Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-829/2021 05.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Gəncə şəhər BPİ X3 Şöbəsindən daxil olmuş materialı nəzərdən keçirib, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Gəncə şəhər X3 Şöbəsində tərtib edilmiş material aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda Şəxs 22.10.2021-ci il tarixdə idarə etdiyi VAZ-21213 markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyi qeyd olunmuşdur. Protokolun müşayiət məktubunda materialın barəsində icraat aparılan şəxsin vəsatətinə əsasən məhkəməyə göndərildiyi qeyd olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında material baxılması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X1ytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli 1256 saylı Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2.2-ci bəndinə əsasən İnzibati Xətalar Məcəlləsinin 329 və 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması Baş X3 İdarəsinin rəisi, onun müavinləri, Baş X3 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X3 İdarəsinin rəisi, ərazi polis orqanlarının X3 idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri, ərazi polis orqanlarının X3 bölmələrinin rəisləri, ərazi polis orqanlarının X3 qruplarının rəhbərlərinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 333-cü maddəsi ilə nəzərdə tutulmuş işlərə baxılması rayon (şəhər) məhkəmələrinin də səlahiyyətinə aid edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 43.3-cü maddəsinə əsasən bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. İXM-in 329.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması ümumiyyətlə məhkəmənin səlahiyyətinə aid deyildir. İXM-in 333.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilməsi həm protokolu tərtib etmiş orqanın (Gəncə şəhər Baş Polis İdarəsinin X3 Şöbəsinin) vəzifəli şəxslərinin həm də məhkəmələrin səlahiyyətinə aiddir. İXM-in 43.3-cü maddəsinə əsasən ikili səlahiyyət müəyyən edilmiş inzibati xəta haqqında iş baxılması üçün o halda məhkəməyə verilə bilər ki, protokolu tərtib etmiş orqan tərəfindən inzibati xətanı törətmiş şəxsə cərimə tənbehinin verilməsi məqsədə uyğun hesab edilməsin. Hazırkı inzibati xəta haqqında işin məhkəməyə göndərilməsinin səbəbi barəsində icraat aparılan şəxsin vəsatəti olmuşdur. İnzibati xəta haqqında işin belə vəsatət əsasında məhkəməyə göndərilməsi isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Buna görə də inzibati xəta haqqında iş baxılması üçün aidiyyəti üzrə Gəncə şəhər Baş Polis İdarəsinin X3 Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106-111ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Gəncə şəhər BPİ X3 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Gəncə şəhər Baş Polis İdarəsinin X3 Şöbəsinə göndərilsin. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-829/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-829/2021
05.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver