Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-809/2021 01.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1959-cu ildə anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əlavə olunmuş sənədlərdən müəyyən olundu ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 520/2012 saylı, 25.05.2012-cil tarixli icra sənədinə əsasən borclu Şəxs 20000 (iyirmi) min manat pul alınaraq tələbkar Zərərçəkmiş şəxs qaytarılmalıdır. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1307/2013 saylı, 25.11.2013-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs zərərin əvəzi olaraq 4484,84 manat əldən çıxmış fayda və 1000 manat pozulmuş hüquqların bərpası üçün çəkilmiş xərc olmaqla cəmi 5484,84 manat pul alınaraq tələbkar Zərərçəkmiş şəxs qaytarılmalıdır. İcra sənədlərinin icrasını təmin etmək məqsədilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsulliyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmişdir.İcra sənədləri üzrə borcundan 3300 manat məbləğində pul ödəniş etmişdir. Borclu Şəxs icra sənədi üzrə borcunu üzrsüz səbəbdən ödəməmişdir.Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 göstərdi ki, borclu qərəzli olaraq borcunu ödəməkdən yayınaraq icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, maddi imkanı olmadığı üçün icra sənədi üzrə borcu yaranmışdır. Təxminən 6000 manat pul ödədiyini göstərərək, barəsində inzibati tənbeh tətbiq edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, indiyə kimi borclu cəmi 3300 manat ödəniş etmişdir. Borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. İnzibati materiala əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1307/2013 saylı, 25.11.2013-cü il tarixli icra sənədindən görünür ki, borclu Şəxs zərərin əvəzi olaraq 4484,84 manat əldən çıxmış fayda və 1000 manat pozulmuş hüquqların bərpası üçün çəkilmiş xərc olmaqla cəmi 5484,84 manat pul alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 25.05.2012-cil tarixli 2(104)-520/2012 saylı icra sənədindən görünür ki, borclu Şəxs 20000 (iyirmi) min manat pul alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. 01.11.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs oğlu məhkəmə qərarlarını icra etməmişdir. 17.12.2012-ci il tarixli tələbin könüllü icrası barədə bildirişdən görünür ki, borcluya tələbi 10 gün müddətində icra etməsi təklif olunmuşdur. 14.02.2014-cü il tarixli tələbin könüllü icrası barədə bildirişdən görünür ki, borcluya tələbi 10 gün müddətində icra etməsi təklif olunmuşdur Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 18.04.2013-cü il tarixli, 3(043)-197/2013 saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə təqsirli bilinərək üç gün müddətinə inzibati həbs edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün olaraq protokollaşdırılmışdır. Şəxs əməlində İXM-in 32 və 33-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakteri və digər xüsusiyyətlərini nəzərə alıb məhkəmə Şəxs inzibati qaydada tənbeh edərkən onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsin əvvəli 01.11.2021-ci il tarixdən, saat 17:30-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya biləvasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(043)-809/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-809/2021
01.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver