Məhkəmə qərarları › İş №3(043)-786/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-786/2020

23.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-786/2020 23.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində X19 rayon Polis İdarəsindən daxil olmus, inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üə y y ə n e t d i : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində X22 Rayon Polis İdarəsində xx.xx.2020-ci il tarixdə,MN ******* nömrəli, MN ******* nömrəli , MN ******* nömrəli, MN ******* nömrəli, MN ******* nömrəli, MN ******* nömrəli və xx.xx.2020 -ci il tarixdə MN ******* nömrəli və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunaraq, baxılması üçün X19 Rayon Məhkəməsinə göndərilmişdir.Protokollar tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2020-ci il tarixdə X4 məxsus olan Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, bina 82-də yerləşən 25 saylı mənzilin damından dəyəri 100 manat olan su matorunı və hidrofonu, xx.xx.2020-ci il tarixdə X1 yaşadığı Gəncə şəhəri 4-cü mikrorayon, bina 6, mənzil 54-dən dəyəri 100 manat olan su matorunu və hidrofonu, xx.xx.2020-ci il tarixdə X11 məxsus olan VAZ 21015 markalı, 25BE752 dövlət qeydiyyat nişanlı avtomobilin hər biri 125 manat dəyərində olan 2 ədəd arxa şüşəsini, xx.xx.2020-ci il tarixdə X6 yaşadığı Gəncə şəhəri, 1-ci mikrorayon, bina 6A, mənzil 46-dan dəyəri 65 manat olan su matorunu və dəyəri 35 manat olan hidrafonu, xx.xx.2020-ci il tarixdə Abbasov Röyal Elçin oğluna məxsus olan Gəncə şəhəri, D.Qorqud küçəsi, ev 40 nömrəli binanın istifadədə olan damından 76 manat dəyərində olan su nasosunu və hidrafonu, xx.xx.2020-ci il tarixdə X2 yaşadığı Gəncə şəhəri, D.Qorqud küçəsi, bina 40, mənzil 35-in damından dəyəri 75 manat olan su matorunu hidrafonu ilə birlikdə, xx.xx.2020-ci il tarixdə X7 yaşadığı Gəncə şəhəri İ.Cəfərov küçəsi 5 nömrəli binanın, 37 nömrəli mənzilinin damından 100 manat dəyərində olan su matorunu hidrafonla birlikdə və xx.xx.2020-ci il tarixdə X3 yaşadığı Gəncə şəhəri Ə.Nəzərov küçəsi bina 9, mənzil 16-nın damından dəyəri 100 manat olan velisopedi oğurlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs X12 özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, pula ehtiyacı olduğu üçün həmin oğruluqları etmişdir. Hazırda hərəkətlərindən peşimandır. İş üzrə zərərçəkmiş şəxslərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və işin təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə İXM-in 62.4-cü maddəsinə əsasən iş üzrə zərərçəkmiş şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati materiala əlavə edilmiş Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-nin İTB-in sahə rəisi, X13 tərəfindən tərtib edilmiş xx.xx.2020 -ci il tarixli MN ******* nömrəliinzibati xəta haqqında protokoldan görünür ki, Şəxs X4 məxsus olan Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, bina 82-də yerləşən 25 saylı mənzilin damından dəyəri 100 manat olan su matorunu hidrofonla birlikdə oğurlamışdır; Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-nin İTB-in sahə rəisi, İ.Məhərrəmov tərəfindən tərtib edilmiş xx.xx.2020 -ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə X1 yaşadığı Gəncə şəhəri 4-cü mikrorayon, bina 6, mənzil 54-dən dəyəri 100 manat olan su matorunu hidrofonla birlikdə oğurlamışdır; Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-nin polis sahə rəisi, İ.Məhərrəmov tərəfindən tərtib edilmiş xx.xx.2020 -ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə X11 məxsus olan VAZ 21015 markalı, 25BE752 dövlət qeydiyyat nişanlı avtomobilin hər biri 125 manat dəyərində olan 2 ədəd arxa şüşəsini oğurlamışdır; Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-nin polis sahə rəisi, polis leytenantı Hikmət Əliyev tərəfindən tərtib edilmiş xx.xx.2020 -ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə X6 yaşadığı Gəncəşəhəri, 1-ci mikrorayon, bina 6A, mənzil 46-dan dəyəri 65 manat olan su matorunu və dəyəri 35 manat olan hidrafonu oğurlamışdır; Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-nin polis sahə rəisi baş leytenantı X13 tərəfindən tərtib edilmiş xx.xx.2020 -ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə Abbasov Röyal Elçin oğluna məxsus olan Gəncəşəhəri, D.Qorqud küçəsi, ev 40 nömrəli binanın istifadədə olan damından 76 manat dəyərində olan su nasosu hidrafonu oğurlamışdır; Gəncəşəhəri BPİ-in Kəpəz RPİ-nin polis sahə rəisi baş leytenantı X13 tərəfindən tərtib edilmiş xx.xx.2020 -ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə X2 yaşadığı Gəncə şəhəri, D.Qorqud küçəsi, bina 40, mənzil 35-in damından dəyəri 75 manat olan su matorunu hidrafonu ilə birlikdə, oğurlamışdır; Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-nin polis sahə rəisi X8 tərəfindən tərtib edilmiş xx.xx.2020 -ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdəX7 yaşadığı Gəncəşəhəri İ.Cəfərov küçəsi bina 5, mənzil 37nin damından 100 manat dəyərində olan su matorunu hidrafonla birlikdə oğurlamışdır; Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-nin polis sahə rəisi, baş leytenantı Hüseyn Müzəffərzadə tərəfindən tərtib edilmiş xx.xx.2020 -ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə X3 yaşadığı Gəncəşəhəri Ə.Nəzərov küçəsi bina 9, mənzil 16-nın damından dəyəri 100 manat olan velisopedi oğurlamışdır; İşə əlavə edilmiş X19 Rayon Polis İdarəsinin TB-in cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli qərarların surətindən görünür ki, Şəxs əməllərində cinayət tərkibi olmadığından barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarların surəti X19 Rayon Polis İdarəsinin İTB-yə göndərilmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci ildə saat 11:25-də inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin izahatını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki,Şəxs İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi işüzrə toplanmış sübutlarla yanaşı özünün ifadəsi ilə tam sübuta yetir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmişşəxs Şəxs İXM-in 227-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs səmimi peşman olmasınıİXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs törətdiyi inzibati xətaya görə İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu iləözgəsinin əmlakını talamağa görəyüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-nin 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görəüç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində daha ciddi inzibati tənbeh hesab edilən inzibati həbs tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati həbs tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. İXM-in 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuşəmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Göründüyü kimi zərərçəkmiş şəxslərin iştirakı olmadan inzibati tənbeh tətbiq etməklə eyni vaxtda zərərin tutulması mümkün olmadığından zərər çəkmişşəxslərə zərərlə bağlı Azərbaycan Respublikasının Mülki qanunvericiliyinə uyğun olaraq mülki qaydada iddia qaldırmaq hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, barəsində 01 (bir) ay müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. Həbsdə saxlama müddəti xx xxxxxxx 2020-ci il tarixdən, saat 11:30-dan hesablansın. Qərarın icrası Gəncəşəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində X22 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar