Məhkəmə qərarları › İş №3(043)-842/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-842/2021

16.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-842/2021 16.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin İTB-nin sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, ev 1B, mənzil 110-da qeydiyyatda olan Şəxs (FİN – 5YQK4ZB) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ-nin Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 16 noyabr 2021-ci il tarixli MN ******* saylı protokolda qeyd edilmişdir ki, 13.11.2021-ci il tarixdə Şəxs üzərindən 0,061 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Bununla da Şəxs İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin İTB-nin sahə rəisi X3 protokol və ona əlavə edilmiş materiallara uyğun ifadə verərək bildirdi ki, 13.11.2021-ci il tarixdə Şəxs üzərindən 0,061 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür.Şəxs X2 206-cı maddəsində nəzərdə tutulmuş əməli törətməsi tam sübuta yetirilmişdir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü inzibati xətanın törədilməsində təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 4 aydır ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. Bir müddət əvvəl Bakı şəhərində tanımadığı bir şəxsdən psixotrop maddə metamfetamin almış və həmin maddəni özünün istifadə etməyi üçün üzərində saxlamışdır. 13 noyabr 2021-ci il tarixdə saat 18:30 radələrində o, tanışı X4 ilə birlikdə özünə məxsus, idarə etdiyi “Renault Logan” markalı, 90HY801 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Gəncə şəhərinə sərnişin gətirmiş, daha sonra Göygöl rayonu ərazisində yolun kənarında dayanarkən 2-3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq onların narkotik vasitə saxlamaqda şübhəli olduqlarını bildirmişlər. Daha sonra onları polis şöbəsinə gətirərək müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı o, əynində olan şalvarın sağ yan cibində saxladığı bir ədəd bükümdə olan psixotrop maddə metamfetamini və digər əşyaları cibindən çıxarıb stolun üzərinə qoymuşdur. İçərisində psixotrop maddə metamfetamin olan bukumə baxış keçirib sonra bükum elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 0.061 qram olmuşdur. Törətdiyi əməldən peşmandır, bir daha belə əmələ yol verməyəcəkdir. Ona görə də barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə təqsirli bilinməlidir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsindən verilmiş 14 noyabr 2021-ci il tarixli 16/1206 saylı ekspert rəyindən görünür ki, üzərində “Şübhəli Şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən aşkar olunmuş bir ədəd bükümdə içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə” sözləri və imzalar olan kağız paketdəki, bir ədəd gümüşü rəngli falqada təmiz çəkisi 0,061 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Gəncə şəhəri Narkoloji Dispanserin 15 noyabr 2021-ci il tarixli rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir.Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyatda alınması məsləhət görülür. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə araşdırması zamanı Şəxs inzibati məsuliyyətə cəlb edilməsini istisna edən hallar, eləcə də onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də o, İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayətdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. İş üzrə maddi sübut - inzibati xəta haqqında iş materiallarına əlavə edilmiş bir ədəd gümüşü rəngli falqada təmiz çəkisi 0,061 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar