Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-917/2020 06.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, X3 barəsində inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin mümkünlüyünə dair məsələyə, məhkəmə iclasından kənar baxaraq müəyyən etdim: X2 şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN № ******* saylı İnzibati xəta haqqında protokol və həmin protokola əsasən xx.xx.2020-ci il tarixli MN № ******* saylı İnzibati tənbeh vermə haqqında qərar əsassız olduğu üçün ləğv edib, iş üzrə inzibati icraata xitam verilməsinə xahiş etmişdir. Şikayət və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, şikayət və ona əlavə edilmiş sənədlər aşağıdakı səbəblərə görə geri qaytarılmalıdır. Şikayətdə göstərilmişdir ki, xx.xx.2020-ci il tarixdə guya karantin qaydasını pozduğuma görə barəmdə xx.xx.2020-ci il tarixli MN № ******* saylı İnzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokola əsasən xx.xx.2020-ci il tarixli, MN № ******* saylı İnzibati tənbeh vermə haqqında qərarla ona 200 manat cərimə cəzası tətbiq edilmişdir. O, barəsində tərtib edilmiş protokolla və cərimə cəzası tətbiq edilməsinə dair inzibati tənbeh vermə haqqında qərarla razı deyildir. Ona görə ki, o heç bir inzibati xəta törətməmişdir. Belə ki, onun qeydiyyatda doğulduğu Goranboy (keçmiş Qasım İsmayılov) rayonunun Gülməmmədli kəndində olsa da, artıq uzun illərdir ki, daimi yaşayış yeri Gəncə şəhəri olmuşdur. O, Gəncə şəhər 7 saylı orta məktəbdə oxumuş, 2 saylı X8 bitirmişdir. Hərbi xidmətə Kəpəz rayon Hərbi Komissarlığından yollanmışdır. Onun ailəsi Gəncə şəhərində yaşayır, özü Gəncə şəhərində işləyir. Sadəcə olaraq Gəncə şəhərində onun xüsusi mülkiyyətində yaşayış evinin olmadığına görə o yaşayış yeri üzrə qeydiyyata dura bilməmişdir. Amma bu o demək deyildir ki, o karantin qaydasını pozub heç bir icazə olmadan yaşayış yerini tərk etmişdir. Onun SMS icazəsi olmuşdur, həmin icazəni təsdiq edən 8103 saylı çıxarışı ərizəsinə əlavə etmişdir. Onu da bildirmişdir ki, onu saxlayan Kəpəz rayon Pİ-nin əməkdaşları ona imkan verməmişlər ki, o telefonunda SMS icazəsini göstərsin, eləcə də yaşayış yeri barədə arayışı təqdim etsin. Onu Kəpəz rayon Polis İdarəsinə gətirib haqqında protokol tərtib etdikdən sonra telefonundakı SMS icazəsini yoxlamışlar və bildirdilər ki, olsun, o başqa qaydanı da pozubmuşdur. O onlarla razılaşmadığı üçün heç bir protokola imza etməmişdir. Ona görə də hesab edir ki, o heç bir inzibati xəta törətməmişdir və bu səbəbdən də ona tətbiq edilmiş cərimə cəzası silinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1 inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2 inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3 vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1. İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. 57.5. İnzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan; X1 xx.xx.2020-ci il tarixdə məhkəməyə şikayət versə də xx.xx.2020-ci il tarixli qərar barədə daha gec məlumatlandırılması ilə bağlı sübut təqdim etməmiş, müddət məsələsinə şikayətində münasibət bildirməmişdir. Belə ki, qərarın qəbul edildiyi vaxtdan uzun müddət keçmiş, həmin qərarın İXM-nə uyğun olaraq şikayətçiyə nə vaxt verilməsi barədə hər hansı sənəd şikayətə əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati tənbeh vermə haqqında qərardan şikayət verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 128.1.-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd edilən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbindən göründüyü kimi, inzibati xəta haqqında protokoldan deyil, inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət və ya protest verilməsi və onlara baxılması qaydaları tənzimlənmişdir. İş materiallarından göründüyü X4 şikayətində qanunvericilikdə nəzərdə tutulmadığı halda inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etmiş, bundan əlavə şikayətində qərarı mübahisələndirməsini göstərməklə yanaşı, inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli MN ******* nömrəli qərarı nə vaxt almasını göstərməmiş, şikayət müddətinin bərpa edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etməmişdir.Belə olan halda inzibati tənbeh vermə haqqında qərardan şikayət müddət ötürüldükdən sonra verilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40. 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: X3 barəsində inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın.
Məhkəmə qərarları › İş №3(043)-917/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-917/2020
06.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver