Məhkəmə qərarları › İş №3(043)-912/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-912/2021

06.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-912/2021 06.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, 02 avqust 2000-ci ildə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Gədəbəy rayonu, Slavyanka kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.2 və 332.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gəncə şəhəri Baş Polis İdarəsinin X9 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Gəncə şəhəri Baş Polis İdarəsinin X9 şöbəsindən daxil olmuş materialdan görünür ki, 30 noyabr 2021-ci il tarixdə saat 01:45 radələrində Gəncə şəhəri Zülfü Hacıyev küçəsində “VAZ 2106” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Qaz 24 markalı **- BE-*** dövlət qeydiyyat nişanlı avtomobillər toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı “VAZ 2106” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs barəsində İXM-nin 327.1, 332.2 və 332.4-cü maddələri ilə İXP ******* saylı inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında bildirdi ki, Şəxs 30.11.2021-ci il tarixdə saat 01:45-də sürücülük hüququ olmadan “VAZ 2106” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Gəncə şəhəri Zülfü Hacıyev küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə zərər çəkmiş şəxs X3 idarə etdiyi “VAZ 2106” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə və X4 mülkiyyətində olan mağazaya dəyərək maddi zərər yetirmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü inzibati xətanın törədilməsində tam təqsirli bilərək izahatında bildirdi ki, 30.11.2021-ci il tarixdə saat 01:45-də “VAZ 21063” mnik markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Gəncə şəhəri Zülfü Hacıyev küçəsində “VAZ 2106” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və daha sonra avtomobil yolun kənarında olan ticarət obyektinin divarına dəymişdir. Həmin vaxt onun nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmamışdır. Törətdiyi əmələ görə çox peşmandır. Onun barəsində cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zərər çəkmiş şəxs X3 Gəncə şəhəri BPİ-nin DYPİ-nə verdiyi izahatından görünür ki, 30.11.2021-ci il tarixdə saat 01:45-də Gəncə şəhəri Zülfü Hacıyev küçəsində onun idarə etdiyi avtomobil ilə “VAZ 21063” minik markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamış, lakin onun avtomobilinə maddi zərər dəymişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Gəncə şəhəri BPİ-nin DYPİ-nə verdiyi izahatından görünür ki, o, 30.11.2021-ci il tarixdə saat 01:45-də Gəncə şəhəri Zülfü Hacıyev küçəsində idarə etdiyi “VAZ 21063” minik markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman “VAZ 2106” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır. İş materialları ilə müəyyən olunur ki, “VAZ 21063” minik markalı **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün Şəxs sürücülük hüququ olmamışdır. “Avtomotoservis və ticarət Müəssisəsi”nin 05 nömrəli qüsur aktından görünür ki, “VAZ 2106” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2543 manat maddi zərər dəymişdir. "xxxx" MMC tərəfindən verilmiş 06.12.2021-ci il tarixli rəydən görünür ki, X5 məxsus ünvan 1 ünvanda yerləşən təmir məntəqəsinə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 2185 manat maddi zərər vurulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə; Həmin Məcəllənin 332.2-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə; Həmin Məcəllənin 332.4-cü maddəsində isə bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan həmin Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulan əməli ehtiva edir. Belə olan vəziyyətdə, Şəxs əməlinin həm də İXMin 332.2-ci maddəsi ilə tövsif edilməsi zərurət yoxdur. Digər yandan məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol nəqliyyat hadisəsinin sxemi, özünün etirafedici izahatı ilə yanaşı zərər çəkmiş şəxslərin polis idarəsində verdiyi izahatları və inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında dörd yüz manat məbləğində cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tənbehləri nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə yanaşı, həmçinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X9 Şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X9 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar