Məhkəmə qərarları › İş №3(043)-903/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-903/2021

03.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-903/2021 03.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 03 dekabr 2021-ci il tarixli protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 izahat verərək bildirdi ki, borclu Şəxs Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 2(043)-1328/16 saylı, 14.03.2016-cı il tarixli icra sənədinə əsasən 11.02.2016-cı il tarixdən başlayaraq, 15.10.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs Cahangir qızma ödənilməsi qət edilmişdir. Hal-hazırda borclu Şəxs aliment borcu 668 manat təşkil edir. Bundan əlavə, Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 2(043)-2497/20 saylı, 27.10.2020-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs Adil oğlundan ümumilikdə 1402.61 manat məbləğində kredit borcunun alınaraq tələbkar BOKT "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Borclu Şəxs kredit borcundan heç bir ödəniş etməmişdir. Borclu Şəxs izahatı alınmış, izahatında aliment və kredit borcundan heç bir ödəniş edə bilməyəcəyini qeyd etmişdir. Tələbkar Zərərçəkmiş şəxs Cahangir qızı və tələbkar BOKT "xxxx" MMC-nin nümayəndəsi isə bununla razılaşmayaraq, borc məbləğinin tam şəkildə ödənilməsini tələb etmişdir. Borclu Şəxs 18.05.2021-ci il tarixdə axtarışa verilmiş və Rusiya Federasiyasına gedərkən Heydər Əliyev adına Beynəlxalq Hava limanında saxlanılmışdır. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Buna görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, icra sənədi üzrə müəyyən olunmuş aliment borcunun ödənilməsindən heç vaxt qəsdən boyun qaçırmamışdır. O, 2020-ci ilin mart ayında işləmək üçün Rusiya Federasiyasına getmiş, bir müddət orada taksi sürücüsü kimi fəaliyyət göstərmiş, sonradan sürücülük vəsiqəsinin müddəti bitdiyi üçün işləyə bilməmişdir. Aliment borcu da həmin dövrdə yığılmışdır. Gəncə şəhərinə qayıtdıqdan sonra aliment borcundan 700 manat ödəniş etmişdir. Hazırda isə işləmədiyi üçün aliment borcunu və banka olan borcunu ödəyə bilmir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, borclu Şəxs aliment borcunu ödəməkdən qəsdən yayınır. Dəfələrlə Şəxs alimentin ödənilməsini tələb etsə də o, hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Sonuncu dəfə noyabr ayında 700 manat məbləğində ödəniş etmişdir. Şəxs ümumiyyətlə aliment öhdəliyinə laqeyd yanaşır. Qaynatasının sağlığında aliment qaynatası tərəfindən ödənilirdi. Qaynatası vəfat etdikdən sonra isə Şəxs alimenti ödəməmişdir. imkanının olmadığını bildirməsi də həqiqətə uyğun deyildir. Şəxs Rusiyada işlədiyi dövrdə də aliment ödənişlərindən yayınmış, onun barəsində axtarış elan edilmişdir. Bir uşaq üçün hər ay 120 manat aliment ödəməyə borclunun imkanı var. Buna baxmayaraq aylardır ki, bir manat olsa belə aliment ödəmir. Buna görə də borclu Şəxs məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1328/2016 nömrəli, 14 mart 2016-cı il tarixli icra vərəqəsinin surətindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1328/2016 nömrəli, 14 mart 2016-cı il tarixli qətnaməsi ilə 15 oktyabr 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat miqdarında aliment cavabdeh Şəxs tutularaq, iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 2497/2020 nömrəli, 27 oktyabr 2020-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2497/2020 nömrəli, 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh Şəxs 27 noyabr 2015-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas məbləğ üzrə 1372,61 manat borc və ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul tutularaq, iddiaçı BOKT "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş 04 may 2016-cı il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1328/2016 nömrəli, 14 mart 2016-cı il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş 28 dekabr 2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2497/2020 nömrəli, 27 oktyabr 2020-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. İş materialında olan müvafiq idarə və təşkilatlara edilmiş elektron sorğular və onun əsasında verilmiş cavabdan görünür ki, borclunun heç bir əmanəti, əmlakı və gəlirləri müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıqların surətindən görünür ki, Şəxs icra sənədlərini icra etməsi üçün möhlət verilmiş və ona inzibati məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1328/2016 nömrəli, 14 mart 2016-cı il tarixli icra sənədi üzrə müəyyən olunmuş aliment məbləğini və 2(043)-2497/2020 nömrəli, 27 oktyabr 2020-ci il tarixli icra sənədləri üzrə müəyyən olunmuş qanunla müəyyən edilmiş müddətdə icra etməkdən boyun qaçırmış, icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmişdir. Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1328/2016 nömrəli, 14 mart 2016-cı il tarixli icra sənədi üzrə sonuncu ödənişi 25.11.2021-ci il tarixdə 700 manat olsa da, icra sənədi üzrə 668 manat borcu qalmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2497/2020 nömrəli, 27 oktyabr 2020-ci il tarixli icra sənədi üzrə isə borclu borcundan tələbkara heç bir ödəniş etməmişdir. Şəxs icra sənədləri üzrə nəzərdə tutulmuş borcları qanunla müəyyən edilmiş müddətdə ödəməmiş və həmin icra sənədlərinin hər hansı üzrlü səbəbdən icra edilməməsi müəyyən edilməmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Şəxs hərəkəti Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli 03 dekabr 2021-ci il saat 15:30-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar