Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-785/2021 02.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, X11 haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis mayoru İsayev Kamal Arzuman oğlunun 25.08.2021-ci il tarixli, EQ ******* saylı X11 haqqında qərarından şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin X11 haqqında 25.08.2021-ci il tarixli, EQ ******* saylı qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli, 3(043)-402/2021 saylı qərarına əsasən, Azərbaycan Respublikası DİN-nin Baş X15 İdarəsi tərəfindən X9 barəsində qəbul edilmiş 20.05.2021-ci il tarixli EQ ******* nömrəli X11 haqqında qərarın ləğv edilməsi və qeyd olunan inzibati xəta haqqında iş üzrə icraata xitam verməsi və X2 barəsində inzibati məsuliyyət tədbirlərinin görülməsi üçün qərarın surəti Azərbaycan Respublikası DİN-nin Baş X15 İdarəsinə göndərilməsi qərara alınmışdır. Bundan sonra Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin polis mayoru X8 qanunun tələblərinə məhəl qoymayaraq, araşdırma aparmadan və heç bir əsas olmadan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli olduğu göstərilərək 25.08.2021-ci il tarixli, EQ ******* nömrəli X11 haqqında elektron qərarla 60 (altmış) manat məbləğində inzibati cərimə edilmişdir. Hesab edir ki, Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin polis mayoru X4 25.08.2021-ci il tarixli, EQ ******* nömrəli X11 haqqında elektron qərarı tam əsassızdır, buna görə də qərara məhkəmə qaydasında baxılmalı və inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilərək icraata xitam verilməsi haqqında qərar çıxarılmalıdır. Vəzifəli şəxs barəsində qərarı elektron formada qəbul etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuş, işin bütün faktiki halları araşdırılmadan İXM-in tələblərinə uyğun olmayan qərar qəbul edilmişdir. İnzibati xətalar haqqında iş üzrə icraatda qanunazidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsi yolverilməzdir. Digər tərəfdən vəzifəli şəxsin belə bir qərarı qəbul etməsi faktiki olaraq qanunvericiliyin tələbi baxımından AR Konstitusiyasının 60-cı maddəsinin tələbi ilə də uzlaşmır. Göründüyü kimi vəzifəli şəxsin belə bir qərar qəbul etməsi faktiki olaraq qanunvericiliyin tələbi baxımından AR Konstitusiyasının 60-cı maddəsində təsbit olunmuş (hüquq və azadlıqların inzibati və məhkəmə təminatı) konstitusion hüququnun məhdudlaşdırılmasına gətirib çıxarır. Barəsində qəbul edilmiş elektron qərarda göstərilmişdir ki, guya o 25.08.2021-ci il tarixdə Gəncə şəhəri, H.Əliyev prospekti “Maxi” marketin qarşısından 17:53 radələrində “Chevrolet Cruz” markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə qaydalarını pozmuşdur. Buna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş “X11 Haqqında” 25.08.2021-ci il tarixli, EQ ******* nömrəli qərar qəbul edilmişdir. O qərarla razılaşmır. Barəsində “X11 Haqqında” 25.08.2021-ci il tarixli, EQ ******* qərar qanunun tələblərinə zidd olaraq qəbul edilmişdir. Belə ki, sözügedən qərarda inzibati xətanın F504473A5CDB9800 nömrəli kamera vasitəsi ilə qeydə alındığı göstərilmişdir. Həmin kameranın adından da göründüyü kimi, Gəncə Təhlükəsizdik kamerasıdır və yalnız müşahidə üçün nəzərdə tutulmuşdur. Həmin kameranın inzibati xəta hadisəsinin qeydə almaq və elektron qərar qəbul etmək funksiyası yoxdur. Təsadüf deyil ki, bu kamera İXMnin 81-ci və 100.1.8-ci maddəsi ilə nəzərdə tutulmuş tələblərə cavab vermir. Ona görə də elektron qərarda həmin kameranın göstəriciləri əks olunmamışdır. “X11 Haqqında” 25.08.2021-ci il tarixli, EQ ******* qərarda qeyd olunmuşdur ki, 25.08.2021-ci il tarixdə Gəncə şəhəri, H.Əliyev prospekti “Maxi” marketin qarşısından saat 17:53 radələrində inzibati xəta törədilmişdir. İnzibati qərarda qeyd olunan ünvanda, tarixdə və saatda ümumiyyətlə o hərəkətdə olmamışdır. Göründüyü ki, bir daha sübut olunur ki, 25.08.2021ci il tarixli, EQ ******* qərar qanunun tələblərinə zidd olaraq qəbul edilmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, adına qeydiyyata alınmış “ASANPAY” elektron kabinetində sözügedən inzibati xətanın törədilib-törədilməməsini müəyyən etmək mümkün deyil. Belə ki, şəxsi kabinetində inzibati xətanın törədilməsinə dair “video görüntü” əlavə edilməmişdir. Bundan başqa “X11 Haqqında” 25.08.2021-ci il tarixli, EQ ******* nömrəli qərarın əlavəsində olan foto şəkillərdə inzibati xətanın törədildiyi tarix və saat əks olunmamışdır. Bununla da belə bir nəticəyə gəlmək mümkün olur ki, onun təqsirli olması “X11 Haqqında” 25.08.2021-ci il tarixli, EQ ******* qərarda inzibati xətanın hansı formada aşkar olunması, inzibati pozuntunun nədən ifadə olunması və inzibati xətanın müəyyən edilməsi məqsədi ilə hər hansı bir xüsusi texniki vasitələrdən istifadə edilməsinə dair heç bir sübut və ya qeyd aşkar edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X6 şikayət ərizəsində göstərilənlərə eyni məzmunlu izahat verərək svetoforun qırmızı işığında kemədiyini, ümumiyyətlə qərarda inzibati xətanın baş verdiyi saat kimi göstərilən vaxtda həmin yerdə olmadığını, əlavə edilmiş görüntünün başqa günə aid olduğunu, lakin video material qərara əlavə edilmədiyi üçün bunu müəyyən etməyin mümkün olmadığını, video materialın əlavə edilməməsinin isə həmin görüntünün xüsusi texniki vasitə ilə yox, təhlükəsizlik kamerasının görüntüsünə əsasən müəyyən edildiyini göstərdiyini bildirmiş və qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinə işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti, qərardan şikayət verən şəxsin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli İ.Quliyevin hərəkətlərində inzibati xəta tərkibinin olmadığı qərar ləğv edilməlidir. İş materiallarında olan 25.08.2021-ci il tarixli, EQ ******* nömrəli X11 haqqında qərardan görünür ki, xüsusi texniki vasitənin məlumatına görə X6 25.08.2021-cu il tarixdə saat 17:53-də, Gəncə şəhəri, H.Əliyev prospekti “Maxi” marketin qarşısından 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 manat cərimə edilmişdir. Qərar DİN BDYPİ-nin polis mayoru İsayev Kamal Arzuman oğlutərəfindən imzalanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 83-cü maddəsinin İİ hissəsinə əsasən yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən stasionar və digər postlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində və ya xüsusi texniki vasitələrin tətbiqi ilə həyata keçirilir. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində X11 haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 25.08.2021-ci il tarixdə üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə qaydalarının pozulması ilə bağlı X2 barəsində qərar qəbul edilmişdir. Şikayət verən şəxs bildirir ki, inzibati qərarda qeyd olunan ünvanda, tarixdə və saatda ümumiyyətlə o, avtomobili ilə hərəkətdə olmamışdır həmçinin inzibati xətanın aşkar olunamsında istifadə olunmuş kamera inzibati xəta hadisəsinin qeydə almaq və elektron qərar qəbul etmək funksiyası yoxdur. Qeyd olunan məsələnin araşdırılması ilə bağlı Azərbaycan Respublikası DİN BDYPİ-yə sorğu edilərək inzibati xəta haqqında materiallar, o cümlədən hadisənin videogörüntüsü tələb edilsə də həmin materiallar məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən elektron qərarda xüsusi texniki vasitəyə aid məlumatlar əks olunmadığından mövcud iş materiallarından inzibati xəta hadisəsinin həqiqətən xüsusi texniki vasitənin köməyi ilə aşkar edilib-edilmədiyini də müəyyən etmək mümkün deyildir. Əgər inzibati xəta hadisəsi həqiqətən də xüsusi texniki vasitənin köməyi ilə aşkar edilmişdirsə bu zaman qəbul edilmiş qərarda İXM-in 100.1.8-ci maddəsində nəzərdə tutulmuş məlumatlar öz əksini tapmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Həmin Məcəllənin 100.1, 100.1.1, 100.1.2, 100.1.3, 100.1.4, 100.1.5, 100.1.6, 100.1.7 və 100.1.8-ci maddələrinə əsasən bu Məcəllənin 54-cü maddəsi istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifıkasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati xəta haqqında işə baxan orqanın, hazırkı halda Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin üzərinə qoyulsa da, həmin orqan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən materialları məhkəməyə təqdim edə bilməmişdir. İnzibati xəta haqqında qərarda göstərilmiş fotoşəkillər rəngsiz olduğu üçün ümumiyyətlə, həmin vaxt sürücünün svetoforun hansı işığında hərəkət etməsini müəyyən etmək mümkün deyildir. Digər tərəfdən şikayətçi inzibati xəta hadisəsinin baş verməsi vaxtının da düzgün qeyd edilmədiyini bildirmişdir. Materiallar təqdim edilmədiyi üçün həmin faktın da aydınlaşdırılması mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, inzibati xəta hadisəsi videoqeydiyyat funksiyasına malik olan kamera ilə qeydə alındığından həmin hadisənin videogörüntüsü əldə edilib materiala əlavə olunmalı, yalnız bundan sonra X2 əməlində inzibati xəta tərkibinin olub-olmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 3461.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində X11 haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Bu baxımdan inzibati xətalar haqqında qanunvericiliyin tələbinə uyğun olaraq N.Məmmədovun tibbi maskadan düzgün istifadə etmədiyi yerin ictimai yer hesab olunmasını sübut etmək vəzifəsi tənbeh verən orqanın üzərinə düşür. Belə sübut təqdim edilmədiyi üçün İ.Quliyevin hərəkətlərində inzibati xəta tərkibinin olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115, 122 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 şikayəti təmin edilsin. X3 inzibati tənbeh verilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis mayoru İsayev Kamal Arzuman oğlunun 25.08.2021-ci il tarixli, EQ ******* saylı X11 haqqında qərarı ləğv edilsin. X5 əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-785/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-785/2021
02.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver