Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-918/2020 06.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, protokol tərtib etmiş Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin İTB-nin sahə rəisi, polis mayoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə; xx.xx.1993-cü ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu ödənilməmiş, Qazax rayonu, Abbasbəyli kəndində qeydiyyatda olan və Gəncə şəhəri, Məhsəti qəsəbəsi 34-cü küçədə yaşayan Şəxs barəsində Gəncə şəhəri BPİ-nin Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Gəncə şəhəri BPİ-nin Kəpəz Rayon Polis İdarəsində xx.xx.2020-ci il tarixdə inzibati xəta haqqında MN 0754028, MN ******* və MN ******* nömrəli protokollar tərtib olunaraq baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı Mövləyev Tahir Rafiq oğlu tərəfindən protokol tərtib olunmuş ona görə ki, Şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə vaxt ərzində ünvan 1 A ünvanında yerləşən X6 məxsus yarı tikili evindən 55 metr uzunluğunda mis elektrik naqili və 20 manat dəyərində olan beton mismarı oğurlamış və buna görə MN ******* nömrəli protokol tərtib edilmişdir. Bundan əlavə Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin İTB-nin sahə rəisi, polis mayoru X7 tərəfindən protokol tərtib olunmuş ona görə ki, Şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə vaxt ərzində ünvan 1 A-da yerləşən X2 məxsus yeni tikili evin əl damının qapısının qıfılını sındıraraq orada olan 11 ədəd sement və rezin borunu oğurlamış və buna görə MN ******* nömrəli protokol tərtib edilmişdir. Bundan əlavə Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı Mövləyev Tahir Rafiq oğlu tərəfindən protokol tərtib olunmuş ona görə ki, Şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə Gəncə şəhəri Dos-6-da yol kənarında su kanalizasiya xətinin dəmir lükunun qapağını oğurlamış və buna görə MN ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları müdafiə edən Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin İTB-nin sahə rəisi, polis mayoru X7 çıxış edərək bildirdi ki, Şəxs əməlində cinayət tərkibi olmadığından hər üç material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, evlidir və 3 uşağı vardır. Xəstəliyi və əlilliyi yoxdur. Səhər saat 11 radələrində polis əməkdaşları tərəfindən tutulmuşdur. Yarım tikilidən kabel və mismar oğurlamış, kabeli satmış, mismarı isə yaşadığı evə istifadə etmişdir. Kapron borunu oğurlamış, lakin aparan zaman avtomobildən düşərək itmişdir. 11 kisə sementi oğurlamış, sementin altısını satmış, beşini isə evdə pilləkən düzəldən zaman istifadə etmişdir. Su kanalizasiya xətinin dəmir lükunun qapağını oğurlamış, tanımadığı adama 20 manata satmışdır. Hazırda maddi imkanı olmadığından zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı ödəməmişdir. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə zərərçəkmişlərə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan məhkəmə baxışının keçirilməsini mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş, “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, X5 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan həmin şəxsin müəyyən olunaraq qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Kəpəz RPİ-nin İTB-nə göndərilmiş, vətəndaşın şikayət ərizəsi əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş, “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, X1 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan həmin şəxsin müəyyən olunaraq qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Kəpəz RPİ-nin İTB-nə göndərilmiş, vətəndaşın şikayət ərizəsi əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş, “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Azərsu ASC-nin X13 Törəmə Cəmiyyətinə ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan həmin şəxsin müəyyən olunaraq qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Kəpəz RPİ-nin İTB-nə göndərilmiş, vətəndaşın şikayət ərizəsi əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokol tərtib etmiş şəxsin izahatını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla yanaşı özünün ifadəsi ilə tam sübuta yetir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs MN 0754028, MN ******* və MN ******* nömrəli inzibati protokollar üzrə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə görə, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində daha ciddi inzibati tənbeh hesab edilən inzibati həbs tənbehi tətbiq etməyi məqsədə müvafiq hesab edir. Belə ki, Şəxs törətdiyi inzibati xətanın xarakterini və qazancı olmamaqla heç bir yerdə işləməməsini, şəxsiyyətini, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın ödənilməməsini və bu istiqamətdə heç bir hərəkət etməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati həbs tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Göründüyü kimi dəymiş zərərlə bağlı mübahisə olduğundan hazırki zərərin inzibati tənbeh tətbiq etməklə eyni vaxtda tutulması mümkün olmadığından zərər çəkmiş şəxslərə zərərlə bağlı Azərbaycan Respublikasının Mülki qanunvericiliyinə uyğun olaraq mülki qaydada iddia qaldırmaq hüququ izah olunmalıdır. İşin məhkəmə iclasında müəyyən olunmuş halından məlum olur ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 11:00-da tutularaq hüquqları məhdudlaşdırılmışdır, inzibati tənbeh tətbiq edilərkən həmin hal nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 01 (bir) ay 15 (on beş) gün müddətində inzibati tənbeh növündə həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli Şəxs tutulduğu xx xxxxxx 2020-ci il tarixdən saat 11:00-dan hesablansın. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X8 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-918/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-918/2020
06.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver