Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-925/2021 10.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş şəxs Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin sahə rəisi, polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə; xx.xx.1972-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Gəncə şəhəri Kəpəz rayonu, X7 küçəsi, ev 24 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gəncə şəhəri BPİ-nin Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Kəpəz Rayon Polis İdarəsində tərtib olunmuş materiallar baxılması üçün 10.12.2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X3 tərəfindən tərtib olunmuş 10.12.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, 08.12.2021-ci il tarixdə saat 23 radələrində Şəxs Gəncə şəhəri Muxtar Hacıyev küçəsində açıq sahədə olan İnşaat servis 2 şirkətinə məxsus hər birinin dəyəri 7 manat olmaqla ümumilikdə 28 manat olan 4 ədəd armaturu gizli yolla oğurlamağa cəhd etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X3 çıxış edərək bildirdi ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, armaturları oğurlamamışdır. O, həmin ərazidə ayaqyoluna getmişdir və həmin zaman orada armatur olmuşdur. Bu zaman polis əməkdaşları gəlmişdir. Həmin sahə açıq sahə olmuşdur. Polis əməkdaşları onu görən zaman qışqıraraq dayanmasını tələb etmişlər və o da dayanmışdır. Onun oğurluq etmək məqsədi olmamışdır. Ayaqyoluna gedib oradan da xalasıgilə gedəcəkdir. Ona görə də protokolun təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, Gəncə şəhəri BPİ-nin PPXT-nin polis nəfəri, polis serjantı vəzifəsində işləyir. O, Gəncə şəhəri BPİ-nin PPXT-nin polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs2 ilə birlikdə 08.12.2021-ci il tarixdə saat 23 radələrində Gəncə şəhəri Muxtar Hacıyev küçəsində xidmət apararkən raket atılan yerdə görmüşlər ki, sonradan adını bildikləri Şəxs həmin ərazidə olan armaturları qatlayaraq qırmış əski parçası ilə bağlayıb aparmaq istədiyini görmüşlər. Şəxs onları görüb qaçmaq istəmiş, lakin onlar onu saxlamışlar. Həmin zaman əyilmiş armaturları görmüşlər və təxmini 5-6 ədəd armatur da 80-100 metr araqlıq məsafədə qırmış əski parçası ilə bağlanmış və qatlanılmış vəziyyətdə görmüşlər. Bu zaman onlar Şəxs saxlayan zaman sonuncu onlara xalasıgil tərəfə gəldiyini bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, Gəncə şəhəri BPİ-nin PPXT-nin polis nəfəri, polis serjantı vəzifəsində işləyir. Samux rayonunda yaşayır. 08.12.2021-ci il tarixdə saat 22:43 dəqiqədə Gəncə şəhəri BPİ-nin PPXT-nin polis nəfəri, polis serjantı X4 ilə Gəncə şəhəri Muxtar Hacıyev küçəsində xidmətdə olan zaman həmin küçədə bir nəfər adı onlara sonradan məlum olan Şəxs həmin ərazidə açıq sahədə tikinti üçün istifadə olunan 2 ədəd armaturu bir birinə bağlayaraq oğurlamaq istədiyini görmüşlər və bundan sonra onlar Şəxs yaxınlaşmaq istəyən zaman o, oradan qaçmaq istəmiş və onlar Şəxs həmin yerdə saxlayıb post patrul ilə Şəxs Kəpəz RPİ-nə gətirmişlər. Sonuncu onları görüb qaçan zaman iki ədəd armaturu əlindən tullamışdır. 5-6 ədəd armatur da 80-100 metr məsafə də qatlanaraq qırmızı əski ilə bağlanaraq hazır vəziyyətdə olmuşdur. Onlar Şəxs soruşduqda isə demişdir ki, “xalamgilə gedirəm, bura ayaqyoluna girmişdim”. İş materiallarına əlavə edilmiş telefonoqramdan görünür ki, məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış tələbkar zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 bildirmişdir ki, hazırda Bakı şəhərində olduğu üçün məhkəmə iclasına gələ bilməsinin mümkün deyil. Həmçinin, Şəxs tərəfindən dəymiş zərərin ödənilmədiyini bildirərək şikayətçi olduğunu və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 iştirakı olmadan məhkəmə baxışını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 09 dekabr 2021-ci il tarixli qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işi başlanması rədd edilmiş, qərarın surəti Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan 08.12.2021-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 08.12.2021-ci il saat 23:15-də inzibati qaydada tutulmuşdur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Şəxs Gəncə şəhəri Muxtar Hacıyev küçəsində açıq sahədə olan “İnşaat servis 2” şirkətinə məxsus hər birinin dəyəri 7 manat olmaqla ümumilikdə 28 manat olan 4 ədəd armaturu gizli yolla oğurlamağa cəhd etmişdir. Şəxs özgəsinin əmlakını talamağa cəhd etməsi və beləliklə İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi şahidlərin izahatı, barəsində tərtib edilmiş protokola və inzibati xəta haqqında iş materialları ilə tam sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Buna görə Şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə iclasında Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, şəxsiyyətini, inzibati xətanın xarakterini, törədilməsi hallarını, onun təqsirinin dərəcəsini və vurulmuş ziyanın miqdarını nəzərə alaraq hesab edir ki, Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi və onun tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısının alınması məqsədləri üçün ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi kifayət edir. Azərbaycan Respublikası İXM-in 28.1-ci maddəsində göstərilir ki, ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Belə işlərin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən, ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 28.3-cü maddəsində qeyd olunur ki, ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Qeyd olunan normanın tələbinə uyğun olaraq Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək ona gün ərzində 4 (dörd) saatdan çox olmamaq şərti ilə 160 (bir yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh təyin olunsun. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-925/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-925/2021
10.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver