Məhkəmə qərarları › İş №3(043)-852/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-852/2020

14.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-852/2020 14.12.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, protokol tərtib etmiş Gəncə şəhər DYPŞ-in polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Gəncə şəhər, Kəpəz rayonu, 4-cü mikrorayon, ev 15, mənzil 55-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə Gəncə şəhəri BPİ-nin Dövlət Yol Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər DYPŞ-nin polis kapitanı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2020-ci il tarixli protokol tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 02:13 radələrində MG 350 markalı 90 MO-247 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə avtoxuliqanlıq hərəkətləri etmişdir. Bununla o, İXM-in 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs X2 bildirdi ki, Gəncə şəhər BPİ-nin NHİX-nin rəisi, polis polkovnik-leytenantı Ceyhun Dəmirov məruzə edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 02:13 Gəncə şəhər Ş.İ.Xətai prospekti ilə Nizami prospektinin kəsişməsində MG 350 markalı **-MO-*** dövlət nömrə nişanlı avtomaşının manevr qaydalarını pozması və digər avtomaşınlara qəza şəraiti yaratması Gəncə şəhəri BPİ-nin “Təhlükəsizlik şəhər” xidmətin GTŞ 089 kameraları vasitəsi ilə qeydə alınmışdır. Həmin nəqliyyat vasitəsinin və sürücüsünün müəyyən edilməsi istiqamətində tərəfindən araşdırma aparılmış və xx.xx.2020-ci il tarixdə nəqliyyat vasitəsi və onun sürücüsü Şəxs aşkar edilərək izahatı alınmış, barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirdi ki, MG 350 markalı **-MO- *** nömrəli avtomobil qohumu X4 məxsusdur. xx.xx.2020-ci il tarixdə 02:13 radələrində göstərdiyi avtomobili o idarə etmişdir. Belə ki, həmin gün qeyd etdiyi vaxtda Ş.İ.Xətai prospektində düzünə hərəkət edib Nizami prospektinin kəsişməsinə daxil olub geriyə dönmək üçün əl əyləcindən istifadə edərək avtomobili öz oxu ətrafında bir kruq dövr etdikdən sonra oradan uzaqlaşıb çıxıb getmişdir. Özünü inzibati xətanın törədilməsində təqsirli bilərək, etdiyi hərəkətdən peşman olduğunu, həmin vaxt anasına dərman almağa getdiyi üçün tələsdiyini, buna görə də avtomobili pis idarə etdiyini və yerində fırlatdığını bildirərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarına əlavə edilmiş sübutları tədqiq edərək hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinə tövsif edilmiş və onun həmin inzibati xətanı törətməsi tam sübuta yetirildiyindən o, həmin maddə ilə təqsirli bilinməli və ona inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli raportdan məlum olur ki, Gəncə şəhər BPİ-nin NHİX-nin rəisi, polis polkovnik-leytenantı Ceyhun Dəmirov xx.xx.2020-ci il tarixdə raportla Gəncə şəhər BPİ-nin rəisinə məruzə edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 02:13 Gəncə şəhər Ş.İ.Xətai prospekti ilə Nizami prospektinin kəsişməsində MG 350 markalı **-MO-*** dövlət nömrə nişanlı avtomaşının manevr qaydalarını pozması və digər avtomaşınlara qəza şəraiti yaratması Gəncə şəhəri BPİ-nin “Təhlükəsizlik şəhər” xidmətin GTŞ 089 kameraları vasitəsi ilə qeydə alınmışdır. Odur ki, onun barəsində qanuni tədbir görülməsi üçün göstəriş verilməsini xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş DVD diskdə olan video görüntüyə baxış keçirilərkən müəyyən edildi ki, MG 350 markalı 90 MO-247 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü xx.xx.2020-ci il tarixdə saat 02:13 radələrində Ş.İ.Xətai prospekti ilə Nizami prospektinin kəsişməsində idarə etdiyi avtomobilə yol hərəkəti iştirakçıları üçün təhlükəli olan hərəkət edərək, əks hərəkət yoluna çıxmaqla, əyləcdən istifadə edərək dairəvi hərəkət etmiş, yenidən yol ayrıcına yaxın yerdə geriyə dönmə qadağan olunduğu halda avtomobili geriyə döndərərək yol hərəkəti qaydalarını pozmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli Gəncə şəhər BPİ-nin DYPŞ tərəfindən verilmiş arayışdan görünür ki, AR DİN-nin BDYPİ-nin X5 vətəndaş xx.xx.1992-ci il təvəllüdlü Şəxs adına sürücülük vəsiqəsi müəyyən edilməmiş və onun hüquqsuz olduğu aşkar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi Şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarının bir neçəsini pozaraq nümayişkaranə və qərəzli şəkildə yol hərəkətinin digər iştirakçılarının dincliyini pozmuş, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirmişdir. Şəxs İXM-in 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol və videogörüntü ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Buna görə də ona törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Eyni zamanda həmin maddənin sanksiyasında nəzərdə tutulmuş əlavə tənbeh nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması da tətbiq edilməlidir. Məhkəmə baxışında inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla, 15 (on beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun Gəncə şəhər Baş Polis İdarəsinin X7 qəbul edildiyi saatdan hesab edilsin. Qərar dərhal icra edilsin. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X7 həvаlə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar