Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-841/2021 16.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkarlar X1 və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1962-ci il tarixdə Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X9 bildirdi ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)- 3705/2019 saylı, 25.11.2019-cu il tarixli icra sənədinə əsasən 3000 manat pul vəsaiti və 30 manat dövlət rüsumu alınaraq tələbkar Zərərçəkmiş şəxs qızma və Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-3493/2020 saylı, 29.10.2020-ci il tarixli icra sənədinə əsasən 7000 manat pul vəsaiti və 30 manat dövlət rüsumu alınaraq tələbkar X6ma ödənilməlidir. İcra sənədi müvafiq olaraq 08.01.2020-ci və 24.12.2020-ci il tarixlərdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Elektron icra portalından edilmiş sorğular nəticəsində borclunun adma hər hansı əmlak və ya tələbin yönəldilə biləcəyi gəlir müəyyən edilməmişdir. Bundan sonra borclu axtarış vasitəsilə Gəncə şəhəri üzrə İcra İdarəsinə gətirilmiş və borcunu ödəməsi tələb olunmuşdur. Lakin, borclu pulu olmadığını əsas gətirərək ödəməkdən boyun qaçırmışdır. Bununla da, borclu Nəcəfov X7 Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə ünvan 3 ünvanında qeydiyyatda olan xx.xx.1962-ci il təvəllüdlü borcu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs borclu Şəxs izahatında bildirdi ki, 2014-cü ilin dekabr ayında məhkum olunmuş, 04 il 06 ay azadlıqdan məhrumetmə cəzası çəkmiş və 2019-cu ilin iyun ayının 3-cə həbsxanadan çıxmışdır. O, İİİ qrup əlildir, on üç aydır ki, pensiya almamışdır, pensiyasının dayandığı üçün borcunu ödəyə bilməmişdir. Onun aylıq pensiyası 259 manat təşkil edir. Həmin məbləğin 200 manatını bank tutur. O bankdan 2021-ci ilin sentyabr ayında kredit götürmüş və digər kreditlərinə ödəmişdir. O, 2021-ci ilin dekabr ayının 15-dən hissə-hissə olmaqla, hər iki tələbkara 100 manat ödəyəcəkdir. Hazırda heç bir yerdə işləmədiyi üçün aliment borcunu ödəyə bilmir. Odur ki, məhkəmədən ödəniş edə bilməsi üçün vaxt verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, borclu Şəxs onun gəlinini işə düzəltmək adı ilə ondan pul almışdır. Borclu ona demişdir ki, “N saylı hərbi hissədə işləyir”. 2014-cü ilin sonlarına yaxın onun pulunu alıb qaytarmamışdır. Sonuncu dəfə 2021-ci ilin mart ayında 80 manat ona pul vermiş, bundan sonra heç bir ödəniş etməmişdir. O, borcludan pulunu tələb edir və hesab edir ki, borclu onu dəfələrlə aldatdığı üçün əlavə vaxt verilməsinə zərurət yoxdur. Odur ki, qanun tələblərinə uyğun olaraq borcu barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında tələbkar X3 ifadə verərək bildirdi ki, borclu Şəxs ona 7000 manat məbləğində borcu vardır. 2014-cü ildə qardaşı oğlunu işə düzəltmək adı ilə ondan 7000 manat məbləğində pul almışdır. Borclu indiyə qədər heç bir ödəniş etməmişdir. O, borcludan pulunu tələb edir və hesab edir ki, borclu onu dəfələrlə aldatdığı üçün əlavə vaxt verilməsinə zərurət yoxdur. Odur ki, qanun tələblərinə uyğun olaraq borcu barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədlərinin tələbi üzrlü səbəb olmadan icra edilməmiş və məhkəmə aktlarının icrası bu günədək onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və tələbkarları dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə icra sənədinin icrası ilə bağlı qeyd edir ki, 10 yanvar 2020-ci il tarixli qərarla icraata başlanılmış Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3705/2019 nömrəli, 25 noyabr 2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs vurulmuş maddi zərərin əvəzi kimi 3000 (üç min) manat məbləğində pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. 24 dekabr 2020-ci il tarixli qərarla icraata başlanılmış Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3493/2020 nömrəli, 24 dekabr 2020-ci il tarixli icra sənədinə əsasən Şəxs vurulmuş maddi zərərin əvəzi kimi 7000 (yeddi min) manat məbləğində pul tutularaq iddiaçı X2 ödənilməlidir. İcra sənədlərinin icrasının təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar verilməsinə, həmçinin dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borclarını ödəməkdən üzrsüz səbəbdən yayınır. Şəxs icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Borc məbləğindən məlum olur ki, borclu tərəfindən uzun müddətdə icra sənədlərində göstərilən qaydada icra edilməmiş və bu hal onu deməyə əsas verir ki, borclu Şəxs məhkəmə qətnamələri ilə razılaşmamış və özünün istəyinə uyğun məhkəmə qətnaməsi ilə müəyyən olunmuş borc öhdəliyinin tam icrasından yayınmaq istəyinin olmasını göstərmişdir. Belə ki, iş materiallarından görünür ki, həmin icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubu təqdim edilmişdir. İş materiallarından aydın olur ki, sözügedən icra sənədlərinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi isə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyənləşdirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclunun və tələbkarların ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədlərinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs üçüncü qrup əlil olmasını İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, borc məbləğini və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməli və həbsdə sаxlаmа müddətinin əvvəli 16 noyabr 2021-ci il tаrixdən, 14:45-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli 16 noyabr 2021-ci il tаrixdən, saat 14:45-dən hesablansın. Qərаrın icrаsı Gəncə şəhəri üzrə İcra İdarəsinə və Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X8 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-841/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-841/2021
16.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver