Məhkəmə qərarları › İş №3(043)-797/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-797/2021

11.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-797/2021 11.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhər Baş Polis İdarəsinin dövlət yol polis şöbəsi tərəfindən Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 529.3cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə 08.06.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə təqsirli bilinib 50 manat məbləğində cərimə edilmiş və cərimə olunması barədə qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay ərzində qanunla müəyyən olunmuş əsaslar olmadan icra etmədiyi üçün Gəncə şəhər Baş Polis İdarəsinin dövlət yol polis şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və ondan işin təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə İXM-in 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş inzibati tənbeh vermə haqqında EQ ******* nömrəli elektron qərardan və elektron məlumat bazasından çıxarışdan görünür ki, Şəxs oğlu 08.06.2021-ci il tarixdə İXM-nin 339.1-1-ci maddəsi ilə təqsirli bilinib 50 manat məbləğində cərimə olunmuş, qanunla müəyyən olunmuş müddətdə cəriməni ödəmədiyi üçün 30 manat dəbbə pulu hesağlanmışdır. Məhkəmə hesab edir ki, Şəxs İXM-in 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 43,114, 115, 128,129 və 130-cu maddələrini rəhbər tutub məhkəmə, qərara aldı: xx.xx.1984-cü ildə Gəncə şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1.1-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar