Məhkəmə qərarları › İş №3(043)-941/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-941/2020

13.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-941/2020 13.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, X3 barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN № ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin mümkünlüyünə dair məsələyə, məhkəmə iclasından kənar baxaraq müəyyən etdim: X2 şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli MN № ******* saylı İnzibati tənbeh vermə haqqında qərarın əsassız olduğu üçün ləğv edib, iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayət və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, şikayət və ona əlavə edilmiş sənədlər aşağıdakı səbəblərə görə geri qaytarılmalıdır. Şikayətdə göstərilmişdir ki, xx.xx.2020-ci il tarixdə axşam saatlarında Dövlət Yol Potrul xidmətinin inspektoru polis serjantı X6 ona məxsus olan Lada 21214 URBAN markalı, ** TO *** dövlət qeydiyyat nişanlı avtomobilini Gəncə şəhərində idarə edərkən onu saxlatmış və sənədlərini tələb etmişdir. O sənədləri ona təqdim etdikdən sonra, polis ona bildirmişdir ki, onun avtomobilində əlavə avadanlıqlar qurraşdırılıb və ona cərimə yazacaq. O polisdən hansı əlavə avadanlıqların quraşdırılmasmı soruşmuş, ona bildirmişdir ki, maqintafonun kalonkasına görə ona cərimə yazacaq. O ona maqintafonun kalonkasının əlavə avadanlıq və ya dəyişiklik olmamasını bildirsə də polis onun iradına əhəmiyyət verməyərək Azərbaycan Respublikasının İXM-nin 342.2.2-ci maddəsi ilə protokol tərtib edərək ona 150 manat cərimə etmişdir. Lakin həmin protokol qərarsız olduğundan, protokol qanunsuz və əsassız olaraq yazıldığından o sözügedən protokol ilə razılaşmayaraq protokoldan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməyə şikayət vermişdir. Lakin protokoldan məhkəməyə şikayət vermək mümkün olmadığı üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 3(043)-626/2020 saylı qərardadı ilə ərizəsi və ərizəyə əlavə olunmuş sənədləri ona geri qaytarılmışdır. Lakin həmin qərardad xx xxxxxx 2020-ci il tarixli məktubla ona göndərilmişdir. O şikayətinin geri qaytarılmasına dair məktubu aldıqdan sonra barəsində yazılmış protokolun qərarlı və ya qərarsız olmasını aydınlaşdırmışdır. Həmin vaxt artıq protokolun qərarlı olmasını aydınlaşdırmışdır. O həmin qərarı elektron qaydada əldə etmişdir. Sözügedən qərar hazırki vaxta kimi ona rəsmi şəkildə verilməmişdir. O sözügedən qərarla razı deyildir. Hesab edir ki, xx.xx.2020-ci il tarixli TP ******* saylı qərar tam qanunsuz və sassızdır. Ona görə də həmin qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1 inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2 inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3 vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1. İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. 57.5. İnzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan; X1 xx.xx.2020-ci il tarixdə məhkəməyə şikayət versə də xx.xx.2020-ci il tarixli qərar barədə daha gec məlumatlandırılması ilə bağlı sübut təqdim etməmiş, qərarın sürətini nə vaxt almasını şikayətində göstərməmişdir. Belə ki, qərarın qəbul edildiyi vaxtdan uzun müddət keçmiş, həmin qərarın İXM-nə uyğun olaraq şikayətçiyə nə vaxt verilməsi barədə hər hansı sənəd şikayətə əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati tənbeh vermə haqqında qərardan şikayət verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 128.1.-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materiallarından göründüyü X4 şikayətində inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli MN № ******* nömrəli qərarı nə vaxt almasını göstərməmiş, şikayət müddətinin bərpa edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etməmişdir. Belə olan halda inzibati tənbeh vermə haqqında qərardan şikayət müddət ötürüldükdən sonra verilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40. 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: X3 xx.xx.2020-ci il tarixli MN № ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar