Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-934/2020 11.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X3 iclas katibliyi, Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu ödənilməmiş, Gəncə şəhəri, Kəpəz rayonu, DOS 6, bina 61, mənzil 1-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Gəncə şəhəri BPİ-nin Kəpəz RPİ-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xəta haqqında xx.xx.2020-ci il tarixdə MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün aidiyyətı üzrə Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2020-ci il tarixdə MN ******* nömrəli protokolda göstərilmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 16:00 radələrində Gəncə şəhər Kəpəz RPİnin inzibati binasının qarşısında polis əməkdaşlarına qarşı təhqiredici ifadələr işlətmiş və polisin qanuni tələblərini pozmuşdur. Məhkəmə iclası zamanı protokol tərtib etmiş Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi X5 izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə Gəncə şəhər Məhsəti qəsəbəsində yaşayan X1 qarşı törədilmiş quldurluq cinayət hadisəsinin açılması istiqamətində tərəflərindən aparılan tədbirlər zamanı Şəxs ilə söhbət aparılması zərurəti yaranmışdır. Bu məqsədlə Şəxs xx.xx.2020-ci il tarixdə tərəflərindən Kəpəz RPİ-nə dəvət olunmuşdur. Şəxs Kəpəz RPİ-nin inzibati binasının qarşısına çatdıqdan sonra küçədə ucadan polisin ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Onlar Şəxs bir neçə dəfə nizam intizama dəvət edərək onun söyüş söyməməsini ona izah etmişlər. Ancaq Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərərkətlərini davam etdirdirmişdir. Buna görə də, tərəflərindən Şəxs qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə onu Kəpəz RPİ-nin Növbətçi Hissəsinə təhvil vermişlər. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, Şəxs ifadəsində bildirdi ki, o, özünü təqsirli bilir, əsəbi olduğu üçün söyüş söymüş, onu sakitləşdirmək istəyən polis əməkdaşlarının qanunu tələblərinə əhəmiyyət verməmişdir. Onun maddi imkanı olmamasını və əməlini etiraf etməsini nəzərə alaraq barəsində yüngül tənbeh növü tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər RPİ-nin CAŞ-nın əməliyyat müvəkkili, polis baş leytenantı X8 ifadəsində bildirdi ki, törədilmiş quldurluq cinayət hadisəsinin açılması istiqamətində tərəflərindən aparılan tədbirlər zamanı Şəxs ilə söhbət aparılması zərurəti yaranmışdır. Bu məqsədlə Şəxs xx.xx.2020-ci il tarixdə tərəflərindən Kəpəz RPİ-nə dəvət olunmuşdur. Şəxs Kəpəz RPİ-nin inzibati binasının qarşısına çatdıqdan sonra küçədə ucadan polisin ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Onlar Şəxs bir neçə dəfə nizam intizama dəvət edərək onun söyüş söyməməsini ona izah etmişlər. Ancaq Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərərkətlərini davam etdirdirmişdir. Bundan sona rəhbərliyə raportla müraciət edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər RPİ-nin polis nəfəri, polis serjantı X6 ifadəsində bildirdi ki,törədilmiş quldurluq cinayət hadisəsinin açılması istiqamətində tərəflərindən aparılan tədbirlər zamanı Şəxs ilə söhbət aparılması zərurəti yaranmışdır. Bu məqsədlə Şəxs xx.xx.2020-ci il tarixdə tərəflərindən Kəpəz RPİ-nə dəvət olunmuşdur. Şəxs Kəpəz RPİ-nin inzibati binasının qarşısına çatdıqdan sonra küçədə ucadan polisin ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Onlar Şəxs bir neçə dəfə nizam intizama dəvət edərək onun söyüş söyməməsini ona izah etmişlər. Ancaq Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərərkətlərini davam etdirdirmişdir.Bundan sona rəhbərliyə raportla müraciət edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-nın əməliyyat müvəkkili, polis baş leytenantı X12 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə Gəncə şəhər Məhsəti qəsəbəsində yaşayan X1 qarşı törədilmiş quldurluq cinayət hadisəsinin açılması istiqamətində tərəflərindən aparılan tədbirlər zamanı Şəxs ilə söhbət aparılması zərurəti yaranmışdır. Bu məqsədlə Şəxs xx.xx.2020-ci il tarixdə tərəflərindən Kəpəz RPİ-nə dəvət olunmuşdur. Şəxs Kəpəz RPİ-nin inzibati binasının qarşısına çatdıqdan sonra küçədə ucadan polisin ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Onlar Şəxs bir neçə dəfə nizam intizama dəvət edərək onun söyüş söyməməyini ona izah etmişlər. Ancaq Şəxs bizim qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərərkətlərini davam etdirdirmişdir. Buna görə də, onlar Şəxs qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə onu Kəpəz RPİ-nin Növbətçi Hissəsinə təhvil vermişlər. İşdə olan inzibаti qаydаdа tutmа hаqqındа xx.xx.2020-ci il tarixli prоtоkоldаn görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 16:00-da inzibаti qаydаdа tutulmuşdur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etiraf edici izahatı, şahid ifadələri, protokol tərtib etmiş şəxsin izahatı və Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-dən daxil olmuş materialla tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. İXM-in 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn şəxs Şəxs оğlu hаqqındа inzibаti tənbeh tətbiq edilməsi məsələsini müzаkirə edərkən оnun məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hаllаrı müəyyən etməmişdir. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, inzibаti tənbehin məqsədinə nаil оlmаq, оnun şəxsiyyətini, heç bir yerdə işləməməklə maddi imkanının olmamasını, qəbul ediləcək qərarın gələcəkdə icrasının mümkünlüyünü, törətdiyi inzibati xətanın xarakterini və təhlükəlilik dərəcəsini, Şəxs şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, bаrəsində inzibаti həbs tətbiq etməklə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati tənbeh növündə həbs seçilməli, həbsdə saxlama müddətinin əvvəli onun tutulduğu tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli Şəxs tutulduğu və hüquqlarının məhdudlaşdırıldığı xx xxxxxx 2020-ci il tаrixdən, sааt 16:00-dan hesablansın. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X7 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-934/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-934/2020
11.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver