Məhkəmə qərarları › İş №3(043)-848/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-848/2020

20.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-848/2020 20.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, Şəxs MMC-in etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-in barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Bakı Baş Gömrük İdarəsində tərtib olunmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs MMC-in barəsində Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati xəta haqqında iş üzrə materialdan görünür ki, ünvan 1 mənzil 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 34EE5275/34RRZ1361 nömrə nişanlı nəqliyyat vasitəsilə daxil olmuş yüklərin **********7718 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli Gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Belə ki, Gömrük Prosedurları və Ödənişləri Şöbəsindən daxil olmuş 34/012/026486 nömrəli xx.xx.2020-ci il tarixli raporta əsasən “xxxx” MMC-nin ünvanına 34EE5275/34RRZ1361 nömrə nişanlı nəqliyyat vasitəsilə ölkə ərazisinə daxil olmuş yük üçün Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi təqdim etməmişdir.İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan “avtomobil ilə daşınan mallara” dair çıxarışdan görünür ki, 34EE5275/34RRZ1361 nömrə nişanlı nəqliyyat vasitəsilə “xxxx” MMC-nin ünvanına göndərilən mallar xx.xx.2020-ci il tarixdə saat 02:13 radələrində X5 Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir.İş üzrə Dövlət Gömrük Komitəsinin “X1 Sistemi”xxxx“xxxx’’ MMC-in ünvanına 34EE5275/34RRZ1361 nömrə nişanlı nəqliyyat vasitəsilə göndərilmiş mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 izahatında göstərdi ki, həmin vaxt onların 2 qaiməsi olub. Texniki səhvi ucbatından qaimənin ikisinin də eyni olduğunu düşünüb. Eyni mallar olmasına baxmayaraq qiymətləri fərqli olub. İXM-in 485.2-ci maddəsinin məzmunundan görünür ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs MMC-in İXMnin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sənədlərlə tam sübuta yetir. Şəxs MMC -in əməlində inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, hesab edir ki, İXM-in 485.2-ci maddəsi ilə barəsində 1500 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 31-34-cü və 128-130-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə , qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar