Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-872/2020 16.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati icraat aparılan Şəxs və zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1994-cü ildə Gəncə rayonunda anadan olmuş, subay, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında materialdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 00:15 radələrində sürücü xx.xx.1994-cü ildə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, orta təhsilli, məhkum olunmamış, Gəncə şəhəri Y.Məmmədəliyev küçəsi ev 28-də yaşayan Şəxs idarə etdiyi “xxxxxxxxxxxxxxxx” MMC-yə məxsus olan “Hyundai İ40” minik markalı **-DC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə sürücülük hüququ olmaqla, ayıq vəziyyətdə, Gəncə şəhəri Səbuhi Əliyev küçəsi ilə üzü “Paçtavay” adlanan istiqamətində hərəkətdə olarkən idarə etməni itirərək yolun sağ kənarında olan səki daşlarına çırpılaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Nəticədə avtomobildə olan sərnişin 1995-ci il təvəllüdlü X4 xəsarət alaraq Gəncə şəhər 3 saylı TTYM-nə müraciət etmişdir. Buna görə də, Gəncə şəhər DYPŞ-nin əməkdaşı, YHN inspektoru, polis baş leytenantı X3 tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə xx.xx.2020-ci il tarixdə İXP seriyalı ******* nömrəli protokol tərtib olunmuş və tərtib olunmuş protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə şəhəri Kəpəz Rayоn Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Gəncə şəhər DYPŞ-nə məlumat verilməsinə baxmayaraq, Gəncə şəhər DYPŞ məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Gəncə şəhər DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan məhkəmə baxışını mümkün hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, heç bir yerdə işləmir. İdarə etdiyi “Hunday İ40” minik markalı **-DC- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil “xxxxxxxxxxxxxxxx” MMC-yə məxsusdur həmin avtomobili o, bir günlük 24 saat müddət ərzinə 70 (yetmiş) manat ödəməklə icarəyə yol vərəqəsi əsasında xx.xx.2020-ci il tarixdə axşam saat təxmin 20 radələrində götürmüşdür. Həmin avtomobili icarəyə götürməkdə məqsədi ondan ibarət olmuşdur ki, anası ağır xəstə olduğu üçün anasını Bakı şəhərinə aparmalı idi. Ona görə də xx.xx.2020ci il tarixdə saat təxminən 00:15 radələrində o, dayısı oğlu Anar Əliyevi özü ilə götürmüşdür ki, gedib Tural adlı tanışından Bakı şəhərinə getmək üçün pul götürsün. O, Gəncə şəhəri Səbuhi Əliyev küçəsi ilə üzü “Paçtavoy” deyilən istiqamətə doğru saatda təxminən 80-90 k/m surəti ilə gedən zaman qəflətən yol döngəli olduğu üçün görmüşdür ki, qarşı tərəfində bir VAZ 2107 markalı avtomobil ailəsi ilə birlikdə asta surətlə hərəkət edərək gedir. Bu zaman o, görmüşdür ki, qarşı tərəfdən də bir təcili yardım avtomobili gəlir ona görə o, ötmə əməliyyatını görmüşdür ki, yerinə yetirə bilməyəcək bu səbəbdən o, qarşıdan gedən VAZ 2107 markalı avtomobili vurmamaq üçün dərhal əyləci sıxmış və sükanı sağa doğru istiqamətləndirmişdir. Bu zaman o, idarə etməni itirmiş, idarə etdiyi avtomobil ilk öncə yolun sağ kənarında olan səki daşlarına dəymiş və avtomobil sağ yanının üzəri üstə qalxaraq sağa sola yerində avtomobil özü fırlanaraq gedib hadisə yerindən bir xeyli aralıda özü dayanmışdır. Avtomobil üzü şəhər mərkəzinə doğru dayandıqdan sonra onlar Anarla hər ikisi sərbəst avtomobildən yerə düşmüşlər. Dərhal hadisə yerinə xeyli sayda insanlar toplaşmış sonra Anar baş nahiyəsindən xəsarət aldığı üçün Anarı xəstəxanaya aparmışlar, lakin o, hadisə nəticəsində heç bir xəsarət almadığı üçün heç bir tibb məntəqəsinə müraciət etməmişdir. Hazırda törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsə vurulmuş zərər onun tərəfindən ödənilərək barışıq əldə etmişdir. Barəsində qərar qəbul edilən zaman maddi imkanı olmasını, zərərçəkmiş şəxslərin ondan şikayət etməməsini nəzərə alaraq yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 ifadə verərək bildirdi ki, Şəxs onun bibisi oğludur. xx.xx.2020-ci il tarixdə Cavid “xxxxxxxxxxxxxxxx” MMC-yə məxsus “Hunday i40”minik markalı **-DC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil icarəyə götürmüşdür. Həmin günü saat təxminən 00:15 radələrində o, bibisi oğlu X5 küçəsi ilə üzü “Paçtavoy” deyilən istiqamətə doğru getmişlər, həmin vaxt avtomobili Cavid idarə etmişdir. Cavid idarə etməni itirmiş, avtomobil borduyorun üzərinə çıxıb dayanmışdır. Nəticədə o, alın nahiyyəsindən xasarət almışdır. Əlavə olaraq məhkəməyə ərizə təqdim edərək, hadisə ilə əlaqədar Şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. İş materiallarına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 1401 nömrəli ekspert rəyinin surətindən görünür ki, vətəndaş X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- alın nahiyəsinin əzilmiş yarası-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 1594/2020 nömrəli aktın surətindən görünür ki, sürücü Şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində tədbir görülməsi üçün qərarın surəti Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərəkhesab edir ki,toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-cimaddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə görə bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-in 327.8.-ci maddəsinə görə İnzibati Xətalar Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakteri, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını, ilk dəfə inzibati xəta törətməsini və əmlak vəziyyətini nəzərə alır, Şəxs törətdiyi əməli səmimi etiraf edib peşman olmasını onun cəzasını yüngülləşdirən hall hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasınövündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, оnа istinad edilən mаddənin sаnksiyаsı həddində inzibati nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasınövündə inzibаti tənbehin təyin edilməsini məqsədə müvаfiq hesаb edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40,43, 115, 128-130 və 327.8-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs оğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinibnəqliyyat vasitəsini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 gün müddətinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə şikаyət verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-872/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-872/2020
16.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver