Məhkəmə qərarları › İş №3(043)-887/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-887/2020

04.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-887/2020 04.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 iclas katibliyi, protokol tərtib etmiş X24 Rayon Polis İdarəsinin sahə rəisi, polis baş leytenantı Mövləyev Tahir Rafiq oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakı ilə; xx.xx.1977-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan X3 barəsində Gəncə şəhəri BPİ-nin Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 227ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Gəncə şəhəri BPİ-nin Kəpəz Rayon Polis İdarəsində xx.xx.2020-ci il tarixdə inzibati xəta haqqında MN 0754019, MN 0754939, MN 0754017, MN 0754940, MN ******* və MN ******* nömrəli protokollar tərtib olunaraq baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. X24 Rayon Polis İdarəsinin polis sahə rəisi, polis baş leytenantı Mövləyev Tahir Rafiq oğlu tərəfindən protokol tərtib olunmuş ona görə ki, X6 xx.xx.2020-ci il tarixdə, X4 yaşadığı Gəncə şəhəri, Ağamalıoğlu küçəsi 46 nömrəli evdən 50 manat dəyərində 50 metr uzunluğunda elektrik naqilini oğurlamış və buna görə MN ******* nömrəli protokol tərtib edilmişdir. Bundan əlavə X24 Rayon Polis İdarəsinin polis sahə rəisi polis baş leytenantı Mövləyev Tahir Rafiq oğlu tərəfindən protokol tərtib olunmuş ona görə ki, X6 xx.xx.2010-ci l tarixdən 22.101.2020-ci il tarixə keçən gecə ərzində X13 məxsus Gəncə şəhəri, A.Ziyadxanov küçəsi 1 saylı yataqxananın qarşısında yerləşən çayxanadan samovar, stul və qaz balonu oğurlamış və buna görə MN ******* nömrəli protokol tərtib edilmişdir. Bundan əlavə X24 Rayon Polis İdarəsinin sahə rəisi, polis baş leytenantı Mövləyev Tahir Rafiq oğlu tərəfindən protokol tərtib olunmuş ona görə ki, X6 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə Gəncə şəhəri, N.Nərimanov prospekti, 2-ci döngə, bina 2, mənzil 32-də yaşayan Xəlil Əhmədova məxsus evin damından 119 manat dəyərində su matorunu hidrofonla birlikdə oğurlamış və buna görə MN ******* nömrəli protokol tərtib edilmişdir. Bundan əlavə X24 Rayon Polis İdarəsinin sahə rəisi, polis baş leytenantı Mövləyev Tahir Rafiq oğlu tərəfindən protokol tərtib olunmuş ona görə ki, X6 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə X14 məxsus dəyəri 90 manat dəyərində 1 ədəd su hidrofonunu oğurlamış və buna görə MN ******* nömrəli protokol tərtib edilmişdir. Bundan əlavə X24 Rayon Polis İdarəsinin sahə rəisi, polis baş leytenantı Mövləyev Tahir Rafiq oğlu tərəfindən protokol tərtib olunmuş ona görə ki, X6 xx.xx.2020-ci il tarixdə saat gecə 01:00 radələrində X2 məxsus avtomobildən “Pioner” markalı maqnitofon və 25 ədəd hər biri 15 manat dəyərində olan şokalad qutularını oğurlamış və buna görə MN ******* nömrəli protokol tərtib edilmişdir. Bundan əlavə X24 Rayon Polis İdarəsinin sahə rəisi, polis baş leytenantı Mövləyev Tahir Rafiq oğlu tərəfindən protokol tərtib olunmuş ona görə ki, X6 xx.xx.2020-ci il tarixdə X17 məxsus təzə tikili evdən 100 metr uzunluğunda naqil oğurlamış və buna görə MN ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları müdafiə edən X24 Rayon Polis İdarəsinin sahə rəisi, polis baş leytenantı Mövləyev Tahir Rafiq oğlu çıxış edərək bildirdi ki, X3 əməlində cinayət tərkibi olmadığından hər altı material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin X6 tərəfindən törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 ifadəsində bildirdi ki, heç bir yerdə işləmir, əlilliyi və xəstəliyi yoxdur. Ona istinad olunan hər altı xırda talama əməlini o, törətmişdir və özünü təqsirli bilir. Oğurladığı əşyaları isə tanımadığı səyyar satıcılara satmışdır. Maddi imkanı olmadığından vurmuş olduğu zərəri ödəməmişdir. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə zərərçəkmiş şəxslərə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan məhkəmə baxışının keçirilməsini mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş, “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, X4 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan həmin şəxsin müəyyən olunaraq qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Kəpəz RPİ-nin İTB-nə göndərilmiş, vətəndaşın şikayət ərizəsi əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş, “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, X8 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan həmin şəxsin müəyyən olunaraq qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Kəpəz RPİ-nin İTB-nə göndərilmiş, vətəndaşın şikayət ərizəsi əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş, “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, X7 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan həmin şəxsin müəyyən olunaraq qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Kəpəz RPİ-nin İTB-nə göndərilmiş, vətəndaşın şikayət ərizəsi əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş, “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, X9 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan həmin şəxsin müəyyən olunaraq qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Kəpəz RPİ-nin İTB-nə göndərilmiş, vətəndaşın şikayət ərizəsi əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş, “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, X1 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan həmin şəxsin müəyyən olunaraq qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Kəpəz RPİ-nin İTB-nə göndərilmiş, vətəndaşın şikayət ərizəsi əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş, “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür k, X16 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan həmin şəxsin müəyyən olunaraq qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Kəpəz RPİ-nin İTB-nə göndərilmiş, vətəndaşın şikayət ərizəsi əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və sahə rəisinin izahatını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki,X3 Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla yanaşı özünün ifadəsi ilə tam sübuta yetir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs X6 MN 0754019, MN 0754939, MN 0754017, MN 0754940, MN ******* və MN ******* nömrəli inzibati protokollar üzrə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə görə, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsX3 əməlini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində daha ciddi inzibati tənbeh hesab edilən inzibati həbs tənbehi tətbiq etməyi məqsədə müvafiq hesab edir. Belə ki, X6 törətdiyi inzibati xətanın xarakterini və qazancı olmamaqla heç bir yerdə işləməməsini, şəxsiyyətini, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın ödənilməməsini və bu istiqamətdə heç bir hərəkət etməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati həbs tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Göründüyü kimi dəymiş zərərlə bağlı mübahisə olduğundan hazırki zərərin inzibati tənbeh tətbiq etməklə eyni vaxtda tutulması mümkün olmadığından zərər çəkmiş şəxslərə zərərlə bağlı Azərbaycan Respublikasının Mülki qanunvericiliyinə uyğun olaraq mülki qaydada iddia qaldırmaq hüququ izah olunmalıdır. İnzibati həbsə almanın əvvəli X3 Gəncə şəhər Baş Polis İdarəsinin X12 qəbul edildiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İXM40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 01 (bir) ay, 15 (on beş) gün müddətində inzibati tənbeh növündə həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli X3 Gəncə şəhər Baş Polis İdarəsinin X12 qəbul edildiyi vaxtdan hesab edilsin. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X15 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar