Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-89/2022 23.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMCnin nümayəndəsi X2, X3 və inzibati protokol tərtib edən şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Gəncə regional ərazi şöbəsinin baş əmək müfəttişi X1 iştirakı ilə, Şəxs MMC-in barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Gəncə regional ərazi şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Gəncə regional ərazi şöbəsinin baş əmək müfəttişi X4 tərəfindən Şəxs MMC-in barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsitnin (bundan sonra-İXM) 192.1-ci maddəsi ilə tərtib edilmiş 27.01.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs MMC-in barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü bəndinin tələbləri pozularaq Səbuhi Rzayev tərəfindən göstərilən xidmətlər əmək münasibətləri hesab edildiyi üçün əmək müqaviləsi bağlanmamışdır. Məhkəmə iclasında inzibati protokol tərtib edən şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Gəncə regional ərazi şöbəsinin baş əmək müfəttişi X4 göstərdi ki, X11 tərəfindən Şəxs MMC-yə xidmətlər göstərilməsinə baxmayaraq həmin xidmət əmək münasibətləri hesab olnmaqla əmək müqaviləsi bağlanmamışdır. Bununla da Şəxs MMC tərəfindən İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X5 və X6 izahatlarında göstərdilər ki, X11 fərdi sahibkar olmaqla avtomobil təmiri xidmətlərini həyata keçirdiyi üçün onunla Şəxs MMC arasında «X7»-in ərazisində nəqliyyat vasitələrinin təmiri üzrə xidmət göstərilməsi barədə xidmət müqaviləsi bağlanmışdır. X11 fərdi sahibkar olaraq Şəxs MMC tərəfindən işə götürülməmiş, qanunvericilikdə bununla bağlı əmək müqaviləsi bağlanması nəzərdə tutulmamışdır. Hər iki tərəf sahibkarlıq fəaliyyətindən irəli gələn işlərin görülməsi üçün xidmət müqaviləsi bağlamışdır. Hesab edirlər ki, barələrində tərtib edilmiş protokolun hüquqi əsası olmadığından inzibati iş üzrə icraata xitam verilməlidir. İnzibati materiala əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş:- 27.01.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3cü bəndinin tələbi pozularaq Səbuhi Rzayev tərəfindən göstərilən xidmətlər əmək münasibətləri hesab edildiyi üçün əmək müqaviləsi bağlanmamışdır. Fərdi sahibkar X11 ilə Şəxs MMC arasında bağlanmış 10 sentyabr 2019cu il tarixli xidmət göstərilməsi haqqında müqavilədən görünür ki, «Sifarişçi» Şəxs MMC-in “X7”nin İnzibati işlər şöbəsinin maşın və mexanizmlər sahəsində nəqliyyat vasitələrinin təmiri üzrə məsləhətçi mexanik xidmətlərin göstərilməsini “İcraçıya” sifariş verir və «lcraçı»ya razılaşdırılmış xidmət haqqı ödəməyə öhdəlik götürür, «İcraçı» isə «Sifarişçi»nin müəyyən etdiyi qaydada “X7’nin ərazisində inzibati işlər şöbəsinin maşın və mexanizmlər sahəsində nəqliyyat vasitələrinin təmiri üzrə məsləhətçi mexanik xidmətini (bundan sonra “Xidmət”) göstərməyi öhdəsinə götürür. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-in nümayəndəsinin izahatlarını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-in əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi Fərdi sahibkar X11 ilə Şəxs MMC arasında bağlanmış 10 sentyabr 2019-cu il tarixli xidmət göstərilməsi haqqında müqavilə tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gələn müqavilə olmaqla həmin münasibətlərə Əmək Məcəlləsinin normaları tətbiq olunmur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinə əsasən podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə Əmək Məcəlləsi şamil edilmir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs MMC-in barəsində İXM-in 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,114 və115-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(043)-89/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-89/2022
23.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver