Məhkəmə qərarları › İş №3(043)-840/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-840/2021

07.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-840/2021 07.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Səfərova Leyla Firdovsi qızının katibliyi, Fövqəladə Hallar Nazirliyi Dövlət yanğın nəzarəti xidməti Gəncə regional Dövlət yanğın nəzarəti idarəsinin nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət yanğın nəzarəti xidməti Gəncə regional Dövlət yanğın nəzarəti idarəsində tərtib olunmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət yanğın nəzarəti xidməti Gəncə regional Dövlət yanğın nəzarəti idarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 518.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati xəta haqqında iş üzrə materialdan görünür ki, Gəncə şəhəri, Ş.İ.Xətai 357c ünvanında yerləşən «Nəbi» mebel satışı mağazasında 28.10.2021-ci il tarixdə yanğın-texniki müayinə zamanı YTQ 01-2001, bənd 1.9.1, YTQ 03-2002 bənd 2.2.8 qaydalarının pozulması aşkar edilmişdir. Məhkəmə iclasında Fövqəladə Hallar Nazirliyi Dövlət yanğın nəzarəti xidməti Gəncə regional Dövlət yanğın nəzarəti idarəsinin nümayəndəsi X2 izahatında göstərdi ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış üzrə Gəncə şəhəri, Ş.İ.Xətai 357c ünvanında yerləşən «Nəbi» mebel satışı mağazasında 28.10.2021-ci il tarixdə yanğın-texniki müayinə zamanı YTQ 01-2001, bənd 1.9.1, YTQ 03-2002 bənd 2.2.8 qaydalarının pozulması aşkar edilmiş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X6 göstərdi ki, protokolla tanışdırlar. Yaxın zaman ərzində Şəxs Gəncə şəhəri, Ş.İ.Xətai 357c ünvanında yerləşən «Nəbi» mebel satışı mağazasında olan qüsurları aradan qaldıracaqdırlar. İnzibati materialda olan 28.10.2021-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs Gəncə şəhəri, Ş.İ.Xətai 357c ünvanında yerləşən «Nəbi» mebel satışı mağazasında 28.10.2021-ci il tarixdə yanğın-texniki müayinə zamanı YTQ 01-2001, bənd 1.9.1, YTQ 03-2002 bənd 2.2.8 pozulması aşkar edilmişdir. Fövqəladə Hallar Nazirliyi Dövlət yanğın nəzarəti xidməti Gəncə regional Dövlət yanğın nəzarəti idarəsi tərəfindən tərtib olunmuş 28.10.2021-ci il tarixli 3510 nömrəli yanğın-texniki müayinə aktından görünür ki, Şəxs Gəncə şəhəri, Ş.İ.Xətai 357c ünvanında yerləşən «Nəbi» mebel satışı mağazasında yanğın təhlükəsizlik qaydaları pozulmuşdur. Məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxsnın İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sənədlərlə tam sübuta yetir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnın inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. İXM-in 518.1-ci maddəsinin məzmunundan görünür ki, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-in 25.7-ci maddəsinə əsasən bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. İXM-in 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 209, 279.0.1, 393-1.2, 393- 1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, hesab edir ki, İXM-in 518.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 350 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilməli, həmin cərimə tənbehi şərti olaraq tətbiq edilməklə, törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 20 gün müddət təyin edilməli və həmin müddət ərzində hüquqpozmanı aradan qaldırdıqdan sonra məhkəməyə məlumat verməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 31-34-cü və 128-130-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə , qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə olunsun. Həmin cərimə tənbehi şərti olaraq tətbiq edilməklə, Şəxsnə törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 20 gün müddət təyin edilsin və həmin müddət ərzində hüquqpozmanı aradan qaldırması barədə məhkəməyə məlumat verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar