Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-808/2021 01.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X4 iclas katibliyi, protokol tərtib etmiş şəxs Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis mayoru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Daşkənd vilayəti, Çinaz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu ödənilmiş, Gəncə şəhəri, Kəpəz rayonu, X17 küçəsi, ev 55 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Gəncə şəhəri BPİ-nin Kəpəz RPİ-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis mayoru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 01 noyabr 2021-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs 01.11.2021-ci il tarixdə 10:00 radələrində Gəncə şəhər, Ş.İ.Xətai prospektində yerləşən “Milli Süfrə” restoranının qarşısında ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı pozan zaman onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik etmişdir. Məhkəmə iclasında Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis mayoru X5 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, 01.11.2021-ci il tarixdə saat 10:00 radələrində Gəncə şəhər Ş.İ.Xətai prospektində yerləşən “Milli süfrə” restoranının yaxınlığında Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı X7 və əməliyyat müvəkkili, polis kapitanı X6 xidmətdə olduqları zaman adı onlara sonradan məlum olan Şəxs restoranın qarşısında anasının və özünə məlum olan digər şəxslərin ünvanına ucadan nalayiq söyüşlər söydüyünü görüb ona yaxınlaşmışlar. Polis ənəkdaşları özlərini təqdim etdikdən sonra Şəxs söyüş söyməməsini bildirmişlər. Şəxs isə anasının ona pul vermədiyini bildirərək yenə də ətrafda olan vətəndaşların diqqətini özünə cəlb edərək söyüş söyməkdə davam etmişdir və həmçinin onlara bildirmişdir ki, “sizin işinizə qalmayıb” deyərək polis əməkdaşlarının qanuni tələblərini yerinə yetirməmişdir. Bundan sonra Şəxs etdiyi xuliqanlıq hərəkətlərinin qarşısının alınması məqsədilə onu Kəpəz RPİ-nə gətirib Növbətçi Hissəyə təhvil vermişlər. Məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs inzibati xətanı törətdiyini etiraf edərək ifadəsində bildirdi ki, o, qeyri-rəsmi evlidir. İki uşağı vardır. X1 ilə bir ünvanda yaşayır. O, müxtəlif vaxtlarında narkotik tərkibli vasitələr qəbul edir. Bu vasitələri əldə etmək üçün ona pul lazım olur. X16 şəhəri dəyirmanın dairəsində yerləşən “Milli süfrə” restoranında xadiməçi işləyir. Evlərində işıqlar sönmüşdür işıq pulunu yükləmək və özünə psixotrop maddə olan “tramadol” almaq üçün 01.11.2021-ci il tarixdə təxminən saat 10 radələrində anasının işlədiyi restorana getmişdir ki, pul alsın. O anasından pul istəmişdir, lakin anası pulu olmadığını deyərək ona pul verməmişdir. Anası demişdir ki, hələ gündüz vaxtıdır və hələ pulunu almamışdır. Anasını gözləyə bilmədiyi üçün o restorandan çıxmış və restoranın qarşısında yəni küçədə anasının və özünün ünvanına ucadan nalayiq sözlər işlətmişdir. Bu zaman polis əməkdaşlarını ona yaxınlaşaraq ictimai qaydanı pozmamasını bildirmiş, o isə psixotrop dərman qəbul etmədiyindən əsəbi olmuş və polis əməkdaşlarına əhəmiyyət verməyərək onlara aidiyyəti olmadığını bildirmişdir. Hazırda əməlindən peşmandır, maddi imkanı olmadığından cərimə ödəməyə imkanı yoxdur. Məhkəmədən barəsində aşağı həddə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı X7 ifadəsində bildirdi ki, 01.11.2021-ci il tarixdə saat 10 radələrində Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı X6 ilə birlikdə xidmətdə olarkən Gəncə şəhər Ş.İ.Xətai prospektində yerləşən “Milli süfrə” restoranının yaxınlığında adı onlara sonradan məlum olan vətəndaş Şəxs küçədə ictimai yerdə nalayiq ifadələr işlədərək söyüşlər söydüyünü görüb ona yaxınlaşmışlar. Onlar özlərini təqdim etdikdən sonra Şəxs söyüş söyməməsini bildirmişlər. Şəxs isə anasının ona pul vermədiyini bildirərək yenə də ətrafda olan vətəndaşların diqqətini özünə cəlb edərək söyüş söyməkdə davam etmişdir və həmçinin onlara bildirmişdir ki, “yaxşı edirəm söyürəm siz işinizlə məşğul olun” deyərək onların qanuni tələblərini yerinə yetirməmişdir. Bundan sonra Şəxs etdiyi xuliqanlıq hərəkətlərinin qarşısının alınması məqsədilə onu Kəpəz RPİ-nə gətirib Növbətçi Hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı X6 ifadəsində bildirdi ki, 01.11.2021-ci il tarixdə saat 10 radələrində Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı X7 ilə birlikdə xidmətdə olarkən Gəncə şəhər Ş.İ.Xətai prospektində yerləşən “Milli süfrə” restoranının yaxınlığında adı onlara sonradan məlum olan vətəndaş Şəxs küçədə ictimai yerdə nalayiq ifadələr işlədərək söyüşlər söydüyünü görüb ona yaxınlaşmışlar. Onlar özlərini təqdim etdikdən sonra Şəxs söyüş söyməməsini bildirmişlər. Şəxs isə anasının ona pul vermədiyini bildirərək yenə də ətrafda olan vətəndaşların diqqətini özünə cəlb edərək söyüş söyməkdə davam etmişdir və həmçinin onlara bildirmişdir ki, “yaxşı edirəm söyürəm siz işinizlə məşğul olun” deyərək onların qanuni tələblərini yerinə yetirməmişdir. Bundan sonra Şəxs etdiyi xuliqanlıq hərəkətlərinin qarşısının alınması məqsədilə onu Kəpəz RPİ-nə gətirib Növbətçi Hissəyə təhvil vermişlər. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı X6 və Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı X7 tərəfindən tərtib edilmiş 01.11.2021-ci il tarixli raportdan görünür ki, 01.11.2021-ci il tarixdə saat 10:00 radələrində Gəncə şəhər Ş.İ.Xətai prospektində yerləşən “Milli Süfrə” restoranının yaxınlığında xidmətdə olduqları zaman adı onlara sonradan məlum olan Şəxs restoranın qarşısında anasının və özünə məlum olan digər şəxslərin ünvanına ucadan nalayiq söyüşlər söydüyünü görüb ona yaxınlaşmışlar. Onlar özlərini təqdim etdikdən sonra Şəxs söyüş söy məməsini bildirmişlər. Şəxs isə anasının ona pul vermədiyini bildirərək yenə də ətrafda olan vətəndaşların diqqətini özünə cəlb edərək söyüş söyməkdə davam etmişdir və həmçinin onlara bildirmişdir ki, sizin işinizə qalmayıb. Bundan sonra onlar Şəxs etdiyi xuliqanlıq hərəkətlərinin qarşısının alınması məqsədilə onu Kəpəz RPİ-nə gətirib Növbətçi Hissəyə təhvil vermişlər. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə baxışı zamanı Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi və polis işçisi ictimai qaydanı mühafizə edərkən onun qanuni tələblərinə qəsdən tabe olmaması və beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün izahatı ilə, şahid ifadələri, protokol tərtib etmiş şəxsin izahatı və Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-dən daxil olmuş materialla tam təsdiq edildi. Belə ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Milli Süfrə” restoranının qarşısı ictimai yerdir. Şəxs öz hərəkətləri ilə insanların narahat olmasına səbəb olan ifadələri qərəzli şəkildə və ucadan işlədərək ictimai qaydanı pozmuşdur. Bu zaman ondan hərəkətlərini dayandırmağı tələb edən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq həm də İXM-nin 535.1 və 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də X8 İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, inzibаti tənbehin məqsədinə nаil оlmаq üçün оnun şəxsiyyətini, qəbul ediləcək qərarın gələcəkdə icrasının mümkünlüyünü, törədilən inzibati xətanın xarakterini və təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, bаrəsində inzibаti həbs tətbiq etməklə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati tənbeh növündə həbs seçilməli, həbsdə saxlama müddətinin əvvəli 01 noyabr 2021-ci il tаrixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsdə sаxlаmа müddətinin 01 noyabr 2021-ci il tаrixdən, saat 16:10-dan hesablansın. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X9 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-808/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-808/2021
01.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver