Məhkəmə qərarları › İş №3(043)-832/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-832/2021

19.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-832/2021 19.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X3 iclas katibliyi, Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs (bundan sonra MMC) (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 11000-1524/21 nömrəli, 04.11.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasından yerləşən “RUBEJNOYE KARTON-TARA KOMBİNATİ” tərəfindən BB6067EE/BB9083XT, BB0577EX/AX0370XF, BB1323EO/BB5590XP. BB9442EA/BB3707XP və BB7394ET/BB0094XE qeydiyyat nömrəli nəqliyyat vasitələrində “Samur” gömrük postundan daxil olan, təyinatı üzrə Gəncə səhəri QƏBGİ-nə göndərilən “Gipso-karton istehsalında nəzərdə tutulan karton" materiallarına dair 25.10.2021-ci il tarixli **********6887, **********6868, **********6856, **********6878, **********7522 və **********9644-sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilərək Gəncə səhərində gömrük orqanına təqdim edilmişdir. **********6887 **********6868, **********6856, **********6878, **********7522, və **********9644-sorğu nömrəli gömrük bəyannamələrini və digər sənədlərin araşdırılması zamanı Gəncə səhəri QƏBGİ-də aşkar olunmuşdur ki, Şəxs MMC-nin ünvanına BB6067EE/BB9083XT, BB0577EX/AX0370XF, BB1323EO/BB559QXP, BB9442EA/BB370 7XP və BB7394ET/BB0094XE nömrəli nəqliyyat vasitəsində daxil olmuş “Gipso-karton istehsalında nəzərdə tutulan karton” yüklərinə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Məhkəmə iclasında Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs MMC-nin barəsində qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Şəxsnə məlumat verilsə də məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə də işə Şəxs Məhdud Məhsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan telefonoqramdan görünür ki, "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə hal-hazırda məhkəmə iclasına gələ bilməsinin mümkün olmadığını və tərtib edilmiş protokolla razı olduğunu bildirmişdir. Əlavə olaraq, iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və yekun qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 26.10.2021-ci il tarixli raportdan görünür ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Gömrük Prosedurları və ödənişləri Şöbəsindən daxil olmuş 25.10.2021-ci il tarixli 34/012/009289, 34/012/009296, 34/012/009297, 34/012/009301 və 34/012/009308 - saylı raportlara əsasən ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs MMCnin (VÖEN:**********) ünvanına Rusiya Federasiyasında yerləşən “RUBEJNOYE KARTON-TARA KOMBİNATİ” şirkətindən BB6067EE/BB9083XT, BB0577EX/AX0370XF, BB1323EO/BB5590XP, BB9442EA/BB3707XP və BB7394ET/BB0094XE qeydiyyat nömrəli nəqliyyat vasitələrində daxil olmuş “Gipso-karton istehsalında nəzərdə tutulan karton” mallarına dair 25.10.2021-ci il tarixli **********6887 **********6868, **********6856, **********6878, **********7522, və **********9644 saylı gömrük bəyannamələri tərtib edilərək gömrük orqanına təqdim edilmişdir. Lakin mallara dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada gömrük sərhəddini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməsinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasından yerləşən “Rubejnoye Karton-Tara Kombinatı” BB6067EE/BB9083XT, BB0577EX/AX0370XF, BB1323EO/BB5590XP, BB9442EA/BB3707XP və BB7394ET/BB0094XE qeydiyyat nömrəli nəqliyyat vasitələrində “Samur” gömrük postundan daxil olan, təyinatı üzrə Gəncə səhəri. QƏBGİ-nə göndərilən “Gipso-karton istehsalında nəzərdə tutulan karton" materiallarına dair 25.10.2021-ci il tarixli **********6887, **********6868, **********6856, **********6878, **********7522 və **********9644-sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilərək Gəncə səhərində gömrük orqanına təqdim edilmişdir. **********6887 **********6868, **********6856, **********6878, **********7522, və **********9644-sorğu nömrəli gömrük bəyannamələrini və digər sənədlərin araşdırılması zamanı Gəncə səhəri QƏBGİ-də aşkar olunmuşdur ki, Şəxs MMC-nin ünvanına BB6067EE/BB9083XT, BB0577EX/AX0370XF, BB1323EO/BB559QXP, BB9442EA/BB3707XP və BB7394ET/BB0094XE nömrəli nəqliyyat vasitəsində daxil olmuş “Gipso-karton istehsalında nəzərdə tutulan karton” yüklərinə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Bununla da, Şəxs MMC hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin sanksiyasının həddi daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar