Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-904/2021 03.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X4 iclas katibliyi, protokol tərtib etmiş şəxs Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis baş-leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Gəncə şəhəri BPİ-nin Kəpəz RPİ-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis baş-leytenantı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 03 dekabr 2021-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs 16.11.2021-ci il tarixdə saat 10:58-12:34 aralığında Daxili İşlər Nazirliyi 102 xidmətinə 30 dəfə zəng edərək xidmətin əməkdaşlarını təhqir edərək onların iş fəaliyyətini pozmuş, bununla bağlı Kəpəz RPİ-nə gətirilərkən polisin ünvanına nalayiq ifadələr işlətdiyi üçün dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirərək onu nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis mayoru X5 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, 16.11.2021-ci il tarixdə saat 10:35-dən 12:39-adək ünvan 1 ünvanında yaşayan Şəxs özünə məxsus olan ***-***- **-** nömrəli mobil telefonla Daxili İşlər Nazirliyi növbətçi hissələri idarəetmə xidmətinin “102” xidmətinə zəng edərək, həmin xidmətin iş fəaliyyətini pozmuş, eləcə də xidmətin əməkdaşlarını təhqir etmişdir. Həmçinin, Şəxs Gəncə şəhəri BPİ-nin Kəpəz RPİ-də bacısı ilə bağlı şikayəti vardır. Onun icraatına verilmiş materialın araşdırılması üçün Şəxs ilə dəfələrlə telefonla əlaqə saxlamış, Kəpəz RPİ-nə gəlməsi barədə məlumat versə də sonuncu gəlməkdən imtina etmişdir. Şəxs onun çağırışlarına məhəl qoymadığından onun yaşadığı ünvana getmək məcburiyyətində qalmışdır. O, Şəxs yaşadığı ünvanda olan zaman nalayiq ifadələr işlətmiş, səs haray salmış, onun qanuni tələbinə tabe olmamış və polis idarəsinə gəlməkdən imtina etmişdir. O məcbur olub Gəncə şəhəri BPİ-nin PPXT-nin polis nəfərləri X10 və X1 çağırmış, bundan sonra Şəxs Gəncə şəhəri BPİ-nin Kəpəz RPİnə gətirilmişdir. Həmçinin Şəxs Kəpəz RPİ-də heç bir qanunun tələbinə tabe olmamış, uca səslə qeyri etik ifadələr işlətməyə davam etmişdir. Həmçinin, sonuncu barəsində sərxoşluq aktı təyin edilmiş və orta-dərəcəli sərxoş olmuşdur. O, məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, o, bacısı ilə bir evdə yaşayır, bacısı gecə saat 3-də onu evdən qovmuşdur. Bacısı ona bıçaq atmış və üstünə səsini qaldırmışdır. Bacısı onu döyür, təhqir edir və ona bıçaqla xəsarətlər yetirmişdir. Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng etmək məcburiyyətində qalmışdır. Onun mübahisəsi bacısı ilə olmuşdur. O və bacısı spirtli içkilərdən istifadə edirlər. Onu polis əməkdaşları saxlayan zaman sərxoş olmuşdur və hazırda polis əməkdaşlarına qarşı etdiyi əməllərə görə çox peşmandır. Heç bir yerdə işləmir, qazancı və maddi imkanı yoxdur. Məhkəmədən qanun tələblərinə uyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirdi ki, Gəncə şəhəri BPİ-nin PPXT-nin polis nəfəri, polis serjantı vəzifəsində işləyir. “Dəyirmanın dairəsi” adlanan yerdə xidmət aparan zaman Şəxs səs-küy saldığı onlara bildirilmiş və o dərhal hadisə yerinə getmişdir. Şəxs uca səslə keçədə nalayiq ifadə işlətməsini və Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis baş-leytenantı X2 qanuni tələbinə tabe olmamasını görmüşdür. Daha sonra Şəxs avtomobilə mindirərək, Gəncə şəhəri BPİ-nin Kəpəz RPİ-nə gətirilmişdir. Eləcədə Şəxs Gəncə şəhəri BPİ-nin Kəpəz RPİ-nin inzibati binasında nalayiq ifadələr işlətmiş və nizam intizama riayət etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək bildirdi ki, Gəncə şəhəri BPİ-nin PPXT-nin polis nəfəri, polis serjantı vəzifəsində işləyir. Onlar 03.12.2021-ci il tarixdə təxminən saat 11 radələrində ərazi üzrə Gəncə şəhəri 3-cü mikrorayonda piyada hərəkət edirmişlər. Bundan sonra Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis baş-leytenantı X5 onları dəvət etmişdir. Onlar gedən zaman Şəxs nalayiq ifadələr işlətdiyini, polis əməkdaşının qanuni tələblərinə riayət etmədiyini görmüşlər. Sonuncu həmin vaxt heç hara getmədiyini bildirərək, avtomobilə minməkdən imtina etmişdir. Həmçinin, həmin vaxt xanım içkili olmuşdur. Daha sonra Şəxs avtomobilə mindirərək Gəncə şəhəri BPİ-nin Kəpəz RPİ-nə gətirmişlər. Bu zaman sonuncu Gəncə şəhəri BPİ-nin Kəpəz RPİ-nin inzibati binasında X3 qarşı “Sübhan, sənin paqonunu sökdürəcəm” kimi nalayiq ifadələr işlədərək təhqir etmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri BPİ-nin PPXT-nin polis nəfəri, polis serjantı X12 və X11 tərəfindən tərtib edilmiş 03.12.2021-ci il tarixli raportdan görünür ki, 03.12.2021-ci il tarixdə 32 saylı piyada postda xidmət aparan zaman 3-cü mikrorayon yaşayış massivinin sahə rəisi, polis baş-leytenantı X2, 3-cü mikrorayonda yaşayan adı sonradan onlara məlum olan Şəxs Gəncə şəhəri BPİ-nin Kəpəz RPİ-nə gətirilməsi üçün onlardan kömək istəmişdir. Onlar Şəxs nizam-intizama dəvət etsələr də, o, tabesizlik göstərərək polisin ünvanına nalayiq ifadələr işlədib öz əməlini davam etdirmişdir. Onlar isə Şəxs həmin vaxt içkili əlamətləri olduğu üçün özünü normal apara bilmədiyinə görə Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi, polis baş-leytenantı X5 ilə birlikdə Şəxs Gəncə şəhəri BPİ-nin Kəpəz RPİ-nə gətirilmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə baxışı zamanı Şəxs xırda xuliqanlıq edərək ictimai qaydanı pozması və polis işçisi ictimai qaydanı mühafizə edərkən onun qanuni tələblərinə qəsdən tabe olmaması və beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici izahatı ilə, şahid ifadələri, protokol tərtib etmiş şəxsin izahatı və Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-dən daxil olmuş materialla tam təsdiq edildi. Belə ki, Şəxs Daxili İşlər Nazirliyi növbətçi hissələri idarəetmə xidmətinin “102” xidmətinə zəng edərək, həmin xidmətin iş fəaliyyətini pozmuş, eləcə də xidmətin əməkdaşlarını təhqir etmiş, həmçinin Gəncə şəhəri, 3-cü mikrorayon yaşayış massivi və Gəncə şəhəri BPİ-nin Kəpəz RPİ-nin inzibati binası ictimai yerdir. Şəxs öz hərəkətləri ilə insanların narahat olmasına səbəb olan ifadələri qərəzli şəkildə və ucadan işlədərək ictimai qaydanı pozmuşdur. Bu zaman ondan hərəkətlərini dayandırmağı tələb edən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq həm də İXM-nin 535.1 və 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. Buna görə də Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarında olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair 1465/2021 nömrəli, 03.12.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs yüngül dərəcəli alkoqol sərxoş olmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın sərxoş halda törətməsini İXM-in 33.1.7.-ci maddəsinə əsasən olan məsuliyyətini ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, inzibаti tənbehin məqsədinə nаil оlmаq üçün оnun şəxsiyyətini, ağırlaşdırıcı halı (onun inzibati xətanı sərxoş halda törədməsini) və yüngülləşdirici halların olmamasını, qəbul ediləcək qərarın gələcəkdə icrasının mümkünlüyünü, törədilən inzibati xətanın xarakterini və təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, bаrəsində inzibаti həbs tətbiq etməklə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati tənbeh növündə həbs seçilməli, həbsdə saxlama müddətinin əvvəli 03 dekabr 2021-ci il tаrixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli 03 dekabr 2021-ci il tаrixdən hesablansın. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X9 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-904/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-904/2021
03.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver