Məhkəmə qərarları › İş №3(043)-855/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-855/2020

17.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-855/2020 17.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2003-cü ildə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Gəncə şəhəri, Bakı fəhləsi küçəsi, ev 92 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1 maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikasının İXM-in 517-2.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı protokol Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs oğlu xx.xx.2020-ci il tarixdə, saat 23:30-da xüsusi icazə vərəqəsi olmadan komendant saatı vaxtında küçədə olaraq hərbi vəziyyət rejiminin tələblərini pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olduğunu bildirərək barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati materiala əlavə edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı protokol və ona əlavə olunmuş raportdan görünür ki, Şəxs oğlu hərbi vəziyyət rejiminin tələblərini pozmuşdur. Məhkəmə inzibati xəta haqqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikası İXM-in 517-2.1 maddəsi ilə təqsiri sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsinə əsasən, xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək Şəxs oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş xəbərdarlıq növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31, 32, 40, 48-50-ci maddəsini rəhbər tutaraq qərara aldı: Şəxs oğluna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, xəbərdarlıq edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar