Məhkəmə qərarları › İş №3(043)-937/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-937/2020

11.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-937/2020 11.12.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X12 oğlunun, onun vəkili X7, qərarından şikayət verilmiş orqanın nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə regional bölməsinin rəisi X9 xx xxxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə regional bölməsinin rəisi X9 xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə X8 epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimi dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların pozulması, habelə vəzifəli şəxs tərəfindən həmin pozuntuların qarşısının alınmamasına və saxlama müddəti ötmüş məhsulların satılmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci və 447.2-ci maddələri ilə təqsirli bilinərək İXM-in 447.2-ci maddəsi ilə 1500 manat inzibati cərimə edilmişdir. X8 həmin qərardan şikayət verərək bildirmişdir ki, AQTA əməkdaşları tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmaqla sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrində qeydə alınmadan yoxlama həyata keçirilmişdir. Eyni zamanda ərzaq mağazalarına münasibətdə AQTA-nın İXM-in 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olmadığından bu barədə protokolun tərtib edilməsi də qanunsuz olmuşdur. Göstərilənlərə əsasən inzibati tənbeh verilməsi haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında X8 və vəkili X11 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən AQTA Gəncə regional bölməsinin nümayəndəsi X4 şikayətlə razı olmayaraq bildirdi ki, AQTA əməkdaşları onlara verilmiş səlahiyyətlər çərçivəsində ictimai iaşə müəssisələrində sanitariya-gigiyena qaydalarının həmçinin krantin rejiminin tələblərinə riayət edilməsi, həm ictimai-iaşə müəssisələrində, həm də ərzaq mağazalrında qida təhlükəsizliyi ilə bağlı qaydalara riayət edilməsi ilə bağlı müvafiq yoxlamalar həyata keçirirlər. Protokolda və qərarda Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsinə istinad olunması mexaniki səhv nəticəsində olmuşdur. Lakin B.Bəxtiyarov İXM-in 211.2-ci maddəsi ilə yox, 447.2-ci maddəsi ilə tənbeh edilmişdir. B.Bəxtiyarovun rəhbərlik etdiyi ərzaq mağazasında yoxlama keçirilməsi reyestrdə qeydiyyata alınmadan aparılmışdır. Lakin faktiki olaraq B.Bəxtiyarovun rəhbərlik etdiyi mağazada saxlama müddəti ötmüş malların saxlanması aşkar edilmişdir. Buna görə də qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas yoxdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Qida X2 regional bölməsinin rəisi polis X9 xx xxxxxxx 2020ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2020-ci il tarixli İR-95 saylı arayışdan görünür ki, X8 xx.xx.2017-ci il tarixdən “Oba Market” Məhdud Məsuliyyətli Cəmiyyətində adminsitrator vəzifəsində işləyir. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2020-ci il tarixli “Sahibkarın obyektinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə AQTA Gəncə regional bölməsinin aparıcı məsləhətçisi X17 və məsləhətçisi X14 tərəfindən “Oba market” adlı mağazaya baxış keçirilərək mağazada işçilər və müştərilər tərəfindən tibbi maskadan istifadə edilməməsi, dezinfeksiya məhlulundan istifadə etməmələri, açıq şəkildə satılan və qablaşdırılmamış qida məhsullarının xüsusi vitrin arxasında saxlanılmaması, yararlılıq müddəti bitmiş məhsulların aşkar edildiyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X6 barəsində epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimi dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların pozulması, habelə vəzifəli şəxs tərəfindən həmin pozuntuların qarşısının alınmamasına və saxlama müddəti ötmüş məhsulların satılmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci və 447.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların pozulması haqqında protokol tərtib edilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2016-cı il tarixli 795 saylı Fərmanının 5.6-2-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, sahibkarlıq fəaliyyəti (ictimai iaşə, turizm və mehmanxana (mehmanxana tipli digər obyektlər daxil olmaqla) fəaliyyəti istisna olmaqla) subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə, həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Antiinhisar və X13 Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə, həmçinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, turizm və mehmanxana (mehmanxana tipli digər obyektlər daxil olmaqla) fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi baxır. Göründüyü kimi İXM-in 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti yalnız ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə verilmişdir. Bu baxımdan ictimai iaşə sbuyekti hesab edilməyən ərzaq mağazasında AQTA əməkdaşları tərəfindən İXM-in 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə araşdırma aparılması və protokol tərtib edilməsi qanunsuz olmuşdur. Digər tərəfdən qərarından şikayət verilən orqanın nümayəndəsi də İXM-in 211.2-ci maddəsinin protokol və qərarda səhvən qeyd edildiyini bildirmişdir. Azərbaycan Respublikası İXM-in 447.2-ci maddəsi olmasa da qərarın və protokolun məzmunundan B.Bəxtiyarova İXM-in 447.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə tənbeh verildiyi məlum olur. Həmin maddəyə əsasən saxlama müddəti ötmüş məhsulların satılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Qanunun 3.2-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların aktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Qanunun 20.2-ci maddəsinə əsasən, bu Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə"nin 1.4-cü və 1.5-ci bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 7.1-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Yoxlayıcı orqanların vəzifəli şəxsləri Reyestrdə qeydiyyatdan keçməyən və ya bu Əsasnamənin tələbləri pozulmaqla yoxlamaların aparılmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən normalardan göründüyü kimi yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla aparılmalı olması barədə müddəası sahibkarlıq fəaliyyəti subyektlərində nəzarətyoxlama funksiyasını həyata keçirən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin də yoxlayıcı orqan kimi fəaliyyətinə şamil edilir və yoxlayıcı orqan tərəfindən bu qaydanı pozmaqla aparılmış yoxlamanın hüquqi nəticəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. X5 inzibati tənbeh verilməsinə səbəb olmuş sübutlar qanuna zidd qaydada həyata keçirilmiş yoxlama nəticəsində əldə edildiyi üçün B.Bəxtiyarovun məsuliyyətə cəlb edilməsi üçün əsas təşkil edə bilməz. B.Bəxtiyarovun İXM-in 447.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair qanuni və mötəbər sübutlar olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115, 122 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Qida X2 regional bölməsinin rəisi X9 xx xxxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X3 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar