Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-843/2021 16.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X4 iclas katibliyi, protokol tərtib etmiş şəxs Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis kapitanı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Gəncə şəhəri BPİ-nin Kəpəz RPİ-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis kapitanı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 16.11.2021-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, 13.11.2021-ci il tarixdə Şəxs üzərində 0,048 qram psixotrop maddə olan “metamfetamin” aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis kapitanı X5 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs 16.11.2021-ci il tarixdə Göygöl rayonu ərazisində yerlən “Alov” restoranının yaxınlığında saxlanılaraq BNMİ QBRŞ-nə aparılmışdır. Axtarış zamanı sağ yan cibindən 1 ədəd bükümündə təmiz çəkisi 0,048 qram maddə, psixotrop maddə olan “metamfetamin” aşkar olunaraq götürülmüş, həmin fakt üzrə cinayət işinin başlanılması rədd edilmiş, əməldə inzibati xəta tərkibi olduğu müəyyən edilmişdir. Şəxs narkomaniya xəstəliyindən əziyyət çəkir. Məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü inzibati xətanın törədilməsində təqsirli bilərək ifadəsində göstərdi ki, o, Türkiyə Respublikasında işləyir. Hazırda ünvan 1 ünvanında yaşayır. Təxminən 4 aydır ki, psixotrop maddə olan “metamfetamin” istifadə edir. Daimi istifadəçisi deyildir. Mərdəkana nənəsigilə gedən zaman yolun kənarında olan oturacağın üstündən tapmışdır. Falqanın içinə açıb baxmış və sonra isə istifadə etmədən cibinə qoymuşdur. Törətdiyi əməldən peşmandır, bir daha belə əmələ yol verməyəcəkdir. Ona görə də barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə təqsirli bilinməlidir. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə X3 regional Bölməsinin 14 noyabr 2021-ci il tarixli, 16/1207 saylı rəyin surətindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şəxs əynindiki göy rəngli şalvarın sağ yan cibindən aşkar olunmuş bir ədəd bükümdə içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd “gümüşü” rəngli falqada təmiz çəkisi 0,048 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə - “metamfetamin”-dir. tədqiqata 0.01 qram sərf edilmiş, qalıq 0.038 qram. İş materiallarına əlavə edilmiş “cinayət işi başlanmasının rədd edilməsi” barədə 14 noyabr 2021-ci il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından Şəxs və X2 barələrində cinayət işinin başlanması rədd edilməsi və Şəxs və X2 əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surəti şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkar olunmuş və ekspertiza müayinəsindən sonra iki ədəd kağız zərfə qablaşdırılmış psixotrop maddə metamfetamin ilə birlikdə Gəncə ŞBPİ-nin Kəpəz RPİ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan əlavə edilmiş Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin 15 noyabr 2021-ci il tarixli, 1373 saylı rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə araşdırması zamanı Şəxs inzibati məsuliyyətə cəlb edilməsini istisna edən hallar, eləcə də onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də o, İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayətdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. İş üzrə maddi sübut - inzibati xəta haqqında iş materiallarına əlavə edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,038 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan “metamfetamin” qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-843/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-843/2021
16.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver