Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-939/2021 15.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, Gəncə şəhəri BPİ-nin X14 Şöbəsi polis baş leytenantı X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs X4 iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Gəncə şəhər Baş Polis İdarəsinin X14 Şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Baş Polis İdarəsinin X14 Şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri BPİ-nin X14 Şöbəsi polis baş leytenantı X7 tərəfindən tərtib olunmuş 15.12.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 22.10.2021-ci il tarixdə saat təxminən 02 radələrində Şəxs “Volkswagen Touareg” minik markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə şəhəri BPİ-nin X14 Şöbəsi polis baş leytenantı X7 inzibati xəta haqqında protokola uyğun izahat verərək, Şəxs inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, əvvəllər məhkumluğu olunmuşdur və məhkəmənin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. Lakin, daha sonra “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının tətbiq edilməsi ilə təyin olunmuş cəzadan üzərindən bir il götürülmüşdür. O, 2016-cı ildən BC kateqoriyalı sürücülük vəsiqəsi var. “Volkswagen Touareg” minik markalı **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsiz idarə edir. 22.10.2021-ci il tarixdə saat təxminən 02 radələrində həmin avtomobili təxminən 50 km/saat sürət idarə edərək Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsi ilə Bayraq Meydanı istiqamətində gedərkən Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsində yerləşən Əminə Market yaxınlığında qarşı tərəfdən gələn “Mersedes-Benz Vito” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat avtomobilin sol güzgüsü onun avtomobilinin güzgüsünə dəymiş sonra isə hər iki avtomobilin sol hissələri toqquşmuşdur. Zərbənin təsirindən “Mersedes-Benz Vito” markalı avtomobilin sol qapısının şüşəsi sınmışdır. Hazırda törətdiyi xətadan səmimi peşman olduğunu və bir daha belə səhvlərə yol verməyəcəyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını inzibati xəta haqqında qərar çıxarılan zaman nəzərə alınmasını, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X6 izahat verərək bildirdi ki, 2018-ci ildən BC kateqoriyalı sürücülük vəsiqəsi var. “Mersedes-Benz Vito” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir. 22.10.2021-ci il tarixdə saat təxminən 01 radələrində həmin avtomobili təxminən 40-45 km/saat sürətədək idarə edərək Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsi ilə Ş.İ.Xətai prospekti istiqamətində gedərkən Əminə market yaxınlığına çatanda cip markalı avtomobil gözlənilməz halda onun avtomobilinin sol güzgü və sol yan hissəsindən dəymişdir. Avtomobilin sol ön qapısının şüşəsi və sol yan güzgüsü sınmış, sonra avtomobilin sol hissəsi sürtmüşdür. Yalnız avtomobilə maddi zərər dəymişdir. Sığortanın xərci onlara kifayət edir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qarşı şikayət və tələbləri yoxdur. Odur ki, Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 15.12.2021-ci il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs “Volkswagen Touareg” minik markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 19 iyul 2020-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması rədd edilməsi, sürücü Şəxs, X9 Qanununun tələblərini pozduğundan onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün və X8 Azərbaycan Respublikası İXM-nin 335.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. 21.08.2019-cu il tarixli, AD N 546921 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Volkswagen Touareg” minik markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 məxsusdur. Avtomotoservis və ticarət istehsalat birliyinin rəyindən görünür ki, “Mersedes-Benz Vito” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 615 (altı yüz on beş) manat məbləğində maddi ziyan dəymişdir. Gəncə şəhəri BPİ-nin X14 Şöbəsinin arayışından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mərkəzi məlumat bazasında vətəndaş xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində anadan olmuş və ünvan 1-da yaşayan Şəxs adına sürücülük vəsiqəsi məhrum edildiyi müəyyən edilmişdir və hüquqsuz olduğu aşkar olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışında müəyyən edilmişdir ki, Şəxs sürücülük hüququ və etibarnaməsi olmadan 22.10.2021-ci il tarixdə saat 02:40 radələrində idarə etdiyi “Volkswagen Touareg” minik markalı **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsi ilə Ş.İ.Xətai prospekti istiqamətində gedərkən Əminə” marketin yaxınlığında Şəxs idarə etdiyi avtomobilin güzgüsü “X4 etibarnamə ilə idarə etdiyi “Mersedes-Benz Vito” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol güzgüsünə dəymiş və hər iki avtomobilin sol hissələri toqquşmuşdur. Zərbənin təsirindən “Mersedes-Benz Vito” markalı avtomobilin sol qapısının şüşəsi sınmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın baxılması məhkəmənin səlahiyyətlərinə aiddir. İnzibati xəta şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməklə ona İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs əməlindən səmimi peşman olmasını və zərərin ödənilməsi istəyinin olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini və məsuliyyəti yüngünləşdirən halları nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-939/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-939/2021
15.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver