Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-848/2021 19.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Gəncə şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan , ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əlavə olunmuş sənədlərdən müəyyən olundu ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 16.01.2014-cü il tarixli 2(043)-346/2014 nömrəli icra vərəqəsinə əsasən Şəxs oğlundan 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 93 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini icra etmədiyi üçün nəticədə 1008 manat aliment borcu yaranmışdır. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 izahatında göstərdi ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)- 346/2014 saylı 16.01.2014-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 93 (doxsan üç) manat aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi müvafiq olaraq 19.02.2014-cü il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Bundan sonra idarəyə çağırılmış və aliment borcunu ödəməsi tələb edilmiş, lakin o, borcun ödənilməsindən qərəzli şəkildə boyun qaçırmışdır. Borclunun bu günə 1008 (bir min səkkiz) manat aliment borcu yaranmışdır. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədfin üzrsüz səbəbdən icra edilməməsinə əsasən Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu izahatında göstərdi ki, Rusiya Federasiyasında olduğundan alimenti ödəyə bilməmişdir. Vaxt verilməsini və həmin vaxt ərzində alimenti ödəyəcəyini bildirərək barəsində inzibati tənbeh tətbiq edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs göstərdi ki, borclu uşağın saxlanılmasına hər hansı bir köməklik etmir. Həmçinin alimenti də ödəmir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati materiala əlavə edilmiş Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-346/2014 saylı 16.01.2014-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs oğlundan 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 93 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. 21.02.2014-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, 21.04.2014-cü il tarixdə Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-346/2014 saylı 16.01.2014-cü il tarixli icra vərəqəsi icraata götürülmüşdür. 19.11.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, borclu Şəxs icra sənədini icra etməkdən boyun qaçırmış nəticədə 1008 manat aliment borcu qalmışdır. 21.02.2014-cü il tarixli bildirişin surətindən görünür ki, borclu borcu ödəməsi barədə icra idarəsinə dəvət edilmişdir. 07.02.2019-cu il tarixli və 10.04.2019-cu il tarixli xəbərdarlıqların surətindən görünür ki, borclu Şəxs oğluna icra sənədini icra etməsi barədə xəbərdarlıq edilmişdir.Əks halda inzibati məsuliyyətə cəlb ediləcəyi ilə bağlı məlumatlandırılmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs oğlunun inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün olaraq protokollaşdırılmışdır. Şəxs oğlunun əməlində İXM-in 32 və 33-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakteri və digər xüsusiyyətlərini nəzərə alıb məhkəmə Şəxs inzibati qaydada tənbeh edərkən onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsin əvvəli 19.11.2021-ci il tarixdən, saat 16:30-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya biləvasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(043)-848/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-848/2021
19.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver