Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-793/2021 27.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş X3, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Gəncə şəhəri, Kəpəz rayonu, Z.Hacıyev küçəsi, döngə-2, ev 8-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Kəpəz Rayon Polis İdarəsində tərtib olunmuş material baxılması üçün 27.10.2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi X5 tərəfindən tərtib olunmuş 27.10.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 27.10.2021-ci il tarixdə saat 00:15-də Gəncə şəhəri D.Qorqud küçəsində işlətdiyi internet klubu saat 00:00dan gec işlədərək COVİD-19 infeksiya ilə əlaqədar karantin rejimi qaydalarını pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5 izahatında göstərdi ki, 27.10.2021-ci il tarixdə saat təxminən 00:15 radələrində ölkədə yaradılan xüsusi karantin rejimi ilə bağlı obyektlərə nəzarət edərkən, polis əməkdaşları Dədə Qorqud küçəsində yerləşən internet klubun fəaliyyətinin hələ də dayandırılmadığını və içəridə müştərilər olduğunu görmüşlər. Polis əməkdaşları obyekti işlədən şəxs, adı onlara sonradan məlum olan Şəxs ölkədə yaradılan xüsusi karantin rejimini pozduğu üçün Kəpəz polis bölməsinin növbətçi hissəsinə təhvil verilmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin əlamətləri olduğundan onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməkdə özünü təqsirli bilərək izahatında bildirdi ki, o, Gəncə şəhəri D.Qorqud küçəsində internet klub işlədir. Gecə saat 00:05 radələrində polis əməkdaşları onun işlətdiyi kluba daxil olmuşdur. Həmin vaxt obyektin içərisində onunla yanaşı daha iki nəfər şəxs olmuşdur. Polis oraya gələn vaxt o, təmizlik işləri aparıb obyekti bağlamaq istəmişdir. Törətdiyi əməldən çox peşmandır. Ailədə yeganə qazanc gətirən şəxs özüdür. Bu səbəbdən qərar qəbul edərkən onun əməlindən peşman olmasını və ailə vəziyyətinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Kəpəz RPİ-nin PPXT-nin polis nəfəri X1 izahatında bildirdi ki, 27.10.2021-ci il tarixdə saat 00:15 radələrində Kəpəz RPİ-nin inzibati ərazisində xidmətdə olarkən Gəncə şəhəri, Dədə Qorduq küçəsi yerləşən internet klubunun işlədiyini görmüşlər. Həmin vaxt qeyd edilən obyektə daxil olduqda, orada olan monitorun işlədiyini, içəridə obyekti işlədən və adı sonradan onlara məlum olan Şəxs və daha iki nəfər şəxsin orada olduğunu görmüşlər. Bu zaman onlar obyekti işlədən şəxsi Kəpəz RPİ-nə gətirərək növbətçi hissəyə təhvil vermişlər. İş materiallarına əlavə edilmiş 27.10.2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 27 oktyabr 2021-ci il tarixdə saat 01:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs ona isnad edilən inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 211.1 maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2021-ci il tarixli, 9 nömrəli Qərarının 2.3 – cü maddəsinə əsasən 2021-ci il 1 fevral saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyətlər və tələblər nəzərə alınmaqla, müştərilərə saat 06.00-dan 00.00dək yerində xidmət göstərilməsinə icazə verilir. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.08.2021-ci il tarixli, 248 nömrəli Qərarına əsasən xüsusi karantin rejiminin müddəti 2021ci il 1 noyabr saat 06:00-dək uzadılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə görə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Şəxs karantin rejimində müəyyən olunmuş saatdan artıq müddətdə icarəyə götürdüyü obyekti işlətdiyi üçün karantin rejimi qaydalarını pozması, beləliklə İXM-in 211.1 maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici və şahidlərin izahatları, barəsində tərtib edilmiş protokol və digər sənədlərlə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs əməlini etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmə onun məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1 maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat cərimə edilsin. Şəxs məhkəmə iclas zalında həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(043)-793/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-793/2021
27.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver