Məhkəmə qərarları › İş №3(043)-88/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-88/2022

22.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-88/2022 22.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Hüquqi şəxs "X5 Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən hüquqi şəxs "X5 Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 28 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov, ev 20, 17-ci mərtəbə ünvanında qeydiyyatda olan “X5 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ünvanına Türkiyə Respublikasından 34BC1596/34GY886 nömrə nişanlı yük nəqliyyat vasitəsilə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə gələn “partlayıcı” yükü **********3269 saylı 28.10.2021-ci il tarixli gömrük bəyannaməsi tərtib edilərək təyinatı üzrə Qərb Ərazi Baş Gömrük İdarəsində (Gəncə şəhəri) bəyan edilmişdir. Sənədlərin araşdırılması zamanı Qərb Ərazi Baş Gömrük idarəsində (Gəncə şəhərində) aşkar olunmuşdur ki, “X5 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən 34BC1596/34GY886 nömrə nişanlı yük nəqliyyat vasitəsilə idxal edilən yükə dair 27.10.2021-ci il tarixdə saat 20:15-də qısa idxal bəyyannaməsi üçün sorğu nömrəsi alınıb və sistemə daxil edilməsinə baxmayaraq, 34CUC001/34CUH161 nömrə nişanlı yük nəqliyyat vasitəsi 27.10.2021-ci il tarixdə saat 19:51-də “Qırmızı Körpü” gömrük postundan ölkə ərazisinə daxil olmuşdur. Beləliklə məlum olmuşdur ki, yük nəqliyyat vasitəsi ölkə ərazisinə daxil olduqdan 24 dəqiqə sonra qısa idxal bəyannnaməsi “X5 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən sistemə yerləşdirilmişdir. Beləliklə, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə əsasən mallar ölkə ərazisinə daxil olmamışdan öncə elektron qaydada qısa idxal bəyannaməsi təqdim olunmalı olduğu halda “X5 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X1 protokolun məzmununa uyğun çıxış edərək, barəsində icraat aparılan hüquqi şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinə və hüquqi şəxs "X5 Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işin təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, “X5 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyin tərəfindən İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirildiyindən "X5 Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan 28.10.2021-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, “X5 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ünvanına Türkiyə Respublikasından 34BC1596/34GY886 nömrə nişanlı yük nəqliyyat vasitəsilə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə gələn “partlayıcı” yükü **********3269 saylı 28.10.2021-ci il tarixli gömrük bəyannaməsi tərtib edilərək təyinatı üzrə Qərb Ərazi Baş Gömrük İdarəsində (Gəncə şəhəri) bəyan edilmişdir. İş materiallarında olan 28.01.2022-ci il tarixli "Barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında” protokoldan görünür ki, “X5 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsi X2 “X5 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyindəki ünvana gələn 28.10.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan olunan yüklər üçün qısa idxal bəyannaməsini vermədiklərini və gömrük qaydalarını pozduqlarını etiraf etmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı "X5 Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin idxal etdiyi malın yük gömrük ərazisinə gətirilməzdən əvvəl elektron qaydada qısa idxal bəyannaməsini gömrük orqanına təqdim etməməsi müəyyən edilmişdir. Bununla da "Azəralüminium” MMC tərəfindən İXM-in 485.2ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsi tam şəkildə sübuta yetirilmişdir. Məhkəmə işin hallarını, inzibati xətanın xarakterini və hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən İXM-in 31.2-ci maddəsi ilə nəzərdə tutulmuş digər halları nəzərə alaraq hesab edir ki, hüquqi şəxsə inzibati tənbeh kimi cərimə tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 114, 115 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: "X5 Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN **********1, hüquqi ünvan ünvan 2publikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar