisə etmişdir. Sahə rəisi Sənani Məmmədov onu nizam intizama dəvət etsə də tabe olmamış, əsəbi olduğu üçün söyüşlər söymüşdür. Həmin vaxt küçədə qadınlarda olmuşdur. Nəsibin ünvanına söyməsi və onun qapısını təpikləməsinə görə peşman deyildir, düz eləmişdir. Polisin qanuni tələbinə tabe olmadığına görə və küçədə qadınların yanında nalayiq ifadələr işlətməsinə görə peşmandır. Nəsib Musayev iki il əvvəl onun atasının yas mərasimində olan zaman danışmışdır ki, “o narkomandır evinə yad adamlar gəlir, ciqanlıqla məşğuldur”. Atası 2 il olar ki rəhmətə gedib, lakin bu söhbətlər 10-15 gün olar ona çatmışdır. Onun barəsində qohumlarının yanında onu pisləyir, onun əleyhinə danışır. Bu hallarda onu narahat edir. Həmin günü evdə valideynləri ilə mübahisəsi düşmüşdür. Ona görə də əsəbləşmiş, Nəsib Musayevin qapısını təpikləmiş, səs-küy salmışdır. Məhkəmədən barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək bildirdi ki, Gəncə şəhəri BPİ-in Nizami RPİ-in İTB-in polis sahə rəisi, polis mayorudur. Təxminən 1 həftə bundan qabaq Faisin anası Raya ona gəlib demişdir ki, Eşqin və Rəhim adlı şəxslər Faisə deyib ki, “sənin anan Nəsib müəllimə işləyir”. O, 21 oktyabr 2021-ci tarixdə işdə olan zaman ailə üzvləri ona zəng edilərək Şəxs onların evlərinin qarşısında ucadan nalayiq ifadələr işlədərək qapılarını təpiklədiyini ona bildirmişlər. O, həmin ərazinin sahə rəisinə zəng edərək bu barədə məlumat vermiş, bundan sonra sahə rəisi ilə birlikdə yaşadıqları küçəyə getmişlər, küçədə Fais onu görərək üzərinə hücum çəkmə istəmiş və ünvanına nalayiq ifadələr işlətmiş, mübahisə etməyə başlamış, sahə rəisi onu sakitləşdirə bilməmiş, zorla onu avtomobilə mindirmişdir. O, Şəxs atasının yas yerində heç kimə heçnə deməməmişdir. Ona nalayiq ifadələr işlədib evinin qapısını təpiklə vurub tabesizlik göstərib. Sənani müəllim onun cibindən bıçağı götürəndə o bıçağı görmüşdür. Bıçaqla onu hədələməmişdir, sadəcə nalayiq ifadələr işlətmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis mayoru X6 tərəfindən tərtib edilmiş 21.10.2021-ci il tarixli raportdan görünür ki, 21.10.2021-ci il tarixdə saat 16:30 radələrində xidmətdə olduğu zaman Gəncə şəhər Nizami RPİ-nin İTB-nin polis sahə rəisi polis mayoru Nəsib Musayev telefon vasitəsilə məlumat verərək bildirmişdir ki, onun Gəncə şəhər Məhsəti qəsəbəsində yaşadığı evin yaxınlığında yaşayan Fais adlı şəxs ona məxsus evin küçə qapısını təpikləyərək onun ünvanına nalayiq söyüşlər söyməklə münaqişə yaradır. Buna görə də, o həmin ünvana getmişdir. Göstərilən ünvanda adı sonradan ona məlum olan Şəxs polis mayoru Nəsib Musayevin onu narkotik alüdəçisi adlandırmağına öz etirazını bildirərək küçədə onun ünvanına ucadan nalayiq söyüşlər söyməsi aşkar edilmişdir. Şəxs özünü təqdim edərək onun münaqişəyə son qoymasını və söyüş söyməməsini bildirmişdir. Ancaq Şəxs yenə də küçədə toplaşan vətəndaşların diqqətini özünə cəlb etməklə ucadan səs küy salaraq söyüş söymüş və öz hərəkətlərini davam etdirmişdir. Buna görə də, Şəxs xuliqanlıq hərəkətlərinin qarşısının alınması məqsədilə onu Kəpəz RPİ-nə gətirib Növbətçi Hissəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə baxışı zamanı Şəxs xırda xuliqanlıq edərək ictimai qaydanı pozması və polis işçisi ictimai qaydanı mühafizə edərkən onun qanuni tələblərinə qəsdən tabe olmaması və beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici izahatı ilə, şahid ifadəsi, protokol tərtib etmiş şəxsin izahatı və Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-dən daxil olmuş materialla tam təsdiq edildi. Belə ki, Gəncə şəhəri, Məhsəti qəsəbəsinin küçəsi ictimai yerdir. Şəxs öz hərəkətləri ilə insanların narahat olmasına səbəb olan ifadələri qərəzli şəkildə və ucadan işlədərək ictimai qaydanı pozmuşdur. Bu zaman ondan hərəkətlərini dayandırmağı tələb edən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq həm də İXM-nin 535.1 və 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də X9 İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halı müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, inzibаti tənbehin məqsədinə nаil оlmаq üçün оnun şəxsiyyətini, yüngülləşdirici və ağırlaşdırıcı halın olmamasını, qəbul ediləcək qərarın gələcəkdə icrasının mümkünlüyünü, törədilən inzibati xətanın xarakterini və təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, bаrəsində inzibаti həbs tətbiq etməklə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 21.10.2021-ci il tarixdə, saat 17:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati tənbeh növündə həbs seçilməli, həbsdə saxlama müddətinin əvvəli onun tutulduğu tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X3 ödənilməsi üçün işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 24 (iyirmi dörd) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli inzibati qaydada tutulduğu 21 oktyabr 2021-ci il tаrixdən, saat 17:30-dan hesablansın. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X7 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Şəxs hüquqi yardım göstərilməsinə görə müdafiəçi X3 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 24 (iyirmi dörd) manat məbləğində pul vəsaiti Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-763/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-763/2021
22.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver