Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-803/2021 28.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin rəisi Nəvai Qasımov tərəfindən qəbul edilmiş 07.01.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, müəyyən etdi: Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin rəisi Nəvai Qasımov tərəfindən qəbul edilmiş 07.01.2021-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 200 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X2 şikayət verərək, MN ******* nömrəli cərimədən azad edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, heç bir karantin qaydasını pozmadığı halda ona qarşı polis əməkdaşı tərəfindən haqsız qərar qəbul edilmişdir. Onun barəsində inzibati tənbeh tətbiq edilən vaxt onun Azərişıq ASC-nin Qərb RETSİ-nin rəisi tərəfindən verilmiş icazə arayışı mövcud olmuşdur. Lakin polis əməkdaşı bunu nəzərə almadan onun barəsində inzibati tənbeh tətbiq edilməsi ilə bağlı qərar qəbul etmişdir. O, cərimə olduğunu 2021-ci ilin sentyabr ayında Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin 29.06.2021-ci il tarixdə 122-27383-1221 nömrəli məktub gələndə başa düşmüşdür. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı məhkəmə, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, X2 tərəfindən verilmiş ərizə geri qaytarılmalıdır. Belə ki, şikayətə əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsi tərəfindən X1 göndərilmiş inzibati tənbeh vermə haqqında qərar onun tərəfindən 02.09.2021-ci il tarixdə rəsmi qaydada qəbul edilmişdir. Lakin Ə.Əliyev tərəfindən şikayət ərizəsini 26.10.2021-ci il tarixdə tərtib edilmiş, 28.10.2021-ci il tarixdə isə şikayət məhkəməyə təqdim edilmişdir. Bununla da, o, inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası İXM-in 130.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərardan şikayət qərarın rəsmi qaydada əldə edildiyi vaxtdan 10 gün müddətində verilə bilər. Bununla yanaşı, məhkəmə X1 izah edir ki, o, inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün prosessual müddəti üzrlü səbəbdən ötürmüşdürsə, buraxılmış prosessual müddətin bərpası barədə Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinə vəsatət verə bilər. Belə ki, Azərbaycan Respublikası İXM-in 130.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qanunun mənasına görə, prosessual müddətin bərpası barədə vəsatətə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs (orqan) tərəfindən baxılır. Azərbaycan Respublikası İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (maddə 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (maddə 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (maddə 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (maddə 106.0.5) həll etməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin rəisi Nəvai Qasımov tərəfindən qəbul edilmiş 07.01.2021-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(043)-803/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-803/2021
28.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver