Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-89/2020 22.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, x4 iclas katibliyi, Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi x1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 mənzil 33 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Gəncə şəhəri BPİ-nin Kəpəz RPİ-dən daxil olmuş inzibati xətaya dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi x2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törədilməsi barədə protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, 21.01.2020-ci il tarixdə Kəpəz RPİ-nin binasında səs-küy salıb işin fəaliyyətini pozarkən onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi x2 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, 11.01.2020-ci il tarixdən 12.01.2020-ci il tarixə keçən gecə Gəncə şəhər Cavadxan qəsəbəsində yaşayan x3 qarşı törədilmiş quldurluq hadisəsi ilə bağlı 21.01.2020-ci il tarixdə vətəndaş Şəxs Kəpəz RPB-nə dəvət olunub. Şəxs PB-in inzibati binasında polisin iş ahəngini səs-küy salıb pozarkən polis əməkdaşları tərəfindən nizam intizama dəvət olunmasına baxmayaraq O, qəsdən polisin qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərini davam etdirib. Odur ki, Şəxs məhkəmədən barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kəpəz RPİ-nin əməliyyat müvəkkili polis leytenantı x6 bildirdi ki, 01.2020-ci il tarixdən 12.01.2020-ci il tarixə keçən gecə Gəncə şəhər Cavadxan qəsəbəsində yaşayan x3 qarşı törədilmiş quldurluq hadisəsi ilə bağlı 21.01.2020-ci il tarixdə vətəndaş Şəxs Kəpəz RPB-nə dəvət olunub. Şəxs PB-in inzibati binasında polisin iş ahəngini səs-küy salıb pozarkən tərəfindən Şəxs nizam intizama dəvət olunmasına baxmayaraq O, qəsdən polisin qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərini davam etdirib. Bu səbəbdəndə o, Kəpəz RPİ-nin rəisinə raportla məruzə edərək, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə tədbir görülməsi üçün aidiyyatı əməkdaşa göstəriş verməsini xahiş edib. Məhkəmə iclasında iştirak edən Şəxs inzibati xətanı törətdiyini etiraf edərək bildirdi ki, həmin vaxt əsəbi olduğuna görə etdiyi əməli dərk edə bilməyib və bu səbəbdən polis əməkdaşı ilə aralarında bir qədər anlaşılmazlıq olub. Hal-hazırda etdiyi hərəkətdən peşmandır. Ona həbslə bağlı olmayan tənbeh verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş 21.01.2020-ci il tarixli inzibati qaydada tutma protokolundan məlum olur ki, Şəxs 21.01.2020-ci il tarixdə saat 14:00-da inzibati qaydada tutulmuşdur. Şəxs polis işçisinin ictimai qaydanı mühafizə edərkən onun qanuni tələblərinə qəsdən tabe olmaması və beləliklə 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici izahatı, şahid ifadəsi və barəsində tərtib edilmiş protokol ilə tam şəkildə sübuta yetirilir. Belə ki, Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsi bina ictimai yerdir, Şəxs öz hərəkətləri həmin yerdə səs-küy salmaqla idarənin iş fəaliyyətini pozur. Bu zaman ondan hərəkətlərini dayandırmağı tələb edən polis əməkdaşının qanuni tələblərinə məhəl qoymayaraq İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməklə ona həmin maddənin sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını və səmimi peşmançılığını nəzərə alaraq, hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Şəxs inzibati tənbeh tətbiq edilərkən tutulduğu və hüquqlarının məhdudlaşdırıldığı 21 yanvar 2020-ci il tаrixdən sааt 14:00-dan 22 yanvar 2020-ci il tarixə saat 15:00-dək inzibati qaydada tutulması nəzərə alınmalıdır Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 381-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinib, həmin maddənin sanksiyası çərçivəsində 200 (iki yüz) manat cərimə edilsin. Şəxs 21 yanvar 2020-ci il tаrixdən sааt 14:00-dan 22 yanvar 2020-ci il tarixə saat 15:00-dək inzibati qaydada tutulması nəzərə alınmaqla ona təyin olunmuş inzibati cərimə azaldılaraq 100 (bir yüz) manat məbləğində müəyyən olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(043)-89/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-89/2020
22.01.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver