Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-908/2021 30.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir оğlunun sədrliyi, X3 iclas katibliyi ilə, xx.xx.1981-ci ildə Oğuz rayonu, Xaçmaz kəndində anadan olmuş, evli, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, Oğuz rayonu, Xaçmaz kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X6 daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 19.07.2021-ci il tarixdə, saat 13 radələrində xx.xx.1981-ci il təvəllüdlü Gəncə şəhər sakini Şəxs BC dərəcəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında ayıq vəziyyətdə idarə etdiyi “VAZ-21074” markalı, **-SB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə D.Qorqud küçəsi istiqamətində hərəkətdə olarkən “X7” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq ara məsafəsi saxlamayıb yolun ortasından çəkilmiş paralel qoşa xətlərin icazə verilən hissəsindən geriyə dönmək istəyən xx.xx.1989-cu il təvəllüdlü Göygöl rayon sakini Zərərçəkmiş şəxs BC dərəcəli sürücülük vəsiqəsi ilə nəqliyyat vasitəsinin sahibi X1 özü nəqliyyat vasitəsində olmaqla ayıq vəziyyətdə idarə etdiyi “VAZ-21154” markalı, **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa tərəfindən vurmuş, nəticədə “VAZ-21154” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sol gözün alt və üst qapaqlarının qançırı-şişkinliyi, sol qaş nahiyəsinin əzilmiş yarası ilə nəticələnən yüngül dərəcəli bədən xəsarətləri yetirməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli olaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Buna görə də, Gəncə şəhər DYPŞ YNH-nin inspektoru, polis baş leytenantı X4 tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə 20.08.2021-ci il tarixdə İXP seriyalı ******* nömrəli protokol tərtib olunmuş və tərtib olunmuş protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə şəhəri Kəpəz Rayоn Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və inzibati xəta haqqında protokolu tərtib edən orqan işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmişlər və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin və nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəməyədək icraat dövründə barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan Şəxs ifadəsində göstərmişdir ki, onun 2016-cı ildən BC kateqoriyalı sürücülük vəsiqəsi var. “VAZ-2107” markalı, **-SB-*** dövlət qeydiyyat nömrəli nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 19 iyul 2021-ci il tarixdə, saat təxminən 13 radələrində həmin avtomobillə Ş.İ.Xətai prospekti ilə D.Qorqud küçəsi istiqamətində təxminən saatda 60 km sürətlə hərəkətdə olarkən F.Əhmədov küçəsinin kəsişməsinə çatanda yolun mərkəzi xəttinin üzərindən F.Əhmədov küçəsi istiqamətində dönmək istəyən “VAZ-21154” markalı, **-BJ-*** dövlət qeydiyyat nömrəli nişanlı avtomobili ehtiyyatsızlıqdan vurmuşdur. Hadisənin baş verməsinə səbəb yolun sol tərəfinə dönmək istəyən “VAZ-2107” markalı, **-SB-*** dövlət qeydiyyat nömrəli nişanlı avtomobilin yolun mərkəzi xəttinin üzərində dayanması olmuşdur. Hadisə zamanı o, avtomobildə tək olmuş, hadisə baş verərkən həmin yerdə tanıdığı heç kim hadisəni görməmişdir. O, “VAZ-21154” markalı, **-BJ-*** dövlət qeydiyyat nömrəli nişanlı avtomobili təxminən 15 metr məsafədən görmüş, həmin avtomobili vurmamaq üçün əyləci sıxsa da sürət həddi avtomobili hadisədən əvvəl saxlamasına imkan verməmişdir. Hadisə zamanı o, xəsarət almamışdır. Məhkəməyədək icraat dövründə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun 2012-ci ildən BC kateqoriyalı sürücülük vəsiqəsi var. “VAZ-21154” markalı, **-BJ-*** dövlət qeydiyyat nömrəli nişanlı avtomobil atası X2 məxsusdur. Atası şəkər xəstəsi olduğu üçün özü avtomobildə olmaq şərtilə çox vaxt avtomobili o, idarə edir. 19 iyul 2021-ci il tarixdə, saat təxminən 13 radələrində atası Alimlə birlikdə VAZ-21154 markalı, **-BJ-*** dövlət qeydiyyat nömrəli nişanlı avtomobillə Ş.İ.Xətai prospekti ilə D.Qorqud küçəsi istiqamətində gedərkən avtomobili o, idarə etmiş, atası Alim Cəfərov isə avtomobilin ön sağ oturacağında əyləymişdir. O, Ş.İ.Xətai prospekti ilə hərəkət edib Fərrux Əhmədov küçəsinə dönmək üçün yolun mərkəzi xəttinin üzərindən təxminən 1-2 metr məsafəyədək F.Əhmədov küçəsi istiqamətə dönüb irəli hərəkət etmək istəyərkən qəfil anda arxa tərəfdən “VAZ-2107” markalı, **-SB-*** dövlət qeydiyyat nömrəli nişanlı avtomobil onun idarə etdiyi avtomobilin arxa yan qapı və kurlo hissəsindən dəymiş, zərbənin təsirindən sol sifət və ağız nahiyəsi yaralanaraq qanamışdır. Hadisənin baş verməsinə səbəb o, yolun sol tərəfinə dönmək istəyərkən “VAZ- 2107” markalı, **-SB-*** dövlət qeydiyyat nömrəli nişanlı avtomobilin yolun mərkəzi xəttinin sol tərəfindən onun avtomobilinin sol arxa hissəsindən vurması olmuşdur. Hadisə zamanı avtomobildə atası Alim Cəfərov olmuş, hadisə baş verərkən həmin yerdə tanıdığı heç kim hadisəni görməmişdir. O, “VAZ-2107” markalı, **-SB-*** dövlət qeydiyyat nömrəli nişanlı avtomobili təxminən 4-5 metr məsafədən görmüş, “VAZ-2107” markalı, **-SB-*** dövlət qeydiyyat nömrəli nişanlı avtomobil onun avtomobilini vura biləcəyini hiss etmədiyindən hadisənin qarşısını almaq üçün heç bir hərəkət etməmiş və hadisənin qarşısını almaq mümkün olmamışdır. Hadisə zamanı o, sol qaş və sol sifətinin içəri hissəsindən xəsarətlər alsa da atası hər hansı bir xəsarət almamışdır. İş materiallarına əlavə olunmuş, Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmir-Təcrübi Tədris” Birliyinin 28.07.2021-ci il tarixli, 1166 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol gözün alt və üst qapaqlarının qançırı-şişkinliyi, sol qaş nahiyəsinin əzilmiş yarası – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni 19.07.2021-ci il tarixdə əmələ gələ bilərlər, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “yüngül” zərərvurmaya aid edilirlər. İş materiallarına əlavə olunmuş, 31 iyul 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində tədbir görülməsi üçün qərarın surəti Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X9 göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, zərərçəkmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə görə bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-in 327.8.-ci maddəsinə görə İnzibati Xətalar Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, оnа istinad edilən mаddənin sаnksiyаsı həddində inzibati cərimə növündə inzibаti tənbeh təyin edilməsini məqsədə müvаfiq hesаb edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43, 115, 128-130 və 327.8-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs оğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 gün müddətinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Аpelyаsiyа Məhkəməsinə şikаyət verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-908/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-908/2021
30.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver