Məhkəmə qərarları › İş №3(043)-81/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-81/2020

04.02.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-81/2020 04.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x2 iclas katibliyi ilə, Şəxs MMC (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə 11000-0085/25 nömrəli 16 yanvar 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 yerləşən hüquqi şəxs ‘Şəxs” MMC (VÖEN-**********) tərəfindən bağlanmış 04.07.2018-ci il tarixli “AZERB-001” nömrəli müqavilələrə əsasən 04.09.2019-cu il tarixdə Niderland Krallığından 38HJ669/38JS156 qeydiyyat nömrə nişanlı yük nəqliyyat vasitəsində idxal edilən 1 (bir) avtomaşın ümumi dəyəri 20044.89 avro olan müxtəlif ölçülü yüklər 04.09.2019-cu il tarixdə **********1837 nömrəli GB-nə əsasən gömrük sənədləri tam hazır olmadığı üçün ünvan 1 yerləşən hüquqi şəxs Şəxs MMC-nin Şəmkir rayonunun Sarıtəpə anbarında müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. 29.12.2019-cu il tarixdə **********8019 sorğu nömrəli GB-si əsasında həmin yükün bir hissəsi olan 9443.89 avro yüklərə dair mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altından çıxarılaraq sərbəst dövriyyə buraxılış gömrük proseduru altında yerləşdirilmişdir. Lakin həmin yükün bir hissəsi olan “ağır kimyəvi mallara aid olan yüklər”-ə dair lisenziya alınmaması səbəbindən ümumi dəyəri 10601 (on min altı yüz bir) avro olan yüklərin müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 179.2 maddəsinə uyğun olaraq Şəxs MMC tərəfindən 04.09.2019-cu il tarixli **********1837 sorğu nömrəli Gömrük bəyannaməsi üzrə (61-kod üzrə) “Müvəqqəti saxlanc xüsusi gömrük proseduru” altında yerləşdirilərək 4 (dörd) ay müddətinə 04.01.2020-ci il tarixinədək müvəqqəti saxlanca götürülmüşdür. Lakin, 04.01.2020-ci il tarixdə müvəqqəti saxlanc müddəti bitmiş və bu günədək Şəxs MMC tərəfindən mallar digər gömrük proseduru altında yerləşdirilməmişdir. 08.01.2020-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin Gömrük Prosedurları və Ödənişləri Şöbəsinin əməkdaşları tərəfindən anbara gömrük nəzarəti və baxış keçirilmiş malların yerində olması barədə Akt tərtib edilmişdir. Daxil olmuş 08.01 2020-ci il tarixli 34/12/000214-saylı raport araşdırılarkən müəyyən edildi ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 179.2-ci maddəsinin tələblərinə əməl olunmamışdır. Qeyd olunan faktla bağlı Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və x3 şöbəsində Azərbaycan Respublikası İXM-nin 496 1 -ci maddəsi ilə 14.01.2020-ci il tarixdə 11000-0085/20 say inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Şəxs MMC tərəfindən idxal olunan “Ağır kimyəvi mallara aid olan yüklər”-ə dair tələb olunan lisenziyanın alınmaması səbəbindən bu fakt baş vermişdir, nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində Şəxs MMC-yə və Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, Şəxs MMC və Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, heç bir üzrlü səbəb göstərilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Şəxs MMC-nin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə, iş materiallarını araşdıraraq, hesab edir ki, hüquqi şəxs Şəxs x1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinin tərkibi vardır. Belə ki, iş materiallarında olan 08.01.2020-ci il tarixli Gömrük Əməliyyatları İdarəsinin rəisinin Qərb Ərazi Baş Gömrük İdarəsinin rəsinə ünvanlandığı raportdan görünür ki, ünvan 1 yerləşən hüquqi şəxs ‘Şəxs” MMC (VÖEN-**********) tərəfindən bağlanmış 04.07.2018-ci il tarixli “AZERB-001” nömrəli müqavilələrə əsasən 04.09.2019-cu il tarixdə Niderland Krallığından 38HJ669/38JS156 qeydiyyat nömrə nişanlı yük nəqliyyat vasitəsində idxal edilən 1 (bir) avtomaşın ümumi dəyəri 20044.89 avro olan müxtəlif ölçülü yüklər 04.09.2019-cu il tarixdə **********1837 nömrəli GB-nə əsasən gömrük sənədləri tam hazır olmadığı üçün ünvan 1 yerləşən hüquqi şəxs ‘Şəxs” MMC-nin Şəmkir rayonunun Sarıtəpə anbarında müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. 29.12.2019-cu il tarixdə **********8019 sorğu nömrəli GB-si əsasında həmin yükün bir hissəsi olan 9443.89 avro yüklərə dair mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altından çıxarılaraq sərbəst dövriyyə buraxılış gömrük proseduru altında yerləşdirilmişdir. Lakin həmin yükün bir hissəsi olan “ağır kimyəvi mallara aid olan yüklər”-ə dair lisenziya alınmaması səbəbindən ümumi dəyəri 10601 (on min altı yüz bir) avro olan yüklərin müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında altında qalma müddəti Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 179.2 maddəsinə uyğun olaraq Şəxs MMC tərəfindən 04.09.2019-cu il tarixli **********1837 sorğu nömrəli Gömrük bəyannaməsi üzrə (61-kod üzrə) “Müvəqqəti saxlanc xüsusi gömrük proseduru” altında yerləşdirilərək 4 (dörd) ay müddətinə 04.01.2020-ci il tarixinədək müvəqqəti saxlanca götürülmüşdür. Lakin, 04.01.2020-ci il tarixdə müvəqqəti saxlanc müddəti bitmiş və bugünədək Şəxs MMC tərəfindən mallar digər gömrük proseduru altında yerləşdirilməmişdir. İş materiallarında olan 11000-0085/25 nömrəli 16 yanvar 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, iş üzrə Şəxs MMC-nin direktoru x4 16.01 2020-ci il tarixdə izahat verərək bildirmişdir ki, MMC tərəfindən saxlancda olan yüklərə dair İqtisadiyyat Nazirliyindən lisenziya alınmaması səbəbindən, yəni anbar şəraiti Nazirlər Kabinetinin müvafiq qərarını uyğun olmadığına görə verilmiş saxlanc müddətində mallar rəsmiləşdirilib başa çatdırılmamış, saxlanc müddətlərinə əməl olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə əsasən, hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC tərəfindən “ağır kimyəvi mallara aid olan yüklər”-ə dair lisenziya alınmaması səbəbindən ümumi dəyəri 10601 (on min altı yüz bir) avro olan yüklərin müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 179.2 maddəsinə uyğun olaraq Şəxs MMC tərəfindən 04.09.2019-cu il tarixli **********1837 sorğu nömrəli Gömrük bəyannaməsi üzrə (61-kod üzrə) “Müvəqqəti saxlanc xüsusi gömrük proseduru” altında yerləşdirilərək 4 (dörd) ay müddətinə 04.01.2020-ci il tarixinədək müvəqqəti saxlanca götürülmüşdür. Lakin, 04.01.2020-ci il tarixdə müvəqqəti saxlanc müddəti bitmiş və bu günədək Şəxs MMC tərəfindən mallar digər gömrük proseduru altında yerləşdirilməmişdir. Bununla da, Şəxs MMC hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinin sanksiyasının həddi daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs MMC (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar