Məhkəmə qərarları › İş №3(043)-791/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-791/2021

26.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-791/2021 26.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 qanuni nümayəndəsi X1 iştirakı ilə, xx.xx.1997-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsində Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, 20 iyul 2021 -ci il tarixdə, saat 6 radələrində Şəxs, idarə etdiyi VAZ-21703 minik markalı, **-DX-*** qeydiyyat nömrə nişanlı avtomobili Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən «Bazarstore»marketin yaxınlığında yolun sol tərəf hissəsi ilə geriyə doğru idarə edərkən ehtiyatsızlıqdan həmin vaxt avtomobilin arxasından yolu piyada keçən 18.02.2010-cu ildə anadan olmuş X5 vuraraq sonuncuya burnun yumşaq toxumalarının əzilməsi, sol dirsək nahiyəsinin sıyrığı, sol qılça nahiyəsinn qançırı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 20 iyul 2021 -ci il tarixdə, saat 16 radələrində idarə etdiyi VAZ-21703 minik markalı, **-DX-*** qeydiyyat nömrə nişanlı avtomobili ilə N.Nərimanov prospektində yerləşən aptekə sərnişin düşürtdükdən sonra qarşısında avtomobil dayandığına görə yoluna düzəlmək üçün avtomobili arxaya doğru hərəkət etdirərkən hər iki güzgüdən baxıb arxada maneə olmadığını görmüş, lakin geriyə doğru avtomobili idarə edərkən nəyinsə avtomobilinə dəydiyini hiss etmişdir. O, dərhal avtomobili saxlayıb yerə düşmüş və avtomobilə toqquşanın kiçik uşaq oluğunu görmüş, uşağın valideynləri ilə birlikdə uşağı 3 saylı xəstəxanaya aparmış, tibbi yardım üçün lazımi xərcləri ödəmişdir. Hadisənin baş verməsinə səbəb onun ehtiyatsızlığından olmuşdur. Əməlindən peşman olduğunu bildirərək barəsində yüngül tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 qanuni nümayəndəsi X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışdıqlarını və ona qarşı hər hansı şikayət və tələbləri olmadığını göstərdi. İnzibati materiala əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20.08.2021-ci tarixli qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd olunmuşdur. İnzibati materiala əlavə olunmuş 20.07.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati materiala əlavə olunmuş ”Məhkəmə-Tibbi Ekspertiza və X4” tərəfindən verilmiş 20.07.2021-ci il tarixli, 1169 nömrəli rəydən görünür ki, X2 bədənində olan xəsarətlər 20.07.2021-ci il tarixə uyğun gəlir və “Yüngül” zərərvurmaya aid edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərşəkmiş şəxsin qanuni nümayəndəsinin izahatlarını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla yanaşı özünün ifadəsi ilə tam sübuta yetir. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs əməlindən peşman olmasını, məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alaraq məhkəmə hesab edir ki, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi məqsədi ilə barəsində inziati cərimə tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: xx.xx.1997-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi gündən 10 (on) gün müddətində qərardan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar