Məhkəmə qərarları › İş №3(043)-936/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-936/2020

17.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-936/2020 17.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, X2 Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin polis sahə rəisi X5 tərəfindən onun barəsində tərtib olunmuş 01noyabr 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokoldan verdiyi şikayətə baxılmasının mümkünlüyünə məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq, müəyyən etdi : X1 şəhər Kəpəz rayon Polis İdarəsinin polis sahə rəisi X5 tərəfindən onun barəsində tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokoldan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət vermişdir. Məhkəmə inzibatixəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət və ona əlavə olumuş sənədlər geri qaytarılmalıdır. Belə ki, İXM-in 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Göründüyü kimi qanunvericilikdə inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmamış, yalnız inzibati protokol üzrə çıxarılmış qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, şikayət geri qaytarılmalı və X3 Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin polis sahə rəisi X5 tərəfindən tərtib olunmuş xx xxxxxx 2020ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol üzrə barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərardan narazı qaldığı halda şikayət vermək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan RespublikasıİXM-in 109 və 130.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : X2 Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin polis sahə rəisi X5 tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokoldan verdiyi şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar