Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-826/2021 02.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə 27 oktyabr 2021-ci il tarixli 11000-1495/21 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, ona əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə göndərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 27 oktyabr 2021-ci il tarixli 11000-1495/21 nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, «Şəmkir rayonu Şəmkir şəhəri H.Hüseynov küçəsi, ev 38 mənzil 0-da yerləşən Azərbaycan Respublikasının hüquqi şəxsi Şəxs MMC barəsində 19.10.2021-ci il tarixli Qərb Ərazi Bas Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsindən daxi olmuş 34/013/009153 savlı raportun araşdırılması ilə müəyyən olummusdur ki, Şəmkir rayonu Şəmkir səhəri H.Hüsevnov ev 38, mənzil 0-da yerləsən Şəxs MMC (VÖEN:**********) ünvanına Rusiya Federasiyasında yerləşən “Pavlovskiv Melnik” şirkətindən C182AA123/EP166023 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində göndərilən 14.10.2021-ci il tarixdə “Samur” gömrük postundan daxil olaraq təyinatı üzrə rəsmiləşdirilməsi üçün Qərb Ərazi Bas Gömrük İdarəsinə gəlmiş və 18.10.2021-ci il tarixli **********8276 nömrəli Yük Gömrük bəyannaməsi üzrə Şəxs MMC tərəfindən bəyan edilmiş mallara 19.10.2021-ci il tarixdə Şəmkir rayonu Zəyəm yolunun Qərbində Qərb Ərazi Bas Gömrük İdarəsinin Gömrük Prosedurları və Ödənişləri Şöbəsinin inspektoru gömrük xidməti bas leytenantı X7, həmin idarənin Mobil gömrük şöbəsinin inspektoru gömrük xidməti leytenantı X1, yük sahibinin nümayəndəsi X5 və hal şahidlərinin iştirakı ilə gömrük baxışı keçirilmişdir. Baxış zamanı C182AA123/EP166023 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mal ilə birlikdə və bos vəziyyətdə elektron tərəzidə çəkilərək müəyyən edilmişdir ki, **********8276 sorğu nömrəli gömrük bəyannaməsində göstərilən 20000 kiloqram 400 (dörd yüz) kisə, Çörək bişirmək üçün buğda unundan əlavə düzgün bəyan edilməyən 2 (iki) kisə hər kisə 50 kq, olmaqla “çovdar unu”, 1 (bir) kisə 50 kq, olmaqla “əla növ un” və 1 (bir) kisə 50 kq, olmaqla “birinci növ un” cəmi, 4 (dörd) kisə 200 (iki vüz) kq. un məhsulu aşkar edilmiş və həmin tarixdə protokol tərtib edilərək saxlanılmışdır. Beləliklə, 19.10.2021-ci il tarixli **********8276 saylı gömrük bəyannaməsində bəyan edilməyən saxlanılan, 4 kisə hər kisə 50 kq,olmaqla.cəmi; 200 kq, un məhsulu 19.10.2021- ci il tarixdə akt üzrə Qərb Ərazi Bas Gömrük İdarəsinin həyətində verləsən ambara təhvil verilmişdir. Qeyd olunan faktla bağlı Qərb Ərazi Bas Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsində 20.10.2021-ci il tarixdə 11000-1495/21 savlı inzibati xəta haqqında is üzrə inzibati araşdırma başlanmışdır. İş üzrə 21.10.2021-ci il tarixdə əmtəəsunaslıq ekspertizası təyin olunmuş,aşkar edilən düzgün bəyan edilməyən 2 (iki) kisə hər kisə 50 kq, olmaqla “çovdar unu”, 1 (bir) kisə 50 kq, olmaqla “əla növ un" və 1 (bir) kisə 50 kq, olmaqla “birinci növ un” cəmi, 4 (dörd) kisə 200 (iki yüz) kq, un məhsullarının 18.10.2021-ci il tarixinə olan bazar qiymətinin müəyyən edilməsi məqsədilə 21.10.2021-ci il tarixli, 1600-013/001-24/005078 saylı məktubla Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinə müraciət olunmuşdur. “Azərekspertiza” Birliyinin 22.10.2021-ci il tarixli 27-G saylı ekspert rəyinə əsasən təqdim edilən 2 kisə 50 kiloqramlıq “çovdar unu”, 1 kisəsinin qiyməti 25 manat, 2 kisəsinin qiyməti 100 manat. 1 kisə 50 kiloqramlıq “əla növ” unun qiyməti 27 manat və 1 kisə 50 kiloqramlıq “birinci növ” unun qiyməti 25 manat, ümumilikdə 4 kisə unun dəyəri 152 manat müəyyən edilmişdir. Məhkəmə iclasında Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs MMC-nin barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və hüquqi şəxsdən işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmadığından, məhkəmə onun nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan “Nəqliyyat vasitəsinin yoxlanılması və yükə baxış keçirilməsi haqqında” 19.10.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına Rusiya Federasiyası "xxxx" MMC tərəfindən C182AA123/EP166023 yük nəqliyyat vasitəsində gələn yükü 14.10.2021-ci il tarixdə Samur gömrük postundan keçməklə təyinatı üzrə Qərb Ərazi Baş Gömrük İdarəsinə rəsmiləşdirilməsi üçün göndərilmişdir. **********8276 sorğu nömrəli gömrük bəyannaməsində bəyan edilən mallar hər biri 50 kg olan 200 kisə əla növ un, hər biri 50 kg olan 200 kisə birinci növ un olmuşdur. Baxış zamanı nəqliyyat vasitəsinin içərisində gömrük bəyannaməsində bəyan edilən mallardan əlavə bəyannamədə göstərilməmiş, bəyan edilməmiş 2 kisə hər biri 50 kg olmaqla çovdar unu, 1 kisə 50 kg olmaqla əla növ un, 1 kisə 50 kg olmaqla birinci növ un aşkar edilmişdir. Artıq olan 200 kg un yükü müvafiq qərar qəbul edilənədək Qərb Ərazi Gömrük İdarəsinin inzibati binasının həyətində yerləşən anbara saxlanca verilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi inzibati araşdırma zamanı, bəyannamədə göstərilməyən malların, ixracatçı şirkət tərəfindən səhv olaraq qoyulduğunu bildirmiş, bəyan edilməyən mallarla əlaqədar gömrük qaydalarının pozduqlarını etiraf etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertizası” Birliyi tərəfindən verilmiş 22.10.2021-ci il tarixli 27-G saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 2 kisə 50 kiloqramlıq “çovdar unu”, 1 kisəsinin qiyməti 25 manat, 2 kisəsinin qiyməti 100 (yüz) manat, 1 kisə 50 kiloqramlıq “əla növ” unun qiyməti 27 manat və 1 kisə 50 kiloqramlıq “birinci növ” unun qiyməti 25 manat, ümumilikdə 4 kisə unun dəyəri 152 (yüz əlli iki) olması qeyd olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən, zərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi nümayəndəsinin inzibati araşdırma zamanı verdiyi etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-in 482.2-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan malların ümumi dəyəri olan 152 manat pul vəsaitinin əlli faizi məbləğində cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin əlli faizi məbləğində, yəni 76 (yetmiş altı) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(043)-826/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-826/2021
02.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver